Lənkəranda Ümumrespublika "Xəmsə"
Festivalının VII mərhələsi
təşkil olunub
Sentyabrın 21-də Lənkəran şəhərindəki Heydər
Əliyev Mərkəzində
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər
Birliyinin təşkilatçılığı
və ölkəmizin
cənub bölgəsinin
rayonlarından olan gənclərin iştirakı
ilə Ümumrespublika
"Xəmsə" Festivalının
VII mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival iştirakçıları
əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək
xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən YAP Lənkəran şəhər təşkilatı
sədrinin səlahiyyətlərini
icra edən Möhübbət Babayev “Nizami Gəncəvi İli”ndə keçirilən
Ümumrespublika "Xəmsə"
Festivalının əhəmiyyətini
yüksək dəyərləndirərək,
Lənkəran şəhərində
festivalın keçirilməsinin region
gənclərinin marağına
və xüsusi fəallığına səbəb
olduğunu söyləyib.
Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək
bildirib ki, bu gün ölkəmizin
cənub bölgəsində
yaşayan gənclərin
təhsilə, elmi biliklərə yiyələnməsi
və eyni zamanda ictimai fəallığa malik olması çox önəmlidir. "Nizami
Gəncəvi İli"nə
həsr olunmuş Festivalın əsas hədəflərindən biri
də məhz həmin gənclərin bu istiqamətdə inkişafına nail olmaqdır.
Lerik, Biləsuvar, Cəlilabad,
Cəbrayıl, Yardımlı,
Masallı, Lənkəran
və Astara rayonlarını təmsil
edən bitərəf
və YAP üzvü olan gənclərdən ibarət komandaların iştirakı ilə keçirilən VII regional
turun yekun nəticələrinə əsasən
“Lənkəran” komandası
festivalın final
mərhələsinə vəsiqə
qazanıb.
Yeni
Azərbaycan.- 2021.- 22 sentyabr.- S.4.