4 ildən sonra...

 

 

Dünyanın ən aktiv palçıq vulkanı püskürdü

 

 

Dünən Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Belə ki, Lökbatanda püskürən vulkan Qobu, Nardaran, Qala, Qobustan, ŞirvanQusar seysmik stansiyalarında qeydə alınıb. GeologiyaGeofizika İnstitutundan mətbuata verilən məlumata görə, bu, güclü püskürmədir. Hadisə avqustun 11-də yerli vaxtla saat 09:36-da qeydə alınıb.

Dərhal müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə olub. Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə, püskürmə zamanı ayrılan seysmik enerjisi E=0.6?107 təyin olunub.

Mövzu ilə bağlı ETSN ilə əlaqə saxladıq. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, palçıq vulkanının ətrafında yaşayış yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmənin səbəb və nəticələri öyrənilir, müvafiq monitorinq­lər həyata keçirilir.

Qeyd olunub ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 kilometr cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada beş ən aktiv palçıq vulkanından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.

Təbiət hadisəsindən necə faydalana bilərik?

Mütəxəssislərin fikrincə, palçıq vulkanlarının tərkibindəki maddələrdən kosmetoloji məhsulların hazırlanmasında da geniş istifadə edilə bilərik. Bildirilir ki, sağlamlıq turizminin inkişafı baxımından yeni təyinatlı turizm obyektləri inşa edilməlidir. Sahibkarlar bu cür turizm obyektlərinin inşasına maraq göstərərək Bakı Abşeron yarımadasındakı digər rəqib ?otellərdən üstünlüklərini təmin edə bilərlər.

Bundan başqa, vulkan palçığının yüksək balneoloji xüsusiyyətlərinə görə bir sıra xəstəliklərin müalicəsində ondan istifadə edirlər. Bura dayaq-hərəkət aparatının, oynaqların, onurğanın, əsəb sisteminin, dəri, mədəbağırsaq traktının müalicəsi, şəkər diabeti xəstəliyi, ateroskleroz boyun osteoxondrozu, ginekologiya, urologiya kosmetologiya daxildir. Bu barədə növbəti sayımızda daha ətraflı danışacağıq.

Palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda cəmləşib

Azərbaycan ərazisi dünyanın palçıq vulkanizminin inkişaf etdiyi unikal klassik bölgələrdəndir. Palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 kv.km ərazidə cəmlənib. Bu təbiət abidələrinin sayına, çoxçeşidliliyinə aktiv fəaliyyətinə görə dünyada Azərbaycanın tayı-bərabəri yoxdur. Ölkəmiz palçıq vulkanların vətəni sayılır, desək, yanılmarıq. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir. Son illərdə palçıq vulkanlarının aktivləşməsi 2001-ci ildə qeyd olunub. Ümumilikdə, Azərbaycanda 220-dən çox palçıq vulkanı var. Onlar həm quruda, həm dənizdə mövcuddurlar. Xəzər dənizində isə 140-dan çox sualtı palçıq vulkanı var.

Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır.

Vulkanların püskürməsinin səbəbləri nədir?

Palçıq vulkanları təbiətin unikal abidələrindən olub görünüşcə əsl vulkanın kiçicik formasına bənzəyir. Palçıq vulkanlarının aktivləşməsinin, püskürməsinin bir çox səbəbləri var. Vulkandan fərqli olaraq, odlu lava əvəzinə palçıq püskürür. Palçığın üzə çıxıb qaynamasına səbəb isə qazlardır. Palçığın temperaturu adətən sabit qalır ən isti yay aylarında belə 15 C-ni aşmır.

Zəlzələlərin vulkan püskürməsinin baş verməsi tektonik gərginliklə əlaqədardır. Güclü zəlzələ palçıq vulkanının oyanmasına püskürməsinə təsir edir. Bir sözlə, zəlzələnin baş verməsi vulkanın püskürməsinə təkan verir. 1813-cü ildə Xəzərdə Yanan Tava bankəsindəki zəlzələ eyni adlı palçıq vulkanının püskürməsinə səbəb olmuşdu.

Palçıq vulkanlarımız dünyanın diqqətində

Son 25 ildə Azərbaycanın palçıq vulkanları dünyanın aparıcı neft şirkətləri mütəxəssislərinin (BP, Statoil, AMOK, Ekson), Avropa universitetlərinin (Almaniya, İtaliya) eləcə də RusiyaUkrayna alimlərinin bizimlə birgə tədqiqat obyektinə çevrilib. Alınan elmi nəticələrin əksəriyyəti xarici ölkələrin nüfuzlu jurnallarında, beynəlxalq konfransların, simpoziumların materiallarında dərc olunub.

 

MÜŞFİQƏ

 

Yeni Azərbaycan.- 2022.- 12 avqust.- S3.