Bir uşaq təbəssümü görəndə... 

 

Heydər Əliyev Fondu ukraynalı uşaqların yanında

 

Xilas edilmiş bir uşağın təbəssümünü gördükdə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir!

Mehriban Əliyeva

Cari ilin fevralından başlayan və hələ ki, sonu görünməyən Rusiya-Ukrayna müharibəsi öz arxasınca son dərəcə kədərli izlər buraxır. Bir vaxtlar çiçəklənən kəndlər, şəhərlər xarabazarlığa çevrilib, iqtisadiyyat, infrastruktur dağılır. Artıq milyonlarla insan doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. İlkin dəyərləndirmələrə görə, müharibədən sonrakı mərhələdə Ukraynanın bərpasına 750 milyard dollardan çox vəsait lazım gələcək.

Müharibənin fəsadlarını ən çox və ən ağrılı hiss edənlər isə uşaqlardırlar. Çox təəssüf ki, bəşəriyyətin yüksək inkişaf səviyyəsinə çatdığı XXI əsrdə Ukraynada uşaqlar müharibə faciəsini yaşayır, qanlı səhnələrə şahidlik edirlər. Onlar qayğısız, şirin uşaqlıq həyatından məhrum qalıblar - uşaq bağçalarına, məktəblərə, qalereyalara, sərgilərə getmək əvəzinə, sığınacaqlara üz tutmaq, səhərlər yuxudan həyəcan siqnalları ilə oyanmaq məcburiyyətində qalırlar...

Heydər Əliyev Fondunun xeyirxahlığı

Dünya yaxşı, xeyirxah insanlardan xali deyil. Rusiya-Ukrayna müharibəsi fonunda təsəlli yeri isə ondadır ki, uşaqlığı əllərindən alınan ukraynalı uşaqlara kömək əli uzatmaq istəyənlərin də sayı çoxdur. Özü də təkcə Ukraynada yox, ölkənin hüdudlarından kənarda da.

Müharibənin ağrı-acısı Azərbaycan xalqına yaxşı bəllidir. Xalqımız üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qaldı. Ərazilərimizin 20 faizi işğal altına düşmüşdü, bir milyondan çox  soydaşımız ən zəruri əşyalarını belə götürmək imkanından məhrum edilərək doğma yurd yerlərindən qovulmuşdu. Bu isanlar uşaqları ilə birlikdə çadırlarda, vaqonlarda, uyğunlaşdırılmış binalarda yaşamaq məcburiyyətində qaldılar. Yalnız 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək işğal faktına son qoydu. Artıq qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə qayıdışı başlayıb.

Üç onillik ərzində Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini öz taleyində yaşayan Azərbaycan xalqı Rusiya-Ukrayna müharibəsinin davam etməsinə biganə qalmır. Müharibə başlayandan bəri respublikamızdan bir neçə dəfə Ukraynaya humanitar yardım yola salınıb. Bu dəfə isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müharibədən əziyyət çəkən ukraynalı uşaqlara yardım əli uzadıb. Fondun dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək. Avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum qalmış 28 uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gəlib.

Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixolojiehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.

Uşaqlara səngiməyən qayğı, nəvaziş

Kimi isə tanımaq üçün ilk növbədə, onun gündəlik fəaliyyətinə diqqət yetirmək lazımdır. İnsanın daxili məni, identikliyi, yaşam fəlsəfəsi onun əməllərində aydın şəkildə təzahür edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən uşaqlara heç vaxt səngiməyən nəvazişin, qayğının qırmızı xətt kimi keçməsi diqqəti xüsusi olaraq cəlb edir. Mehriban xanım Əliyeva “İzvestiya” qəzetinə müsahibəsində insanlara kömək etmək istəyindən söhbət açıb. Onun köməyə tələsdiyi insanlar arasında uşaqlar ayrıca fərqlənirlər. “Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”, - deyə Mehriban xanım Əliyeva vurğulayıb.

Azərbaycan xalqının yüksək milli-mənəvi dəyərləri ilə qürür duyanözünün şəxsi nümunəsində bu dəyərləri dünyaya layiqincə təqdim edən Mehriban xanım Əliyevanın timsalında biz, həmçinin qayğıkeş bir ana obrazını görürük. Yox, o yalnız şəxsi ailəsi çərçivəsində ana deyil! Mehriban xanım Əliyeva həyatının xoş günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Bununla Mehriban xanım Əliyeva sanki yaddaşları təzələyir, insanlara mesaj verir ki, uşaqları, ələlxüsus da valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqları taleyin ümidinə buraxmayın, qoy onlar sizlərin mərhəməti sayəsində ana qəlbinin hərarətini, istiliyini hiss etsinlər, özlərini tənha saymasınlar.

Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür mebellə təchiz edilməsi də Mehriban xanım Əliyevanın uşaqlara xüsusi münasibətinin ifadəsidir. Ümumiyyətlə, Fondun təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internatuşaq evi yenidən qurulub. Əlamətdar haldır ki, Prezident İlham Əliyev son illərdə regionlara səfərləri çərçivəsində Fondun dəstəyi ilə tikilən çoxlu sayda uşaq bağçasının və bu qəbildən olan digər obyektlərin açılışına qatılıb.

Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası 2013-cü ilin sentyabrında istifadəyə verilib. Daha belə bir yaşayış binası isə 2014-cü il dekabrın 29-da Mehriban xanım Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində istifadəyə verilib.  “Məzun evikimi fəaliyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub.

Uşaqlar yaxşı təhsil alsınlar deyə

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi böyüməkdə olan nəslə qayğının növbəti ifadəsidir. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerlixarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində 2005-ci ildən bəri ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var. Son illərdə isə proqramın icrasının növbəti mərhələsinə başlanıb. Hazırda ölkəmizdə Fondun dəstəyi ilə  yeni məktəblərin inşası, habelə mövcud təhsil müəssisələrinin əsaslı təmiri prosesi uğurla davam etdirilir.

Bunlardan əlavə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işləri də uğurla həyata keçirilir. Heydər Əliyev Fondu 2014-cü il fevralın 24-də Heydər Əliyev Mərkəzində təhsillə bağlı yeni layihəsini- “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını təqdim etdi. Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verildi. Bildirildi ki, paytaxtda 414 belə müəssisə mövcuddur. Onlardan 137-nin əsaslı təmirə ehtiyacı var, 11-i isə qəzalı vəziyyətdədir. Layihənin icrası çərçivəsində indiyədək onlarla məktəbəqədər təhsil müəssisəsi əsaslı şəkildə yenidən qurulub.

Ölkə hüdudlarını aşan layihə

Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hər il çanta və məktəb ləvazimatları hədiyyə edilib.

İndiyədək Heydər Əliyev Fondu uşaqlara qayğı siyasətini digər ölkələrdə də həyata keçirib. “Təhsilə dəstək” layihəsi də ölkə hüdudlarını aşıb. Proqram çərçivəsində Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Layihəyə uyğun olaraq Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, PakistanHollandiyada bir sıra məktəblər yenidən qurulubmüasir avadanlıqlarla təchiz edilib.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2022.- 23 avqust.- S.3.