104 yaşlı
Bakı Dövlət Universiteti
Bu gün Bakı Dövlət Universitetinin
(BDU) yaranmasından 104 il ötür. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən
bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də,
xalqın maariflənməsi
üçün çox
ciddi addımlar atılmış, bütün
məktəblərdə təhsilin
icbari olması və ana dilində
aparılması sahəsində
konkret tədbirlər
həyata keçirmişdi.
Bu tədbirlərin içərisində
müsəlman Şərqində
ilk Avropa tipli ali məktəb
kimi fəaliyyətə
başlayan, hazırda
Azərbaycan Respublikasının
aparıcı ali təhsil müəssisələrindən
biri olan Bakı Dövlət Universitetinin yaradılması
xüsusi yer tutur. Müsəlman Şərq dünyasına
respublika məfkurəsini
və demokratik idarə üsulunu gətirən Azərbaycan
xalqının və dövlətinin həyata keçirdiyi tarixi hadisələrdən biri də BDU-nun yaradılması
olub. Dövrün ağır və
mürəkkəb beynəlxalq
şərtlərinə, xarici
təhdidlərə, kəskin
maliyyə və kadr çatışmazlığına
baxmayaraq, milli hökumət ölkədə
təhsil və mədəniyyətin inkişafına
xüsusi diqqət yetirib. Ölkənin maliyyə imkanlarının
xeyli zəif, maddi-texniki bazanın qeyri-mövcudluğu, milli
kadrların çatışmazlığı
Bakıda universitetin yaradılmasını zəruri
edirdi.
1919-cu il aprelin 8-də Xalq Cümhuriyyətinin parlamenti Bakı şəhərində universitetin
açılması haqqında
qərar qəbul etdi. Həmin qərara əsasən Xalq Maarif Nazirinə
tapşırılırdı:
1)
1919-1920-ci tədris ilinin
əvvəlindən etibarən
Bakı şəhərində
Universitet açsın
və bu məqsədlə 10 milyon
manatdan artıq olmayan smetanı təqdim etsin;
2) Ticarət məktəbinin
binası Universitet üçün ayrılsın.
İslam
Şərqində ilk Avropa
tipli universiteti yaratmaq yolunda böyük maneələr
olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamenti
1919-cu il sentyabrın 1-də ilk universitetin
açılması haqqında
qanun qəbul etdi. “Bakı şəhərində dövlət
universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda
universitetin dörd fakültədən ibarət
olması göstərilirdi:
Şərq şöbəsi
ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat,
hüquq və tibb fakültələri.
Universitet
Komissiyasının sədri
V.İ.Razumovskiy 1919-cu il
sentyabrın 4-də Ticarət
Məktəbinin direktoru
V.İ.Ponomaryova 186 saylı
məktubla müraciət
edərək məktəbin
binasının universitet
üçün təhvil-təslim
edilməsi vaxtının
sentyabrın 5-nə, səhər
saat 10-a təyin edildiyi haqqında məlumat vermişdir.
1919-cu il sentyabrın
8-də Bakı Dövlət
Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında hökumət tərəfindən qərar
qəbul edildi. Həmin qərara əsasən, operativ cərrahiyə kafedrasının
əməkdar professoru
V.İ.Razumovskiy Bakı
Dövlət Universitetinin
rektoru, patoloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqorov
isə Bakı Dövlət Universitetinin tibb fakültəsinin dekanı vəzifəsinə
təsdiq olundu. Universitet Komissiyası tərəfindən
seçilmiş fakültə
terapevtik klinikası kafedrasının əməkdar
professoru A.M.Levin tibb fakültəsinin dekanı və həmin kafedranın dosenti N.A.Dubrovski isə tarix-filologiya fakültəsinin dekanı
vəzifələrini icra
etməsi qəbul edilib.
1919-cu il sentyabrın
11 də Bakı Dövlət Universitetinin rektoru V.İ.Razumovskiy təhsil ocağının
professorlarının mənzil
məsələsinin hökumət
tərəfindən həll
edilməsi haqqında
Xalq maarif naziri R.B.Kaplanova məktubla müraciət edib. Müraciətdə qeyd edilirdi ki, Rostov, Xarkov, Yekaterinoslav və Rusiyanın digər şəhərlərindən olan
professor heyətinin xidmət
etmək üçün
Bakıya dəvət
edilməsi, onların
hökumət tərəfindən
mənzillə təmin
edilməsini tələb
edir. Bu məsələnin
həllinin gecikdirilməsi
universitetin fəaliyyətinə
mənfi təsir göstərməklə yanaşı,
onun gələcək
fəaliyyətini təhlükə
altına alır.
Azərbaycan hökuməti qısa
müddət ərzində
universitetdə xidmət
etmək üçün
dəvət olunmuş
müəllim-professor heyətinin
mənzillərlə təmin
olunması vəzifəsini
layiqincə yerinə yetirib.
Adının tarixi
1924-cü ildə universitetə
Vladimir İliç Leninin
adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə
vaxtilə Azərbaycan
Kommunist Partiyasına rəhbərlik etmiş
Sergey Mironoviç Kirovun
adı verilir.
1991-ci ildə isə Bakı Dövlət Universiteti bu ali təhsil
ocağının yaradılmasında
fəal iştirak etmiş Məhəmməd
Əmin Rəsulzadənin
adını daşıyıb.
2000-ci ildən Bakı Dövlət Universiteti adı ilə təsdiqlənib.
Prezident
İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi
haqqında” 2017-ci il 14 noyabr tarixli sərəncam imzalayıb. Sərəncamda universitetin yubileyinin
keçirilməsi ilə
bağlı dövlət
qurumlarına müvafiq
tapşırıqlar verilib.
Nazirlər Kabinetinin
2018-ci il 21 may tarixli qərarı ilə yubileyin tədbirlər planı təsdiq edilib. Həmin Sərəncamda qeyd edilir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində
yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin
şərəfli bir yol keçib. Daim azərbaycançılıq
məfkurəsinə sadiqlik
nümayiş etdirən
universitetin ölkədə
ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında
və ümumən milli özünüdərk prosesinin
sürətləndirilməsində təqdirəlayiq xidmətləri
var” .
Onu da
xatırladaq ki, ölkəmizin təşəbbüsü
ilə BDU-nun 100 illiyi
UNESCO-nun 2018-2019-cu illər üzrə
yubileylər siyahısına daxil edilib.
Yeganə
BAYRAMOVA
Yeni Azərbaycan.- 2022.- 1 sentyabr.-
S.5.