Sabir Rüstəmxanlı: Azərbaycanla Türkmənistan arasındaDostluqyatağına dair razılaşma son dərəcə önəmlidir

 

Azərbaycan Türkmənistan arasındaDostluqyatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi ilə bağlı imzalanan Anlaşma Memorandumu mühüm hadisədir”. Bu fikri qəzetimizə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlı bildirib ki, bu anlaşma istər iki dost qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə bütövlükdə regionumuzda yeni tərəfdaşlıq tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Həm bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq əməkdaşlıq platformasının yaradılması deməkdir.

Partiya sədrinin sözlərinə görə, Türkmənistan Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən yataqlar çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna çevrilirdi. Ancaq ikitərəfli Memorandum həmin mərkəzlərin bütün fəaliyyətini neytrallaşdırdı.

Şübhəsiz, burada Azərbaycan dövlətinin apardığı təmkinli, eyni zamanda, bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır. Bu mənada, TürkmənistanlaDostluqyatağının birgə işlənməsi son dərəcə önəmlidir. Azərbaycanın enerji sahəsində təcrübəsi böyükdür. Dənizin ən dərin qatlarında özüllər, platformalar qurur onları sahillə əlaqələndiririk. Bu da Türkmənistana xeyir gətirən vacib məqamlardan biridir. Mümkündür ki, dənizdəki yataqdan çıxarılan ehtiyatlar Türkmənistana deyil, birbaşa Avropaya daşınsın. Bu da Türkmənistan üçün əlavə imkandır. Memorandumun imzalanması hər birimizi sevindirməlidir. Çünki bu anlaşma iki ölkə arasındakı əlaqələrə yeni bir nəfəs gətirəcək. Ən əsası isə Türkmənistan da Türk birliyinin inkişafında daha yaxından iştirak edəcək öz töhfəsini verəcək”, - deyə S.Rüstəmxanlı vurğulayıb.

 

 

NARDAR

 

 Yeni Azərbaycan.- 2021.- 27 yanvar.- S.7.