Müşfiq qədər məşhur olmasa da...

 

Mirzə Əbdülqədir Vüsaqi -153

 

 

Mirzə Əbdülqədir Vüsaqi (Əbdülqadir İsmayılzadə) Mikayıl Müşfiq qədər məşhur olmasa da dövrünün tanınmış ziyalılarından olub. O, 1869-cu ilin bu günü  Xızıda doğulub. Uşaq ikən valideynlərini itirdiyi üçün nənəsinin himayəsində böyüyüb. Mirzə Əbdülqədir müəllimlik ilə yanaşı, şeir və qəzəllər yazıb.  Yalnız uşaqların deyil, böyüklərin də savadlanmasına səy göstərib. Maddi vəziyyəti ağır olanlara kurslar açıb pulsuz dərs keçib.

“Mən sizə öyrətdiklərimi siz də evdə, ailədə yaxınlarınıza öyrədin. Onda siz keçdiklərimizi həm yaxşı mənimsəyər, həm də bildiklərinizi yaxınlarınıza öyrətməklə savab qazanarsınız” deyən Mirzə Əbdülqədirin əsas məqsədi insanların savadlanmasına nail olmaq idi. 1908-ci ildə Mirzə Əbdülqədir Bakıda fəaliyyət göstərən “Səadət” məktəbinə dəvət olunurömrünün sonuna kimi burada çalışıb.

Mirzə Əbdülqədirin “Vüsaqi” təxəllüsü ilə yazdığı şeirlər o dövrün qəzet və jurnallarında çap olunub. Müslüm Maqomayevin məşhur “Şah İsmayıl” operasının liberettosunu, eyni zamanda, “Seyfəlmülük”, “YusifZüleyxa” operalarının da mətnini yazıb.

Züleyxa xanımla evliliyindən Böyükxanım İsmayılzadə, Balacaxanım İsmayılzadə və Mikayıl Müşfiq adlı uşaqları dünyaya gəlib. 1908-ci ilin iyun ayının 4-də Mikayıl dünyaya gəldikdən ayyarım sonra qəflətən anası dünyasını dəyişib. Bu zaman Mirzə Əbdülqədir məcburiyyət qarşısında qalaraq südəmər körpəni ata-baba yurdu Xızıya aparır, yaxın qohumlarından Səfiyyə adlı qadına müvəqqəti olaraq saxlamağa verib. İki ildən sonra atası onu yenidən Bakıya gətirib. Bu zaman balaca Mikayılın atası artıq Zibeydə adlı xanımla ailə qurmuşdu. Zibeydə xanım Mikayıla əsl ana qayğısı, ana nəvazişi göstərir. Balaca Mikayılın atası onun təlim-tərbiyəsinə ciddi fikir verib, kitaba, yazıb-oxumağa həvəsləndirib. O, 1915-ci ildə vəfat edib. Hazırda Xızı şəhərində Mirzə Əbdülqədir Vüsaqi adına küçə var.

1937-ci ildə dostlarının repressiyaya qurban getməsi ilə Mikayıl Müşfiqin çətin günlərinin başlanğıcı olur. 37-ci il repressiyası Mikayıl Müşfiqdən yan keçmir. ŞairMüsavat gənclər təşkilatı” ilə əlaqələr saxlaması və hökumətin ünvanına böhtan atması səbəbi ilə təqib edilməyə başlanılır. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilir.

1937-ci il iyunun 4-də Mikayıl Müşfiq həbs edildikdən sonra evindən onlarla kitab, yüzlərlə əlyazma da müsadirə edilir. Sonradan həmin müsadirə olunan əsərlər “əhəmiyyətsiz” hesab olunduğu üçün 13 oktyabr 1937-ci ildə yandırılıb. Çox güman ki, həmin kitablar və əlyazmalar içində Mirzə Əbdülqədir Vüsaqinin də əsərləri məhv olub. 1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilir. Yanvar ayının 6-da şair Nargin adasında güllələnir.

 

MÜŞFİQƏ

 

Yeni Azərbaycan.- 2022.- 11 avqust.- S.8.