Xarici şirkətlər niyə Azərbaycanı seçir?

 

İqtisadiyyatımıza investisiya qoyuluşuna böyük maraq var

 

Yüksək maliyyə təminatı hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən mühüm amillər sırasında yer alır. Bu baxımdan deyə bilərik ki, respublikamızda milli iqtisadiyyatın inkişafı üçün şərtlər yüksək səviyyədə təmin olunub. Son 18 ildə Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında Azərbaycan iqtisadiyyatının maliyyə resurslarına asan çıxışı təmin olunub. Keçilən yola nəzər saldıqda görürük ki, bəhs olunan dövrdə milli iqtisadiyyatın istər kənd təsərrüfatı, istərsə sənaye sektorlarında çoxlu sayda layihələr  dövlət   özəl investisiyalar hesabına maliyyələşdirilib. Əlamətdar haldır ki, milli iqtisadiyyatımızın investisiya mənbələri müxtəlifdir. Bura həm xarici, həm daxili mənbələrdən yönəldilən investisiyalar daxildir.

 

Əlverişli investisiya mühiti

 

Bütövlükdə, 1995-ci ildən indiyədək Azərbaycana 296,3 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 150,4 milyard dolları xarici investisiyanın payına düşür. Yerli xarici sərmayələrin yönəldildiyi sahələrin əhatə dairəsi kifayət qədər genişdir. Əlbəttə, investorlar heç vaxt öz vəsaitlərini, necə deyərlər, küləyə vermirlər. Onlar hansısa bir ölkəyə yaxud sahəyə sərmayələr yönəldərkən mütləq araşdırmalar aparırlar yalnız bundan sonra sərmayə planları barədə qərarlarını verirlər.

 

Bəs yerli xarici investorları Azərbaycan iqtisadiyyatının bu ya digər sahələrinə sərmayələr yönəltməyə sövq edən, onları inandıran amillər hansılardır? Sualın cavabı olaraq ilk növbədə respublikamızda investisiya mühitinin müsbət olmasını qeyd edə bilərik. Azərbaycan dövləti müxtəlif mənbələrdən milli iqtisadiyyatımıza sərmayələrin yönəldilməsinə güclü siyasi iradə göstərib. Dövlətimizin bu iradəsi ölkədə sahibkarlıq mühitinin ardıcıl şəkildə optimallaşdırılmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində, yeni çağırışlara uyğun qərarların qəbul edilməsində öz əksini tapır. Bu məqamda bir suala da aydınlıq gətirmək lazımdır: İnvestorlar hansı ölkələrə sərmayələr yönəltməyə üstünlük verirlər? Əlbəttə ki, stabil inkişaf edən, müxtəlif rəngli inqilablardan uzaq olan, uzunmüddətli dövrdə daxili sabitliyini qoruyan ölkələrə. Azərbaycan məhz belə dövlətdir. Burada cəmiyyət iqtidarla həmrəydir müxtəlif fondların çağırışlarına etinasız münasibət sərgiləyir.

 

Azərbaycanın yüksək investisiya cəlbediciliyini şərtləndirən digər bir mühüm amil respublikamızın müasir infrastruktur təminatı ilə bağlıdır. Bəhs olunan dövrdə bütün ölkə üzrə elektrik enerjisi, su, “mavi yanacaqtəminatı obyektləri tikilərək istifadəyə verilib. Hazırda Azərbaycan bütün ölkə üzrə müasir yol-nəqliyyat logistika infrastrukturuna malikdir. İstehsal olunan məhsullar bu yollarla təyinat yerlərinə bazarlara tez rahat çatdırılır. Qeyd edək ki, respublikamızda müxtəlif təyinatlı infrastruktur obyektləri bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına inşa olunub. Sahibkarlar isə sonradan bu hazır infrastrukturdan məmnuniyyətlə bəhrələnirlər öz investisiyalarını iqtisadiyyatın müxtəlif sahələrinə yönəldirlər.

 

Azərbaycan dövləti həmçinin ölkənin investisiya cəlbediciliyini artırmaqdan ötrü islahatlar çərçivəsində  institusional çərçivəni davamlı şəkildə optimallaşdırır. Respublikamızda dövlət müəssisələrinin maliyyə sağlamlığını dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.

 

Ölkəmizin investisiya mühitinin optimallaşdırılması istiqamətində digər belə tədbirlər görülür. Bütün bunların uğurlu nəticələri isə respublikamıza müxtəlif mənbələrdən cəlb olunan investisiyaların həcminin artmasında öz əksini tapır.

 

İşğaldan azad edilmiş ərazilərimizə sərmayə yönəltmək istəyən

 

xarici şirkətlər

 

Sirr deyil ki, hazırda qlobal pandemiya səbəbindən bütün dünya üzrə investisiya qoyuluşu üçün şərait optimal sayılmır. Bu da ilk növbədə risklərin artması, əmək fəallığının azalması, dövlətlərin əlavə borclanmaya getmələri kimi amillərlə bağlıdır. Azərbaycana gəldikdə isə ölkəmiz hətta belə arzuolunmaz xarici təsirlər müqabilində özünün yüksək investisiya cəlbediciliyini quruyub saxlayır. 2022-ci ilin yanvar ayında milli iqtisadiyyatımıza 300 milyon manatadək investisiya cəlb olunub. Xaricdən gələn investisiyalar əsas kapitala yönələn sərmayələrin 45%-ini təşkil edib. Ölkəmizə bir qayda olaraq bütün dünyada tanınan şirkətlər sərmayələr yönəldirlər. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündəXızı-AbşeronKülək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan həmin külək elektrik stansiyasına sərmayə qoyuluşu bütünlüklə xarici şirkətə məxsusdur.

 

Iveco Truck & Bus” da Azərbaycana investisiya qoymaq istəyən şirkətlər sırasında yer alır. Bu günlərdə iqtisadiyyat naziri Mikayıl CabbarovIveco Truck & Bus” şirkətinin Qafqaz Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. R.Smirnov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri investisiya planları barədə danışıb, şirkətin Azərbaycanda yaradılmış sənaye zonalarında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Tərəflər nazirliyin Sumqayıt Kimya Sənaye Parkında IVECO markalı avtobus xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi ZonasıSənaye Parkında texniki xidmət mərkəzinin təşkili yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələlərini müzakirə ediblər.

 

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə sərmayələr yönəltmək istəyən yerli xarici şirkətlərin sayı kifayət qədər çoxdur. Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına əsasən, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan quruma 945 müraciət daxil olub.

 

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin icrasına maraq göstərən xarici şirkətlərin sayı kifayət qədər çoxdur. Azərbaycan bəhs olunan ərazilərin bərpasında dost ölkələrlə sıx əməkdaşlıq edir. İlk olaraq bərpa prosesinə qardaş Türkiyənin şirkətləri cəlb olundular. Sonradan bu sırada İtaliya şirkətləri yer aldılar siyahı daha da böyüdü. Bütövlükdə, indiyədək 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə qoşulmaq istəklərini bildiriblər. Bəhs olunan şirkətlər 10-dan çox ölkəni təmsil edirlər.

 

 Mübariz ABDULLAYEV

 

 

 

Yeni Azərbaycan.- 2022.- 18 fevral.- S.3.