Gender bərabərliyi

 

Azərbaycanda necə tənzimlənir?

 

 

 

Sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə, cəmiyyətdə qadın kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması şərtdir. Bu bərabərlik leksikonumuza “gender bərabərliyişəklində daxil olub. Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi qadınların bərabərliyini nəzərdə tutur. Bu bərabərliyi tənzimləmək üçün inkişaf etmiş ölkələrin bir çoxunda müxtəlif qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.

Qeyd edək ki, ölkəmizdə gender bərabərliyinin hüquqi təməli Cümhuriyyət dövründə qoyulub. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb.

Bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə dövlət idarəçiliyində rolunun artmasına yönələn siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Belə ki, idarəçilikdə qərar qəbul etmək səviyyəsində qadın kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması inkişafı əsas prioritet təşkil edir. Lakin gender məsələləri ilə bağlı müəyyən problemlər mövcuddur ki, bunun aradan qaldırılması üçün dövlətlə yanaşı, cəmiyyət öz töhfəsini verməlidir. Ən əsas da qadınlara qarşı zorakılıq hallarına ailələrdə qız uşaqlarına qarşı fərqli münasibətə son qoyulması üçün güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

Mövzu barədəYeni Azərbaycan”a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, ölkədə gender bərabərliyinin təmin olunması ilə bağlı müəyyən mexanizmlər tətbiq edilir: “Lakin bəzi boşluqlar hələ qalmaqdadır. Biz əvvəlcə müəyyən etməliyik ki, gender bərabərliyi bizim üçün nədir bunu nədə görürük? Çünki gender bərabərliyi geniş sahəni əhatə edir. İlk növbədə, ailədə gender bərabərliyinin təmin olunması çox vacibdir. Ailə dövlətin kiçik bir modelidir. Gender bərabərliyinin pozulması ailə münasibətlərində ciddi problemlərə yol açır. Ailədə bölgünü düzgün aparmaq lazımdır ki, normal münasibətlər formalaşsın tərəflərin biri özünü digərindən üstün hesab etməsin. Bu gün Azərbaycanda ailələrin əksəriyyətində bərabərlik təmin olunmur. İstər kişi, istərsə qadın bu bərabərliyi pozur. Kim çox pul gətirirsə fikirləşir ki, ailənin böyüyü odur. Bu münasibətlərin tənzimlənməsi üçün insanları maarifləndirməyə ehtiyac var. Əvvəlcə özümüzə gender bərabərliyinin izahını verməliyik. İnsanlar bərabərlik anlayışından qorxmamalıdır. Bunu yalnız  maarifləndirmə işləri apararaq izah etmək mümkündür”.

S.Altay əlavə edib ki, bu istiqamətdə elmi təhlillər aparılmalıdır: “Gender əsaslı zorakılığın qarşısını almaq üçün yenə maarifləndirmə işinə ehtiyacımız var. Dövlət tərəfindən lazımi addımlar atılsa da, inzibati tədbirlər kifayət etmir. İnsanlar bu məsələyə diqqət ayırmalıdır. Cəmiyyətin şüurunda dəyişiklik olmalıdır. Gender bərabərliyinin olduğunu dərk etmirik. Bizdə bu məsələ tərəflərdən birinin digərinin yerini alması kimi qəbul edilir. Lakin gender bərabərliyi kişinin qadının yerini alması ya qadının kişinin yerinə keçməsi demək deyil. İnsanlar arasında diskriminasiya yolverilməzdir.

Hesab edirəm ki, bizim bu istiqamətdə düzgün yol xəritəsinə ehtiyacımız var. Ailədaxili münaqişələr bir çox hallarda gender zorakılığından yaranır. Bunun üçün isə Məişət Zorakılığı haqqında Qanuna diqqətlə baxılmalıdır. Onun işləmə mexanizmi olmalıdır. Boşanmaların sayı günü-gündən artır. Bu istiqamətdə elmi təhlillər aparılmalıdır. Qadınların, yoxsa kişilərin boşanması haqda statistik göstəricilərə nəzər salmalıyıq.

Cəmiyyətdə oğlan uşaqları qızlara nisbətən daha  çox sevilir. Lakin uşaqlar arasında bölgü olmamalıdır. Oğlanların üstün görülməsi yolverilməzdir belə hallar qınanılmalıdır. Bu, cəmiyyətimizin təməl problemlərindən biridir. Burada dövlətin hansısa qanun qəbul etməsini gözləyə bilmərik. Çünki belə problemlərin kökü maarifləndirmə işlərinə gəlib çıxır. Ailə münasibətlərində gender bərabərliyi uşaqların tərbiyəsində mühüm rol oynayır. Uşaqlara diqqət ayırmaq, onların təlim tərbiyəsində ortaq iştirak etmək üçün bu vacibdir”.

Ekspertin sözlərinə görə, gender zorakılığı cəmiyyətin mental dəyərlərindən irəli gəlir: “Hər cəmiyyətin ailənin özünəməxsus dəyəri var. Belə olan təqdirdə dövlətin qoyduğu qanunlar cəmiyyətdə arxa plana keçir. XXI əsrdə mental dəyərlərimizdən qurtulmadıqca, problemlər qaçılmaz olacaq. Bəziləri deyir ki, siz Azərbaycanı Avropaya çevirmək istəyirsiniz. Gender bərabərliyi Azərbaycana Avropanın gətirilməsi demək deyil. Məsələyə, hətta dini aspektdən yanaşsaq belə Quranda qadın-kişi münasibətlərinin tənzimlənməsinə dair məqamlar var.

Biz hamımız bir toplumun içində yaşayırıq. Bu toplumun içində siyasətçi, alim, fəhlə, kəndli, şəhərli yaşayır. Öz üzərimizə düşən vəzifəni yerinə yetirsək gender bərabərliyi problem olaraq gündəmə gəlməz. Gender əsaslı zorakılıq əhalinin demoqrafik vəziyyətinə təsir edir. Bu gün selektiv abortların sayına görə Azərbaycan ilk sıralarda yer tutur. Önəmli olan insanlarımızın maariflənməsi bilik sahibi olmasıdır. Yalnız bu halda gender zorakılığının qarşısı alına bilər. Bu gün sığınacaqlara üz tutan qadınların sayına baxsaq ümumi mənzərəni görə bilərik”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır

 

Yeganə BAYRAMOVA

 

Yeni Azərbaycan.- 2022.- 12 avqust.- S.4.