94 il əvvəl...

 

İlk rəngli televizor yarandı

 

 

Televiziya 1923-cü ildə Böyük Britaniyanın Hastings şəhərində Con Logie Baird tərəfindən icad edilib. 1928-ci il avqustun 13-də efirdə ilk rəngli televiziya proqramı yayımlanıb. Proqramın nümayişi şotland alimi Con Berdin əsasını qoyduğu Avropa səhmdar şirkətinə məxsus radiostansiya vasitəsilə Londonda həyata keçirilib.  Berdin televiziya sistemi müasir televiziyadan fərqlənirdi. Sistem dəlikli metal diskdən istifadə etməklə mexaniki skan sisteminə əsaslanırdı. Sistemin üstünlüyü onda idi ki, ekran daha az ayırdetmə qabiliyyətinə malik olduğundan televiziya təsvirlərini adi ortadalğalı radiosistemdən istifadə edərək ötürmək olurdu. Beləliklə, ixtiraçı dünyada ilk dəfə olaraq televiziya təsvirini nümayiş etdirdi. Kiçik, təxminən poçt markası ölçüsündə olan sayrışan görüntü olduqca zəif idi. Berd hazırladığı cihazı ilk dəfə 1924-cü ildə Soxoda yerləşən univermaqlardan birində nümayiş etdirmişdi. Lakin ixtiraçı yarımtonların ötürülməsinə nail ola bilməmişdi ekranda simaların yerinə yalnız insanların siluetləri əks olunurdu. 2 ildən sonra 1928-ci ildə isə Berd müasir rəngli televizorların ilk modelini hazırladı.

 

İlk televizorları kim ixtira edib?

 

İlk televizorların tarixi 1884-cü ildə şəkilləri sətir-sətir skan edə bilən xüsusi cihazı - Nipkov diskini icad edən alman texniki Pol Nipkovla başladı. 1895-ci ildə alman fiziki Karl Braun daha çox Qəhvəyi Boru kimi tanınan ilk şəkil borusunu yaratdı. Alim öz yaradıcılığını uğursuz hesab edərək uzun 11 il bir kənara qoyub, lakin 1906-cı ildə onun tələbəsi Maks Dikman boru üçün patent alıb şəkili ötürmək üçün müəllimin tapıntısından istifadə edib. Artıq bir il sonra o, dünyaya kiçik ekranı 3 ilə 3 santimetr olan saniyədə 10 kadr skan sürəti olan televiziya qəbuledicisini göstərdi.

İlk elektron televiziya qəbuledicisi rus fiziki Boris Rozinqin inkişafı əsasında yaradıldı. 1923-cü ildə Amerikada unikal ixtira - televiziya patentləşdirildi. 1927-ci ildə ABŞ-da müntəzəm televiziya yayımı başladı, sonrakı illərdə İngiltərə, Almaniya digər Avropa ölkələri televiziyaya qoşulmağa başladılar. Sovet İttifaqının sakinləri isə 1939-cu ildə televiziyaya baxmaq imkanı əldə etdilər.

Öz növbəsində, 1928-ci ildə Con Loogie Brad mavi, yaşıl qırmızı işıq filtrlərindən istifadə edərək ardıcıl olaraq üç təsviri ötürə bilən aparat yığdı. Nəticədə, rəngli televiziya anlayışı formalaşdı. Rəngli televiziya yayımının inkişafında əsl sıçrayış yalnız İkinci Dünya üharibəsindən sonra baş verdi. 1940-cı ildə amerikalılar, 1952-ci ildə sovet televiziya tamaşaçıları rəngli ilk sınaq yayımını görə bildilər.

 

MİKAYIL

 

Yeni Azərbaycan.- 2022.- 13 avqust.- S.8.