Azərbaycanın nəqliyyat-logistika siyasəti Avrasiya üçün hansı perspektivlər vəd edir?

 

Son vaxtlar Azərbaycanın gündəliyində yol-nəqliyyat infrastrukturunun daha da gücləndirilməsi, tranzit imkanlarının genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi xüsusi yer tutur. Bu baxımdan, Çinin yüksəksəviyyəli rəsmilərinin Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə ölkəmizdən keçən dəhlizlər, “Bir kəmər-bir yollayihəsi, Çin mallarının Avropaya respublikamızın üzərindən daşınmasının perspektivləri ilə bağlı danışıqlar aparmalarını ayrıca qeyd edə bilərik. Xatırladaq ki, 2021-ci ilin iyul ayında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri xanım Quo Minlə görüşüb. Görüşdə Azərbaycanın əlverişli nəqliyyat-tranzit potensialı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Zəngəzur dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb. Səfir xanım Quo Min Zəngəzur dəhlizinin ÇininBir Kəmər Bir Yolnəqliyyat layihəsinə töhfə verəcəyinə əminliyini bildirib. Bir neçə gün bundan əvvəl isə Çin Xalq Respublikasının nəqliyyat naziri Li Siaopenin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın nəqliyyat, rabitə yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib. Görüşdə iki ölkə arasında nəqliyyat logistika sahəsində əməkdaşlığın cari vəziyyəti, o cümlədən Çin yüklərinin Azərbaycan Respublikasının ərazisi üzərindən tranzit daşımalarında Çin tərəfinin dəstəyinin göstərilməsi müzakirə edilib.

 

Çinin Azərbaycanın nəqliyyat-logistika imkanlarına belə böyük maraq göstərməsi sıradan bir hadisə sayıla bilməz. Bu ölkə 500 milyard dollar həcmində illik ticarət dövriyyəsinə malikdir. Buna görə hazırda Çinlə daşımalar sahəsində əməkdaşlığın perspektivlərini dəyərləndirən tranzit imkanlarına malik əksər ölkələr bu dünya nəhənginin daşıma şirkətlərini öz marşrutlarına cəlb etməyə böyük səy göstərirlər. Çünki bu, hər bir tranzit ölkəsi üçün böyük həcmlərdə gəlir deməkdir.

 

Çinin Avrasiyanın bir sıra digər ölkələrinin Azərbaycandan keçən dəhlizlərin funksionallığına ölkəmizin tranzit imkanlarına diqqəti artırmaları isə heç təsadüfi deyildir. Məlum olduğu kimi, öz iqtisadiyyatında ağırlıq mərkəzini tədricən qeyri-neft sektoruna transformasiya etməyi hədəfləyən Azərbaycan tranzit imkanlarını genişləndirməyi prioritet hədəflərdən biri kimi müəyənləşdirib. Qeyd edək ki, respublikamızda böyük gəlir potensialına malik tranzit daşımaları üçün bütün şərtlər var. O cümlədən əlverişli coğrafi mövqeyə, uzunmüddətli daxili sabitliyə, quru su sərhədlərinə malik olması, qonşularla yaxşı münasibətlər qurması, dünyada müsbət imic qazanması Azərbaycana tranzit imkanlarını genişləndirmək üçün böyük üstünlüklər qazandırır. Ölkəmiz bu üstünlüklərdən bəhrələnməklə nəqliyyat sektorunu qeyri-neft iqtisadiyyatının mühüm bir qolu kimi inkişaf etdirməyi özünün gəlir imkanlarını artırmağı hədəfləyib. Son 18 ildə hüquqi bazanın ardıcıl şəkildə möhkəmləndirilməsi, idarəetmədə çevikliyin artırılması, yeni institusional təsisatların yaradılması, eləcə praktiki müstəvidə ölkə ərazisindən keçən Şimal-Cənub Şərq-Qərb dəhlizlərinin funksionallığının artırılmasına hesablanan tədbirlərin görülməsi sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-tranzit hablarından birinə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, hazırda Avrasiyanın əsas tranzit yolları məhz Azərbaycanda kəsişir. Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti, güclü siyasi iradəsi sayəsində bəhs olunan dövrdə Şimal-Cənub Şərq-Qərb beynəlxalq marşrutlarına inteqrasiya olunan bir neçə mühüm, böyük investisiya tutumuna malik nəqliyyat-logistika layihələrini uğurla reallaşdırmağa nail olub. Respublikamızın təşəbbüsü moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa bağlantıdır. Yeni dəmir yolu xətti yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirərək Xəzər sahilində ən böyük liman inşa etməyə nail olub. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Ələt İqtisadi Zonasının yaradılması isə ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsinə əlavə impuls verəcək.

 

Deyilənlər bir daha təsdiqləyir ki, güclü dövlət olan Azərbaycan Avrasiya coğrafiyasının yeni, daha müasir daha səmərəli nəqliyyat xəritəsini formalaşdırır. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirilib.

 

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaratdığı yeni reallıqlar fonunda özünün strateji maraqlarının ədalətli şəkildə təmin olunmasına güclü siyasi iradə nümayiş etdirir. O cümlədən respublikamız uzun illər ərzində blokada şəraitində yaşayan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaların açılmasına israr edir. Prezident İlham Əliyev bəhs olunan marşrutu Zəngəzur dəhlizi adlandırıb bu, artıq beynəlxalq səviyyədə qəbul olunan terminə çevrilib. Dövlət başçımızın bildirdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi gələcək maraqlarına tam cavab verir. Vurğulamaq yerinə düşər ki, kommunikasiyaların bərpası ilə bağlı müddəalar ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda təsbit olunub. Sözügedən sənədin 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Sənəddə o da qeyd olunub ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Eyni zamanda, cari il yanvarın 11-də Moskvada imzalanan yeni üçtərəfli Bəyanat tərəflərin noyabrın 10-da imzalanan sənədin müddəalarına sadiq qaldıqlarını bir daha təsdiqlədi. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə dəmir yolu avtomobil yolu kimi iki mühüm komponenti birləşdirir.

 

Yeni dəhlizin önəmi yalnız Naxçıvanla ölkəmizin əsas hissəsi arasında bağlantı yaradılması ilə məhdudlaşmır. Bu, eyni zamanda, Azərbaycanın tranzit imkanlarının genişlənməsi region dövlətləri arasında əməkdaşlığın dərinləşməsi baxımından da böyük aktuallıq daşıyır. Zəngəzur marşrutu Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Yeni dəhlizin açılması ilə Azərbaycanla Türkiyə arasında ikinci dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, qonşu daha geniş coğrafiyada olan dövlətlər Zəngəzur dəhlizindən bəhrələnə biləcəklər. Yuxarıda bildirildiyi kimi, Çin kimi supergüc dövlət bu dəhlizin açılmasına maraq göstərir.

 

 

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2021.- 16 sentyabr.- S.5.