İşıqlı gələcəyimizi qaralmağa qoymayaq - narkomaniyaya “YOX”

 

Ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncləri bu gün həm ölkə daxilində, həm xaricdə hər bir sahədə böyük uğurlar əldə edirlər. Elm, təhsil, texnologiya, tibb digər sahələrdə əhəmiyyətli nailiyyətlər qazanan yeni nəsil həm böyük bir təhlükə ilə üzbəüzdür - narkomaniya bəlası əsasən həyatın gənclik dövründə parlaq gələcəyi görünməkdə olan gənclərimizin bir addımlığında dayanır. Bir addım atmaq yetərlidir ki, indiki günəşli, enerjili həyat zülmətə dönsün. Təəssüflər olsun ki, bütün dünyanın birlikdə mübarizə apardığı ölüm təhlükəsi ölkəmizdə artıb. Bu isə bütövlükdə Azərbaycan cəmiyyətini ciddi şəkildə narahat edir. Hər kəs gəncləri bu bəladan uzaq tutmaq, qurtarmaq üçün fərqli-fərqli yollar axtarır, artıq palçığa bulaşmış qurbanların reabilitasiyası üçün əlindən gələni edir. Dövlət qurumları, müəllimlər, psixoloqlar, həkimlər, jurnalistlər - hərə öz sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işləri aparır, doğrudur, amma... Digər bir həqiqət bundan ibarətdir ki, məkrli məqsədlərinə çatmağı hədəfləyən bir qrup narkotacir tərəfindən cəmiyyəti çirkaba bulaşdırmaq işləri üçün günü-gündən yeni, ağlagəlməzüsullartapılır. Təbii ki, dövlətimizin güc strukturları demək olar, hər bir halda narkotacirləri elə başındaca yaxalayırlar, amma bütün bu işi yalnız dövlətin üzərinə yıxmaq heç doğru deyil.

 

Əgər əvvəllər narkotik satışı ilə məşğul olan şəxslərticarət”də müəyyən qədər çətinliklərlə üzləşirdilərsə, bu gün sosial şəbəkələr üzərində onlayn, təmassız satış imkanları olduğu üçün onların işi xeyli yüngülləşib. Maraqlıdır, bu tip insanlar qorunmaq üçün ən maraqlı variantlar seçirlər - kimisi xarici nömrə ilə qeydiyyatdan keçir, kimisi heç bir məlumat verməyərək yazışma vasitəsi iləməhsul”un hansı vaxtda harada olacağını yazaraq s. Məhz bu səbəbdən DİN DTX əməkdaşları rəsmi sosial şəbəkə hesablarında vətəndaşlar üçün mütəmadi olaraq maarifləndirici paylaşımlar edirlər, bu kimi xoşagəlməz hallarla rastlaşdıqda haraya necə müraciət etmək lazım olduğunu dəfələrlə izah edirlər.

 

Bu gün narkomaniya ilə bağlı televiziya internet kanallarda demək olar, hər gün bu mövzuda sosial proqramlar hazırlanır, genişmiqyaslı maarifləndirici layihələr həyata keçirilir. Sevindirici haldır ki, bir neçə il bundan öncəyə kimi özlərini cəmiyyətdən maksimum uzaq tutmağa, gizlənməyə çalışan narkotik istifadəçiləri indi efirlərə çıxaraq geniş auditoriyaya ölüm barədə xitab edirlər. Həmin qurbanları birləşdirən bir çox məqam var - hər birinin daxilindəki həyat eşqi sozalır, gələcəyə olan ümidi azalıb, hələ yaşadığı üçün hər gün bir az daha da mənəvi əzab çəkir. Çünki bir çoxları əvvəl bu ya digər sahədə uğur qazanmış, bacarıqlı gənclər olublar. Bəli, elə narkotacirlər özmüştərilər”ini seçəndə xüsusi həssaslıqla davranırlar. Çünki indinin bacarıqlı gənci onlar üçün həm el dili ilə desək, potensial bir imkanlı müştəridir. Elə bu səbəbdən məhzsəndən nəyi desən, gözləyərəm, onu yoxdediyimiz adamlar bu zərərli vərdişin qurbanına çevrilirlər. Danılmazdır ki, zərərli vərdişlərin siyahısında yalnız yalnız narkomaniya yoxdur təbii ki, həmin vərdişlərin heç biri doğru yol deyil, amma narkomaniya elə bir bəladır ki, ondan sözün hər iki mənasında canını qurtarmaq üçün öz-özünlə mübarizə aparmalı olursan.

 

Psixoloq Gülşən Rüstəmova hesab edir ki, bu gün narkomaniyaya əsasən yeniyetmələr cəlb olunur: “Biz gənc yaşlarında kiməsə təsir göstərməyə çalışsaq, çox gecikmiş olarıq. Çünki gənclik artıq yığılmış kapitalın, yəni informasiyanın, təcrübənin istifadəsi dövrüdür. Gənclərin beynində əsasən yeniyetməlik dövründə  qazanılmış hazır, şablon planlar olur onlar həmin planlar üzrə hərəkət edirlər. Yeniyetməlik dövrü isə insan həyatında nəyisə dəyişməyə çalışdığı, müxtəlif üsyankar vəziyyət aldığı dövrdür. Həmin dövr hormon dəyişiklikləri ilə müşahidə olunur, orqanizmdə dəyişikliklər olduğu üçün psixikaya, sinir sisteminə təsir göstərir. Sanki bir növ məşğuliyyət tapmağa çalışarkən bu bəlaya qurşanırlar. Elə ona görə xüsusilə ömrünün yeniyetməlik dövrünü adekvat yaşamayan gənclər bu bəlaya yönəlik olur.  Bir neçə il bundan öncə belə mövzuları gənclərdən gizlətməyə, bu gün isə onlara bu bəlanın təsirlərini göstərməyə çalışırıq. Maarifləndirmə işləri mütləq kompleks şəkildə həyata keçirilməlidir, bu işlə xüsusi mütəxəssislər məşğul olmalıdırlar. Çünki bəzən göstərilən nümunə belə sövq etmə funksiyasını daşıya bilər, bu isə arzuolunmazdır.”

 

Məqsədimiz sağlam düşüncəli insanlar yetişdirmək olmalıdır. Bunun üçün isə ilk olaraq özümüz maariflənməliyik, çünki yalnız sağlam düşüncəli valideyn gələcək üçün sağlam insan yetişdirəcək”, - deyə G.Rüstəmova fikirlərinə əlavə edib.

 

Sosioloq Əhməd Qəşəmoğlu qəzetimizə açıqlamasında qeyd edib ki, insanın formalaşmasında 4 əsas amil rol oynayır: “Birinci, fərdin şəxsi xüsusiyyətləri, ikinci, mühit, sonra aldığı informasiyalar, sonuncu isə verdiyi dəyərlər. Bu, bir çox hallarda mühitdən asılıdır. Çünki bəzi insanlarda meyllilik ola bilər. Mühit isə bu meylliliyi ya tamamilə bloklaya, ya da yarada, daha da artıra bilər. Hesab edirəm ki, qınaq arzuolunan səviyyədə deyil. Bəzi hallarda hələ narkotikin təbliği gedir - internetdə, xüsusən meyxana məclislərinə aid olan videolarda sanki bir qəhrəmanlıqmış kimi təqdim olunur. Cəmiyyət olaraq bütün bu halların qarşısını almalıyıq. Xüsusən gənclər daha tez rahat şəkildə tora düşürlər. Adətən narkotacirlər çalışırlar ki, imkanlı ailənin övladlarını özlərinə cəlb etsinlər, onların bazarı genişlənsin”.

 

Bu bəladan qurtarmaq üçün elmi yollar hazırlanmalıdır. Bu mənada yanaşma bir o qədər ürəkaçan səviyyədə deyil. Hadisələrin sürətlə cərəyan etdiyi indiki zamanda belə məsələləri başlı-başına buraxmaq olmaz. Əks halda ciddi təhlükə ilə üz-üzə qala bilərik. Hər birimiz gəncləri qorumalıyıq”, - deyə Ə.Qəşəmoğlu fikirlərinə əlavə edib.

 

 

 

Nicat DİLQƏMLİ

 

Yeni Azərbaycan.- 2022.- 19 fevral.- S.5.