ADA universitetində Azərbaycançılıq Kitabi - Dədə Qorquddastanı

 

 

Qloballaşma prosesi bəşəriyyətin gələcək inkişafında millətlərarası münasibətləri artırmaqla yanaşı daha təkmil mədəniyyətlararası ünsiyyətin vacibliyini qarşımıza qoydu. Bu ünsiyyət üçün istifadə etdiyimizdilisə bizi linqvistikadan daha geniş sahələrə yönəltdi- milli kimliyimizi anlayıb, tarix mədəniyyətimizin bizə açdığı imkanlardan istifadə edib qərarlarımızı formalaşdırmalı tərəflərə bildirməliyik. Azərbaycanlılarınmilli kimliyideyəndə, onlara məxsus dəyərlər, ənənələr, mədəniyyət, dil dinlə çərçivələnən vahid özünüdərk başa düşülürsə, tətbiqdə bu, bir xalqın inkişafda olan hekayəsi kimi qəbul oluna bilər , beləliklə, elmi baxımdan daim diqqətdə saxlanılmalıdır. Bu kitabın nəşr olunduğu 2020-ci il göstərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin acı nəticələrinin uzun zaman milli kimliyimizə hopdurduğuməğlubiyyəthissi az bir zamanda dəyişərəkmilli zəfər”ə dönə bilər. Minilliklərlə yaşı olan xalqımız tarixi siyasi səbəblərə görə istiqlal arzusunu yalnız XX əsrdə gerçəkləşdirə bildi. Bu başlanğıcda öz köklərindən ayrı salınmış, milli dövlətçilik maraqları tapdanmış, keçmişinin zəngin irsi, o cümlədən intellektual, mənəvi ictimai dəyərləri basılmış azərbaycanlılar ciddi ideoloji boşluq yaşayırdılar. Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevazərbaycançılıqməfkurəsinin banisi kimi kimlik ideologiyasını dövlət quruculuğunun bütün sahələrinə tətbiq etdi. Bunu edərkən o, Şərqin ilk demokratiyası, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının azərbaycançılıq ideologiyasına müraciət etdi. Müstəqil Azərbaycan dövləti xalqımız üçün ən qiymətli ali tarixi nailiyyətdir. Onun qorunması, möhkəmləndirilməsi özünü azərbaycanlı hesab edən hər bir insanın müqəddəs borcudur. Bu missiyanı təmin etmək üçünazərbaycançılıqideologiyası təhsilimizin mütxtəlif pillələrində öz əksini tapmalıdır. Belə fəlsəfədən irəli gələrək universitetimizin təşəbbüsü ilə 2014-cü ildən başlayaraqAzərbaycanşünaslıqfənninin tədris edilməsi başlandı. O zamana qədər tələbələrimizə milli kimliyin aşılanması həyata keçirdikləri çoxsaylı sosial məsuliyyət layihələri vasitəsi ilə öyrədilirdisə, “Azərbaycanşünaslığ”ın tədrisi bu sistemli yanaşmanı elmi baza ilə möhkəmlətdi. Bu fənni tədris edəcək müəllim kimi milli-mənəvi dəyərlərimizin toplusu ədəbi fikrimizin zirvəsi hesab edilənKitabi-Dədə Qorquddastanının aparıcı mütəxəssisi, bütün ədəbi elmi əsərlərində dərin simvolik mənaları məharətlə metodoloji şəkildə açan Kamal Abdullaya müraciət etdik. O, təklifimizi qəbul edərək bakalavr proqramının ilk ilinin tələbələri üçünAzərbaycanşünaslıqfənnində mühazirələr oxudu. Kursun bəzi mövzularına tanımış alim yazıçı Nəriman Qasımoğlu Universitetimizin müəllimi Şəfəq Mehrəliyeva da töhfələrini verdilər. “ADA” Universitetinin oxuculara təqdim etdiyiAzərbaycançılıq Kitabi-Dədə Qorqudkitabı həmin fənnin mühazirələri əsasında tərtib edilib. Ümid edirik ki, bu kitab digər təhsil müəssisələrində azərbaycançılıqməfkurəsinin tədrisində dəyərli vəsaitə çevriləcək. Hafiz Paşayev “ADA” Universitetinin rektoru

.

 

Yeni Azərbaycan.- 2021.- 13 yanvar.- S.7.