Gənclərlə iş müasir yanaşma tələb edir
Üzeyir Şəfiyev:
Azərbaycan gəncliyinin qarşısında
duran ən mühüm vəzifələr
dövlətçiliyi qorumaq,
ölkənin gücünün,
qüdrətinin artmasına
töhfə vermək,
milli ideyaların, mənəvi dəyərlərin
daşıyıcısı olmaq, ölkəmizi layiqincə təmsil etməkdir
Azərbaycanda gənc nəslin fiziki və mənəvi inkişafı
daim dövlətin diqqət mərkəzindədir.
Məhz bu kontekstdə ötən illər ərzində müxtəlif qərarlar qəbul edilib, müvafiq Dövlət proqramları əsasında
genişmiqyaslı işlər
görülüb. Bu məqamda, vurğulayaq ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan
gənclər siyasətinin
Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilməsi Azərbaycanın çox
mühüm uğurlar
qazanmasını şərtləndirib.
Hazırda gənclər
cəmiyyətin müxtəlif
sahələrində uğurla
fəaliyyət göstərir,
ölkəmiz üçün
taleyüklü məsələlərin
həllində fəal
iştirak edir, böyük uğurlara imza atırlar. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində tarixi
Zəfər qazanılmasında
vətənpərvər gənclərimizin
müstəsna rolu və xidmətləri var. Belə ki, Azərbaycan gəncləri döyüş
meydanında yüksək
iradə, əzm, milli ruh və
cəsarət nümayiş
etdiriblər.
Bununla yanaşı,
Azərbaycan gəncliyinin
milli-mənəvi dəyərlər
əsasında - vətənpərvərlik
ruhunda tərbiyəsi
daim diqqət mərkəzində olmalıdır.
Ona görə də bu istiqamətdə
qarşıda çox
mühüm vəzifələr
durur. Bəs, gənclərimizdə vətənpərvərlik
ruhunun yaşaması və gücləndirilməsi,
onların neqativ təsirlərə məruz
qalmaması üçün
nə etməli, hansı məqamlara və məsələlərə
xüsusi diqqət yetirilməlidir?
Mövzu ilə
əlaqədar fikirlərini
bildirən sosioloq Üzeyir Şəfiyev deyib ki, Azərbaycanda
gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunması üçün
hər cür şərait var. O, xalqımızın 30 illik
həsrətinə son
qoyan 44 günlük Vətən müharibəsi
qəhrəmanlarının gələcək nəsillər
üçün örnək
olduqlarını qeyd edib. Onun sözlərinə
görə, Vətən
müharibəsində Azərbaycan
gəncliyi öz gücünü göstərdi:
“Bütün xalqımız
yüksək vətənpərvərlik
ruhunda gənc nəslin formalaşdığının
şahidi oldu. Bu, böyük milli potensialımızdan xəbər verir. Reallıqlar göstərdi
ki, Azərbaycanda milli dəyərlərimizə
bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər
və əzmkar bir gənc nəsil
yetişib. Onların işğaldan azad edilmiş ərazilərimizdə
üçrəngli bayrağımızı
yüksəltmələri Azərbaycan
gəncliyinin Vətən
qarşısındakı müstəsna
xidmətlərinin tarixdə
əbədiləşmiş mənzərəsidir. Azərbaycan
gəncləri ölkəmizin
ərazi bütövlüyü
uğrunda canlarını
fəda ediblər. Torpaqlarımızın azadlığı
uğrunda cəsarətlə
vuruşmuş kifayət
qədər qazilərimiz
var. Həm şəhidlərimizin, həm
də qazilərimizin keçdiyi yolları təhlil edib gənclərə çatdıra
bilsək, inanıram ki, gənclərin vətənpərvərlik ruhunda
tərbiyəsinə mühüm
töhfə vermiş
olarıq”.
Sosioloqun sözlərinə görə, Azərbaycan gəncliyinin qarşısında
duran ən mühüm vəzifələr
dövlətçiliyi qorumaq,
ölkənin gücünün,
qüdrətinin artmasına
töhfə vermək,
milli ideyaların, mənəvi dəyərlərin
daşıyıcısı olmaq, ölkəmizi layiqincə təmsil etməkdir: “Bununla yanaşı, gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasında həm orta, həm də ali məktəblərin,
eləcə də ailələrin üzərinə
böyük vəzifələr
düşür. Biz çalışmalıyıq ki,
uşaqlar və gənclər sağlam və sosial rifah baxımından uğurlu cəmiyyətdə
yaşasın. Çünki
biz hamılıqla hədəfə doğru irəliləyə bilərik”.
O, bildirib ki,
Azərbaycanda gənclərlə
yanaşı, xüsusi
qayğıya ehtiyacı
olan və sağlamlıq imkanları
məhdud insanların
məşğuliyyətinin təmin olunmasının diqqət mərkəzində
saxlanılması da çox mühüm əhəmiyyətə malikdir:
“Gənclər cəmiyyətin
mühüm bir hissəsini təşkil edir. Biz çalışmalıyıq
ki, gənclərin sağlam həyat tərzini təmin edək, eləcə də asudə vaxtlarının səmərəliliyinə
nail olaq. Gənclər bəzi neqativ tendensiyalara meyillənməsinlər. Bunun
üçün də
onlarla kompleks iş aparılmalıdır.
Ruh düşkünlüyü
gənclərdə nədən
ola bilər? Onlar məqsədlərinə
çatmayanda ruh düşkünlüyü yaşayırlar.
Buna görə də çalışmalıyıq
ki, gənclərə
istər təhsil, istər məşğulluq,
istərsə də ailə-məişət mövzularında
dəstək olaq. Onların gələcəyinin
planlaşdırılması ilə bağlı stimulverici sosial layihələr hazırlayaq.
Bu kimi layihələr
bütün ölkəni
əhatə etməlidir.
Müasir dövrdə
əsas məsələlərdən
biri gənclərin regionlardan iri şəhərlərə axın
etməsidir. Bu baxımdan, ölkəmizdə
də bu məsələyə xüsusi
diqqət yetirilməsi,
yəni gənclərin
regionlarda səmərəli
fəaliyyət göstərməsi
üçün müvafiq
şəraitin yaradılması
böyük önəm
daşıyır”, - deyə
Ü.Şəfiyev söyləyib.
Müşfiqə BAYRAMLI
Yeni
Azərbaycan.- 2021.- 22 sentyabr.- S.5.