“Bəhlul” satirik jurnalı - 115
115 il öncə
bu gün Bakıda “Bəhlul” satirik jurnalı nəşrə başlayıb.
Jurnalın adı xalq arasında məzmunlu lətifələri
ilə məşhur olan Bəhlul Danəndədən götürülüb.
“Molla Nəsrəddin” jurnalından sonra Azərbaycanda çıxan
ilk satirik jurnallardan biri də “Bəhlul”dur. Dərginin cəmi
9 sayı işıq üzü görsə də, Azərbaycan mətbuatını və
ədəbiyyatı tarixini
öyrənmək üçün
əhəmiyyətli mənbədir.
M.Ə.Sabirin bir neçə
şeiri (Bəhlul Danəndə haqqında)
ilk dəfə bu dərgidə dərc olunub. Jurnalın redaktoru M.Ə.Sabirin
yüksək istedadını
nəzərə alıb
onu jurnalla əməkdaşlığa dəvət
etmişdi. Şairin “Bəzi
yerlərdə təsadüf
olmur aşa, ətə”, “Mən belə əsrarı qana bilmirəm”, “Təraneyi-əsilanə” adlı
satiraları ilk dəfə
bu jurnalda çıxmışdı.
Həftəlik satirik jurnal Ələsgər Əliyevin
redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı
ilə “Kaspi” mətbəəsində nəşr
edilib. Ələsgər Əliyev Azərbaycanın
görkəmli inqilabçı
və maarifpərvər
xadimlərindən biri
idi. O, daim mətbuatda inqilabi-publisistik
məqalələrlə çıxış
edirdi.
Jurnalda
“Teleqraf xəbərləri”,
“Ümumi xəbərlər”,
“Elan”, “Poçt qutumuz” və sair kimi rubrikalara
və bəhri-təvil,
felyeton, şeir, sual-cavab və başqa janrlara rast gəlinir.
Burada Ə.Əliyev (“Bəhlul”),
Ə.Razi (“Düdük”),
M.H.Zeynalov (“Dərdmənd”)
kimi müəlliflər
ilə yanaşı,
“Duzəxi”, “Mirzə Dığ-dığı”, “Naxələf”,
“Heyrəti”, “Yuxulu”, “Bambulu”, “Tamaşa bağı”, “Fırıldaq”,
“Titrətməli”, “Ə.M”, “Ağızları qıfıldayan”,
“Maryak”, “Carübüddövlə”,
“Bitli bədən”, “Laübali”, “İpləmə”,
“Zurnaçı”, “Şalvarün-Zakirin”,
“Müahidi Qədim”,
“Əqrəb”, “Qeydkeş”
və sair gizli imzalardan da istifadə edilib.
Molla Nəsrəddin və Bəhlul Danəndə bənzərliyi
Harun ər-Rəşidin
qardaşı olan Bəhlulun tarixi şəxsiyyət olmasına
baxmayaraq o, Yaxın Şərqdə Molla Nəsrəddin kimi əfsanələşdirilmişdi. “Bəhlul” jurnalı da
forma etibarı ilə
də “Molla Nəsrəddin”ə bənzəyirdi.
Jurnalın nömrələrində “Molla Nəsrəddin”ə dair maraqlı materiallar verilirdi. Hər iki jurnalın əməkdaşları arasında
sıx əlaqə yaranmışdı.
“Bəhlul”un zəngin ədəbi-bədii
tərtibatı var idi. Oxucuya satirik üslubda
ictimai gerilik, dini-fanatizm, ailə və məişətdəki
vaxtı keçmiş
adət-ənənələr, dövlət idarəçiliyindəki
nöqsanlar, varlı-kasıb
münasibətləri çatdırılırdı.
Bakıda fəhlə
hər?katına köməkdə, dövrün
mühüm məsələlərinin
işıqlandırılmasında, xalqın maariflənməsi
uğrunda mübarizədə
böyük xidmət
göstərirdi.
Bir sözlə,
6 aylıq ömründə
jurnalın misilsiz xidmətləri olmasına
baxmayaraq, zamanın çətin sınaqlarına
tuş gəldi, nəşri dəfələrlə
dayandırıldı. Lakin irticanın
təqibi “Bəhlul”u öz yolundan döndərə bilmədi.
Onun “Camaata” adlı müraciətində
“Molla Nəsrəddin”in
bütün islam
aləmində ən qabaqcıl ideyaları təbliğ etdiyi və məhz bu səbəbdən mürtəce qüvvələrin
onu dağıtmaq, məhv etmək istədiklərini bildirdi.
Jurnal “Oyanın! Oyanın!”
- deyə xalqa xitabında “Molla Nəsrəddin”i qorumağa çağırdı.
Zəhmətkeş kütlələrin 1905-1907-ci illərdəki
inqilabi mübarizəsi
geniş işıqlandırdığı
üçün jurnal
9-cu nömrədən sonra
“zərərli məsləkinə
görə” dayandırıldı.
“Bəhlul” jurnalı
yeni təqdimatda
Azərbaycan mətbuatının 145 illiyi
münasibətilə “Bəhlul”
jurnalı kitab formatında çap olunub. AMEA Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən
ilk dəfə transfonelitersiya edilib. 146 səhifədən ibarət
kitab “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır.
MÜŞFİQƏ
Yeni Azərbaycan.- 19 may.- 2022.- S.4.