Tolerantlığın Azərbaycan nümunəsi

 

 

Azərbaycanda etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür. Ona görə də ölkəmizdə sabitliyin pozulması və xaosun yaranmasında maraqlı olan qüvvələrin planları iflasa məhkumdur. Konstitusiyada da qeyd olunduğu kimi, ölkəmizin hüdudlarında hər bir şəxs istədiyi dinə sitayiş edə bilər və onu başqa bir dinə sitayişə heç kim məcbur edə bilməz. Hətta dini qəbul etməyən insanların da konstitusional hüquqları bərabərdir. Amma dini qəbul etməmək hüququ kiməsə hansısa dini aşağılamaq ixtiyarı vermir. Belələri bəşəri dəyərlər, azadlıq və demokratiya amalları arxasında gizlənməyə çalışsalar da, unutmaq olmaz ki, onlar əsl antimilli ünsürlərdir.

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikirsöz azadlığı, vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsində siyasəti beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır.

Bütün müasir demokratik dövlətlər kimi Azərbaycan Respublikası tolerantlıq prinsiplərini gündəlik həyatda təmin edirqoruyur. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı zəruri qabaqlayıcı tədbirləri görür, bu istiqamətdə bütün səyləri dəstəkləyir. Ölkə başçısı İlham Əliyev öz çıxışlarında bildirir ki, Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülhharmoniya şəraitində yaşayırlar. Prezident İlham Əliyevin 25 noyabr 2020-ci il tarixli çıxışında da bildirdiyi kimi, həm məscidlər, həm də kilsələr tarixi sərvətimizdir. Ölkəmizdə bütün dini abidələrə eyni qayğı göstərilir, bölgələrdə məscidlər, sinaqoqlar, kilsələr yan-yana tikilir. Prezidentin yürütdüyü siyasət rəhbər götürülərək ölkəmiz bu gün dinin birləşdirici amil olduğu nadir ölkələrdəndir.

Dövlət başçısı İlham Əliyevin dini irsin qorunub saxlanmasına xüsusi həssaslıqla yanaşdığını qeyd etmək lazımdır. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Həmin vaxtdan bu komitə ölkədə dinin yanlış formada təbliğ edilməsinə qarşı mübarizə apararaq dini məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Eləcə də, Prezident İlham Əliyev Azərbaycanda 2016-cı iliMultikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi ilielan edib. Bu sərəncamların dövlət başçısı tərəfindən imzalanması onu göstərir ki, Azərbaycanda milli-mənəvi və dini dəyərlərin təbliğ edilməsinin xüsusi əhəmiyyəti var.

Ölkəmizdə bütün dinlərə, xüsusən islam dininə xüsusi münasibət var. Dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dini-mənəvi dəyərlərə qarşı göstərilən yüksək münasibət hər kəsə məlumdur. Hazırda işğaldan azad edilən bütün torpaqlarda məscidlərin inşa edilməsi bu diqqətin, qayğının göstəricilərindən biridir. Prezident İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilən bütün torpaqlara səfər edərkən, ilk növbədə, məscidləri ziyarət edir, dualar oxuyurlar. Bu da ölkədə dinə qarşı nümunəvi münasibətin formalaşmasına təkan verir. Nəzərə alsaq ki, dindən sui-istifadə etmək istəyənlərin sayı artır, bu, indiki dövrdə çox zəruridir. Azərbaycanda dini təbliğat həm də baş tutan beynəlxalq tədbirlərlə özünü göstərir. İslam Həmrəyliyi Oyunları məhz bu qəbildən olan mötəbər tədbirlərdəndir. Hansı ki, həmin tədbirin təşkilinə xaricdən gələn din xadimləri heyrətlə yanaşırdı. Çünki böyükinkişaf etmiş ölkələrin çoxunda dinə qarşı belə nümunəvi münasibətlər sistemi mövcud deyil.

Milli Məclisin üzvü Naqif Həmzəyev bildirib ki, müstəqil Azərbaycanda dövlət və din münasibətləri 1995-ci ildə qəbul olunmuş Konstitusiyada təsbit olunub. SonradanDini etiqad azadlığı haqqında” qanun da qəbul edilib. Azərbaycan tolerant ölkədir, burada insanların dini etiqadına hörmətlə yanaşılır, heç bir dinə qarşı ayrı-seçkilik yoxdur. Ölkəmizdə bir sıra dini qurumlar, çoxsaylı məscid, kilsə və sinaqoqlar fəaliyyət göstərir. Sivilizasiyaların yaxınlaşması məqsədilə Bakıda təşkil olunan beynəlxalq forumlarda dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına diqqət yetirilir. Biz bütün ölkələrlə hərtərəfli əlaqələr çərçivəsində din sahəsində də əlaqələrin qurulmasına tərəfdarıq. Qeyd etmək istərdim ki, işğal altında olan Azərbaycan torpaqlarında, həmçinin soydaşlarımızın deportasiya olunduğu Ermənistan ərazisində xalqımıza məxsus bütün məscidlər və qəbiristanlıqlar, hətta alban abidələri dağıdılıb. Halbuki Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır”.

Deputatın sözlərinə görə, Azərbaycanda əsrlər boyu mövcud olmuş milli dəyərlər, tolerantlıq bu günqorunub saxlanılır və gələcək nəsillərə ötürülür: “Qədimdən bəri Azərbaycanda müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələri dinc şəraitdə birgə yaşayıblar. Tolerantlıq, multikulturalizmetnik rəngarənglik Azərbaycan xalqının həyatının tərkib hissəsidir. Bu gün Azərbaycan dövləti xristian tarixi abidələri, alban kilsəsi, sinaqoq, pravoslavkatolik kilsələri qayğı və diqqətlə yanaşır. Bütün bunlar ölkəmizdə tolerantlığın bariz nümunəsidir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dinimilli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

 

 

Günel ABBAS

 

Yeni Azərbaycan.- 2022.- 9 avqust.- S.6.