Alban kilsəsindəKürmük obabayramı

 

Gürcülər, avarlar, ingiloylar, saxurlar, laklar Qaxa yığışırlar

 

MəqaləAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi iləDini milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsiistiqaməti üzrə hazırlanmışdır

Bu gün sizinlə birgə Qax rayonunda, Kürmük çayının sahilində, Əmbərçay kəndinin yaxınlığında, dəniz səviyyəsindən 590 metr yüksəklikdə yerləşən Alban məbədinə səyahət edəcəyik. Budur, Qaxa daxil olarkən ən hündür təpədən, yaşıllıqlar içərisində Alban kilsəsi bizi qarşılayır. Tolerant multikultural dəyərlər burada özünü daha çox büruzə verir. Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biridir apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.

Tarixi vərəqləsək görərik ki, Azərbaycan memarlıq tarixində məbədlərin xüsusi yeri var. Azərbaycanın müxtəlif yerlərində yerləşən qədim alban məbədləri indinin özündə qorunmaqdadır. Əsrlər boyu xalqımızın inanc, sayğı yeri olan məbədlərin sırasında Kürmük məbədinin ayrıca yeri var. Kürmük kilsəsinin tarixini araşdıran tədqiqatçılar bildirir ki, bu abidə-məbəd Azərbaycanda dinlərin sinkretizmi nümunəsidir. Haqqında danışdığımız  məbəd 1-3-cü əsrlərdə Qax rayonunda mövcud olmuş qədim Alban məbədinin qalıqları üzərində 19-cu əsrdə Çar Rusiyası tərəfindən tikilib. Abidəyə həm Aya sitayişməbədi deyilir. Buna səbəb isə alban tayfalarının əksəriyyətinin Ay Tanrıçasına sitayiş edilməsi ilə bağlıdır. İndiki kilsənin yerində Albaniyada Ay ilahəsi Selenanın şərəfinə “Ay ilahəsi məbədiinşa olunub.

1836-cı ildə Rusiya imperiyası tərəfindən alban məbədlərinin fəaliyyəti dayandırılıb. Buna görə albanlar pravoslav ya qriqoryan kilsəsinə getməyə məruz qalıblar. 1873-cü ildə isə Kürmük məbədinin yerində gürcü pravoslav kilsəsi inşa olunub. Həmin kilsə müqəddəs Georgi kilsəsi kimi fəaliyyət göstərib. Məbəd 1884-cü ildə məhv edilsə , 1894-cü ildə yerli sakinlər tərəfindən bərpa edilib.

Hər il may noyabr aylarının ilk həftəsinin son günü buradaKürmük oba ya Müqəddəs Georgi Günü qeyd olunur. “Kürmük obabayramı mərasimə həm xristian, həm islam dini elementləri daxil edilsə , bayram Kürmük çayının şərəfinə, onun daşma mövsümündə keçirilir. Kürmük çayı bəzən dağıdıcı olduğundan, yerli əhali arasında onun gücünə inam yaranmış, buna görə ildə iki dəfə - yazda payızda çayın daşma dövründə Kürmük çayının şərəfinə mərasim icra olunub.

Buraya gürcülər, avarlar, ingiloylar, saxurlar, laklar Azərbaycanın digər bölgələrində yaşayan müxtəlif etnosların nümayəndələriKürmük obabayramı günü ibadətgaha gələrək niyyət edib, ərazidəki ən hündür qayanın başına çıxaraq dualar edərlər. Gələnlər məbədi ziyarət etdikdən sonra burada ailəlikcə istirahət edirlər. 2006-cı ildə bu yerin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə 4 dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olub.

Alban kilsələri - tariximizin qədim izləri

Məlumat üçün bildirək ki, Qafqaz Albaniyası xristianlığın dünya üzərində yayıldığı ilk ölkələr sırasındadır. Tarixi mənbələrə görə eramızın I yüzilliyində bu ərazilərə Yerusəlim və Suriya xristian missionerlərinin gəlişi burada ilk xristian icmalarının yaranmasına səbəb olub. Bu barədə məşhur Alban tarixçisi Musa Kalankatlının Alban hökmdarı Cavanşirin göstərişi ilə yazdığı  Alban ölkəsinin tarixi” əsərində daha detallı bilgilər verilir. Əsərdə Şəkidə Kiş məbədini tikdirərkən: Bu, bizim mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkanımızdır” dediyi qeyd edilir. Əsərdə xristianlığın Albaniyada ilk təbliğatçısı olmuş Yeliseyin Şəki şəhəri yaxınlığında öldürüldüyüorada dəfn olunduğu da bildirilir. Xristianlığın Qafqaz Albaniyasında Ermənistan məfhumundan xeyli əvvəl yayıldığı erməni katolikosu Avraamın albanlara ünvanladığı məktublarından birində də öz əksini tapır.

 

MÜŞFİQƏ

 

Yeni Azərbaycan.- 2022.- 3 sentyabr.- S.6.