“Qorqudnamə” kitabının təqdimat
mərasimi keçirilib
Yanvarın
21-də Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunda Türkiyənin tanınmış şairi, tədqiqatçı
və tərcüməçi Kənan Çarboğanın
“Qorqudnamə” kitabının təqdimat mərasimi
keçirilib.
Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un
dəstəyi ilə reallaşan təqdimatda Azərbaycan
Respublikasının mədəniyyət naziri Anar Kərimov,
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva,
üzv ölkələrin səfirləri və
tanınmış ədəbiyyat və elm xadimləri
iştirak ediblər.
Tədbiri
giriş sözü ilə Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
açaraq qonaqları salamlayıb. Bildirib ki, türkdilli
ölkələrin dövlət
başçılarının VII Zirvə toplantısı
çərçivəsində 14 oktyabr 2019-cu il tarixində
Fonda üzv və müşahidəçi ölkələrin
xarici işlər nazirlərinin iştirakı ilə qurumun
binasının açılışı keçirilib: “Həmin
gündən sonra biz düşünürdük ki, burada
bir-birindən maraqlı tədbirlər keçirəcəyik.
Təəssüflər olsun ki, pandemiya buna imkan vermədi.
Artıq yavaş-yavaş karantin qaydalarında yumşalma
gedir. Düşünürəm ki, yaxın zamanlarda yeni tədbirlərimiz
baş tutacaq”.
Təqdimat
mərasimində çıxış edən mədəniyyət
naziri Anar Kərimov qeyd edib ki, 2020-ci il Azərbaycanın
dövlətçilik tarixinə unudulmaz təqvim ili kimi
yazılıb: “Məhz 2020-ci ildə Azərbaycanın
suverenliyi, coğrafi və mədəni
bütövlüyü bərpa olundu. Şanlı Azərbaycan
Ordusu mədəniyyət beşiyimiz olan Şuşa şəhərini
işğaldan azad etdi. Vətən müharibəsi zamanı
Azərbaycanın haqq savaşında başda Türkiyə
olmaqla bütün türk dövlətləri mənəvi həmrəylik
göstərdi”.
“Qorqudnamə” kitabı haqqında
fikirlərini bölüşən nazir bildirib ki, şair Kənan
Çarboğa əsəri türk dünyasının ortaq ədəbiyyat
və mədəniyyət abidəsi olan “Kitabi-Dədə
Qorqud” dastanı əsasında qələmə alıb.
“Kitabi-Dədə Qorqud” dastanı bütün türk
dünyasına məxsusdur. Ümummilli lider Heydər Əliyevin
dediyi kimi, bu dastanın vətəni Azərbaycandır”.
Anar Kərimov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı şəhərində Dədə Qorqud parkı salınıb, parkın ərazisində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Nazir həmçinin Prezident İlham Əliyevin bu il Şuşada Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verdiyini söyləyib: “Biz artıq bununla bağlı işlərə başlamışıq. Həmin tədbirə şair Kənan Çarboğanı da dəvət edəcəyik. Mən ümid edirəm ki, Qarabağ torpağı onun yeni əsərlər yazmasına ilham qaynağı olacaq”.
Anar Kərimov çıxışının sonunda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki,
TÜRKSOY-un dəstəyi
ilə nəşr edilən kitabın ilk rəmzi təqdimatı yanvarın
17-də Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası
(Türk Şurası),
TÜRKSOY və Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu nümayəndə heyətinin işğaldan
azad olunmuş Füzuli şəhərinə
səfəri zamanı
– ermənilər tərəfindən
dağıdılmış “Araz” qəzeti redaksiyası
Yeni Azərbaycan.- 2021.- 23 yanvar.- S.2