Tahir Budaqov: 27 sentyabr tariximizin dönüş nöqtəsidir

 

 

Bu gün respublikamızda 27 Sentyabr - Anım Günü qeyd olunur. Anım Günündə Vətən uğrunda canlarını fəda etmiş, qəhrəmanlıq göstərərək şəhid olmuş bacı qardaşlarımızın əziz xatirəsini böyük ehtiramla yad edirik. Tarixi Zəfərin qazanılmasında iştirak edən hər bir şəxsə minnətdarlığımızı bildiririk. 27 sentyabr həm tariximizdə dönüş nöqtəsidir. Azərbaycan xalqı çoxəsrlik tariximizdə ilk dəfə olaraq bu cür parlaq Qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib.

 

Tahir Budaqov qeyd edib ki, Azərbaycan dövləti xalqı 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Onun sözlərinə görə, YAP nümayəndələri Anım Günü ilə bağlı II Şəhidlər xiyabanını, ulu öndər Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət ediblər. Düşünürəm ki, şanlı Qələbəyə aparan yol 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. Məhz o dövrdən etibarən respublikamızın inkişafı, o cümlədən ordu quruculuğu istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, eləcə informasiya blokadasının yarılması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması haqq işimiz uğrunda mübarizəmizdə mühüm rol oynadı. Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin son çıxışı da bu gün onun adını daşıyan sarayda əsgər zabitlər qarşısında olmuşdu. Heydər Əliyev həmin tədbirdə səhhətində problem yaranmasına baxmayaraq, Ali Baş Komandan kimi hərbçilərimizə nümunə göstərdi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın, xalqımızın inkişafına tərəqqisinə, ölkəmizin bütövlüyünə həsr etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev tarixi qələbədən sonra ilk olaraq ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi”, - deyə T.Budaqov əlavə edib.

 

Vətən müharibəsinin birinci ildönümü ilə bağlı YAP tərəfindən tədbirlər planının təsdiq olunduğunu deyən Tahiq Budaqov vurğulayıb ki, partiyanın bütün yerli təşkilatlarında noyabr ayının ortalarına qədər silsilə tədbirlər davam edəcək. Bu gün isə Yeni Azərbaycan Partiyasının 27 Sentyabr - Anım Gününə həsr olunmuş böyük konfransı keçiriləcək. Konfransın sonunda bəyanat qəbul olunacaq.

 

Yeni Azərbaycan.- 2021.- 28 sentyabr.- S.4.