Diaspor təşkilatlarımız postmüharibə dövründə

.

 

Seymur Nəsirov: Ölkəmizi layiqincə təmsil etməyə, digər ölkələrlə münasibətlərin inkişafı yönündə dövlətimizin yürütdüyü siyasətə dəstək verməyə çalışırıq

 

Məlum olduğu kimi, son illərdə Azərbaycanda həyata keçirilən düşünülmüş məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə olunub. Bu baxımdan, dövlət tərəfindən diaspor siyasəti istiqamətində davamlı addımlar atılmaqdadır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sistemli ardıcıl siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan diasporunun nümayəndələri yaşadıqları ölkələrdə dövlətimizi xalqımızı layiqli şəkildə təmsil etmək üçün böyük səy göstərirlər. Eyni zamanda, xarici ölkələrdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daim əlaqələndirərək Azərbaycanın əldə etdiyi uğurlar fonunda ölkəmizin daha yaxşı tanıdılması baxımından müxtəlif tədbirlər həyata keçirirlər.

 

Onu da qeyd edək ki, son illərdə bu sahədə bir qədər fəallıq nəzərə çarpır. Belə ki, 2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində tətbiq edilən yeniliklər diaspor lobbi quruculuğu işinə müsbət təsir göstərib. Bu yeniliklərdən qaynaqlanan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün diaspor təşkilatlarımız fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun qurur üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

 

Yuxarıda qeyd olunan məsələlərlə bağlı qəzetimizə açıqlama verənVətənpərvər” - Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, Ümumdünya Fətva Evləri Heyətləri Baş Katibliyinin müşaviri, tədqiqatçı-alim Seymur Nəsirov da fəaliyyət göstərdiyi ölkədə rəhbərlik etdiyi təşkilatın diaspor quruculuğu, lobbiçilik azərbaycanlıların həmrəyliyi istiqamətində ardıcıl məqsədyönlü işlər görüldüyünü deyib. Onun sözlərinə görə, Yaxın Şərq regionunda ölkəmizlə bağlı obyektiv informasiyaların yayılmasında, habelə Azərbaycan dilinin mədəniyyətinin təbliğində, öyrədilməsində diaspor təşkilatı mühüm işlər görür: Regionun ən böyük dövlətlərindən birində olduqca fəallığı ilə seçilənVətənpərvər” - Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin nəzdində Qahirənin müxtəlif universitetlərinin misirli əcnəbi tələbələrinə ödənişsiz əsasda təhsil verən kursların Azərbaycan dili üzrə bölməsi fəaliyyət göstərir. Ötən ayın əvvəlində diaspor mərkəzimizdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün yeni ərəb dili ədəbiyyatı kurslarının təşkilinə start verdik. Bu münasibətlə Qahirənin müxtəlif universitetlərində təhsil alan xarici ölkələrdən olan tələbələrlə görüşlər keçiririk. Görüşlər zamanı müxtəlif ölkələrdən olan tələbələrə Cənubi Qafqazın lider ölkəsi böyük beynəlxalq nüfuza malik olan Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı barədə məlumat veririk. Hər il diaspor mərkəzində təşkil edilən bu kursların müdavimləri Azərbaycan dilinin leksik qrammatik qaydalarını öyrənir, həmçinin sonradan tərcümə ilə məşğul olurlar. Tələbələrin tərcümə etdikləri məqalələr yaxın vaxtlarda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə bağlı işıq üzü görəcək dövri publisistik nəşrdə dərc olunacaq. Kurslarda, həmçinin ölkəmizin tarixi, mədəniyyəti ədəbi irsi öyrədilir”.

 

Azərbaycan dilinin əhəmiyyətindən bəhs edən S.Nəsirov diqqətə çatdırıb ki, əsrlərlə ərəb digər dillərlə vəhdətdə zənginləşən dilimizə müxtəlif ölkələrdən olan tələbələrin böyük maraq göstərməsi sevindirici haldır: “Hazırkı kursda Uzaq Şərq Afrikadan olan 43 müdavim təhsil alır. Ümumilikdə isə, diaspor mərkəzində dünyanın 31 ölkəsindən 350 tələbə Azərbaycan dili ilə yanaşı, ərəb dili, dekorasiya, xəttatlıq sənəti digər fənlər üzrə ödənişsiz təhsil alır. Keçirdiyimiz mütəmadi görüşlər zamanı tələbələrə Azərbaycanın tarixi, mədəni irsi, müasir inkişafı, ədəbiyyatı haqqında məlumat verilir, afrikalı asiyalı gənclərin mənsub olduğu ölkələrlə Azərbaycanın əlaqələrindən bəhs olunur. Bunun nəticəsidir ki, Nigeriya, Somali, Sudan, Seneqal, İndoneziya, Banqladeş digər ölkələrdən olan gənclər ərəb dili ədəbiyyatı ilə yanaşı, Azərbaycan dilinə, ölkəmizin tarix mədəniyyətinə maraq göstərirlər”.

 

Tədqiqatçı-alim onu da əlavə edib ki, diaspor mərkəzində bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən olan tələbələrə Azərbaycan dili, “Qurani-Kərim”in qiraəti xəttatlıq fənni üzrə 30 diplom təqdim olunub.

 

44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbədən sonra diaspor təşkilatlarımızın üzərinə daha böyük məsuliyyət düşdüyünü deyən S.Nəsirov bildirib ki, ölkəmizin Misirdəki səfirliyi ilə birgə fəaliyyət göstərənVətənpərvərAzərbaycan həqiqətlərinin, o cümlədən torpaqlarımızın azad olunması, eləcə sonrakı proseslər barədə xəbərlərin yerli beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görüb:Vətən müharibəsi dövründə Qələbədən sonra sosial şəbəkələrin ərəb seqmentində Azərbaycanın haqq işi ədalətli mövqeyinin geniş auditoriyaya çatdırılmasına çalışmışıq. Bu istiqamətdə fəaliyyətimizi indi davam etdiririk. Belə ki, Misirin digər ərəb ölkələrinin media orqanlarında məqalələr dərc etdirilir, ermənilərin törətdikləri vəhşiliklər, tarixi-dini abidələrin dağıdılması məscidlərin təhqir edilməsi barədə ətraflı məlumatlar ərəbdilli ölkələrin oxucularına çatdırılır”.

 

Vətənpərvərtəşkilatının rəhbəri fəaliyyətlərinin yalnız Misirin daxilində Azərbaycanın təbliği ilə yekunlaşmadığını da vurğulayıb: “İstər Qahirədə keçirilən beynəlxalq tədbirlərdə, istərsə digər sahələrdə ölkəmizi layiqincə təmsil etməyə, digər müsəlman dövlətləri ilə münasibətlərin inkişafı sahəsində dövlətimizin yürütdüyü siyasətə dəstək verməyə çalışırıq. Məsələn, Qahirədə müşaviri olduğum Ümumdünya Fətva Evləri Heyətləri Baş Katibliyinin təşkilatçılığı ilə keçirilənFətva evləri rəqəmsal texnologiyalar dövründə: İnkişaf problemləri əməkdaşlıq mexanizmlərimövzusunda beynəlxalq konfransda iştirak edən Pakistanın dini işlər vəqflər naziri Pir Nur-ul Həqq ilə görüşümüz bu baxımdan əlamətdar olub. Pakistanın dini işlər vəqflər naziri vurğulayıb ki, pakistanlılar 44 günlük müharibəni özlərinin ədalətli mübarizəsi kimi qiymətləndiriblər. Pakistanlı nazir əlavə edib ki, Misirdə geniş fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzində pakistanlı tələbələrə göstərilən diqqət qayğı da təqdirəlayiqdir. Nazir onu da əlavə edib ki, Pakistan Azərbaycan liderlərinin dostluq qardaşlıq münasibətləri, xalqlarımızın bir-birinə yaxınlığı ikitərəfli əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Onu da xatırladım ki, Qahirədə keçirilən 85 ölkədən fətva evlərinin rəhbərləri, baş müftilər, nazirlər, ilahiyyatçı alimlər ictimai xadimlərin iştirak etdiyi sözügedən beynəlxalq konfransda Azərbaycanı mən təmsil etmişəm”.

 

Diaspor rəhbəri onu da vurğulayıb ki, son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya şuralarında birləşən diaspor təşkilatları ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətlərini müasir çağırışlar əsasında qururlar. Tədqiqatçı-alimin sözlərinə görə, bu zaman ölkəmizin, tariximizin, mədəniyyətimizin dünyada tanıdılması təbliği üçün əllərindən gələni əsirgəmirlər.

 

Beləliklə, dünyanın müxtəlif xarici ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının Azərbaycan dilinə, ölkəmizin tarix mədəniyyətinə maraq yaradılması yönündə addımları göz qabağındadır. Diaspor nümayəndələrinin qeyd etdiyi kimi, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün müvafiq fəaliyyətlərin yeni çağırışlar əsasında davam etdirilməsi prioritet hesab olunmaqdadır.

 

Qaşqay RAMAZANOV

 

MəqaləAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi iləDiaspor quruculuğu, lobbiçilik dünya azərbaycanlılarının həmrəyliyiistiqaməti üzrə hazırlanmışdır

 

Yeni Azərbaycan.- 2021.- 23 sentyabr.- S.5.