Arxa cəbhənin qəhrəmanları
Diaspor nümayəndələrinin
6-cı Şuşa səfəri...
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən 18 ölkədən 100-ə yaxın diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb. Komitədən verilən məlumata görə, ölkəmizin mədəniyyət paytaxtına aparan yol boyu əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində altıncı dəfə gerçəkləşən səfər çərçivəsində diaspor nümayəndələri Şuşanın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edib, postmüharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Prezident, Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə-27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr tarixlərində, 2022-ci ildə isə bir dəfə- iyulun 26-da diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.
Məlum səfərlə bağlı “Yeni Azərbaycan”a danışan Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili bildirib ki, dünyanın bütün ölkələrində yaşayan hər bir azərbaycanlının arzusu Şuşanı görməkdir. Çünki Şuşa yalnız Azərbaycanın deyil, ?ürk dünyasının bir atributuna çevrilmiş şəhərdir: “Uzun həsrətdən sonra Şuşanın düşmən tapdağından azad edilməsi, bayrağımızın yenidən Şuşada dalğalandırılması bunlara əsas verir ki, Azərbaycan xalqının dostu olan digər millətlərin nümayəndələri mədəniyyət paytaxtımıza səfər etsin və oraları görsün. Təbii ki, diaspor nümayəndələri bu sırada ən öndə gedənlərdir. Çünki Azərbaycan Diasporu illərdir ki, tədbirlər keçirib, Şuşanın azadlığı ilə bağlı müxtəlif aksiyalar təşkil edib, Şuşanın Azərbaycana aid olduğunu beynəlxalq arenalarda sübut edib. Ona görə də Azərbaycan Diasporunun ən təbii haqqı idi ki, Şuşanı doyunca görə bilsin. Sevindirici haldır ki, ölkə başçısının xüsusi tapşırığına əsasən, dünya azərbaycanlılarının 5-ci qurultayının Şuşa şəhərində keçirilməsi dünyaya bir mesaj oldu. Yəni biz dünya azərbaycanlıları olaraq artıq Şuşadayıq!”.
T.Allahverdili qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və təşəbbüsü ilə diaspor nümayənd?lərinin 6-cı Şuşa səfərinin təşkili olduqca qürurvericidir: “Bu, hər bir azərbaycanlını sevindirəcək əlamətdar bir hadisədir ki, artıq 6-cı qrup diaspor nümayəndələrimiz Şuşaya getdi. Fikrimcə, bu səfərlər mütəmadi olaraq təşkil edilməlidir, xaricdə yaşayan hər bir soydaşımızın Şuşanı görmək haqqı var. Çünki uzun illər idi ki, dünya azərbaycanlılarının qəlbində bir nisgil var idi. Ancaq Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi”.
Mərkəz sədrinin sözlərinə
görə, ən xoş məqamlardan biri diaspor nümayəndələrinin
“Biz dəmir yumruğun
gücü ilə Şuşadayıq”
şüarını səsləndirmələridir: “Fürsətdən
istifadə edib Diasporla
İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradova təşəkkürlərimi
bildirirəm ki, xaricdəki
soydaşlarımızın Şuşaya
səfərini təmin etdilər. Müraciət edənlər
çoxdur, əminəm ki,
həmin şəxslər də tezliklə Şuşanı
görəcəklər. Yaşadığı ölkədən
asılı olmayaraq hər bir azərbaycanlı Şuşa
ilə, yəni Azərbaycanla qürur duyur. Şuşa Azərbaycanın, ?ürk
dünyasının bir simgəsinə çevrilib. Bu baxımdan
çalışmalıyıq ki, bu təşəbbüsü davam
etdirək. Azərbaycan diaspor nümayəndələri
nəinki Şuşanı, azad edilən
digər bölgələrimizi də görəcəklər.
Bir məqamı da
unutmamalıyıq ki, Vətən
savaşında Azərbaycan diasporunun misilsiz xidmətləri var.
Azərbaycan diasporu 44 günlük
savaşda maddi-mənəvi dövlətimizin
yanında olub. Ona
görə də bu gün
Şuşanı görmək onların mənəvi
haqqıdır. Tam əminliklə deyirəm
ki, Azərbaycan diasporu
arxa cəbhənin qəhrəmanlarıdır.
Güclü Azərbaycan güclü
diaspor deməkdir. Ona
görə də bacardığımız qədər diasporumuzu gücləndirməliyik. Diasporumuzun güc mənbəyi
Azərbaycan dövləti, cənab Prezident
və Azərbaycan Ordusudur. Ali Baş
Komandanımız var olsun
ki, bu gün
dünya azərbaycanlılarına bu sevinc və şərəfi
bəxş etdi!”.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan.- 2022.- 19 avqust.- S.5.