Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı

 

 

 

Azərbaycanda eşitmə nitq məhdudiyyətli insanlar üçün ilk elektron lüğət (www.jestdili.az) hazırlanaraq istifadəyə verilib.

 

Lüğət Heydər Əliyev Fondunun “Regional İnkişafİctimai Birliyinin (RİİB) elan etdiyiSosial layihələrmüsabiqəsinin qaliblərindən olanDoğma jest dililayihəsi çərçivəsindəNar”ın maliyyə dəstəyi ilə hazırlanıb. Elektron lüğətdə təxminən 3000-ə qədər söz söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri videoları yerləşdirilib.

 

Xeber_metn_ichindeki_reklam_3_11

Qeyd edək ki, “Doğma jest dililüğətinin elektron variantı eşitmə nitq məhdudiyyəti olanlar onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim loqopedlər üçün əvəzedilməz vasait olacaq. Onlayn lüğətin digər üstünlüklərindən biri insanlar üçün daha əlçatan olması sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Bundan başqa, saytın mobil versiyası da hazırlanıb.

 

Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, elektron lüğət jest dilini öyrənmək arzusunda olanların istəyi nəzərə alınaraq hazırlanıb: “Azərbaycanda jest dili lüğətinin veb versiyası heç vaxt hazırlanmayıb. Veb-səhifə eşitmə nitq qabiliyyəti məhdud olan insanların yaxınlarının jest dilini öyrənməsini asanlaşdıracaq, həmçinin gələcək tərcüməçilər eşitmə nitq məhdudiyyətli uşaqlarla işləyəcək şəxslər üçün pulsuz öyrənmə imkanı verəcək. Eşitmə məhdudiyyəti olan insanların adından “Nar” RİİB-ə göstərdikləri bu dəstəyə görə təşəkkür edirik”.

 

Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq 10 ilə yaxındır ki, mobil operator eşitmə nitq məhdudiyyəti olan insanların cəmiyətə inteqrasiya olunmasına dəstək olmaq məqsədilə müxtəlif layihələr icra edib: “İlk elektron jest dili lüğətinin hazırlanması ilə eşitmə nitq məhdudiyyəti olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılmasına ətrafdakı insanlarla ünsiyyətinin asanlaşdırılmasına dəstək olacağımıza inanırıq. Mobil operator olaraq, həm abunəçilərimizə üstün müştəri xidməti təqdim etməyi, həm də cəmiyyətimiz üçün əhəmiyyətli sosial layhələr icra etməyi özümüzün məsuliyyəti hesab edirik”.

 

RİİB-in nümayəndəsi Zaira Qasımovanın sözlərinə görə, İctimai Birliyin fəaliyyətində əhalinin maarifləndirilməsi məşğulluğun artırılması mühüm yer tutur: Sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həlli sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq  layihələr həyata keçirilir, yeni ideya təşəbbüslər dəstəklənir. Layihə çərçivəsində onlayn lüğətin hazırlanması üçün Əmək əhalinin sosial müdafiəsi nazirliyi, Təhsil nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA-nın mütəxəssisləri, dosentlər   müəllim heyəti, ‘Karlara Dəstək” İB-nin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldı”.

 

Qeyd edək ki, “Narbundan əvvəl eşitmə nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda regionlardaTəlim məktəbitəşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verənSəssiz dünyaya körpüadlı kitabı nəşr etdirib.

 

Yeni Azərbaycan.- 2021.- 25 sentyabr.- S.8.