Onlar qayıdacaqlar!
08.08.2023 [10:20]
Nüvədilər
doğma torpaqlarından deportasiyanın
32-ci ildönümü ərəfəsində
görüşüblər
Nardar BAYRAMLI
Qərbi Azərbaycan
İcmasında (QAİ) “Heydər Əliyev İli”
çərçivəsində Qərbi Zəngəzur
mahalının Nüvədi kəndinin sakinlərinin xatirə
görüşü keçirilib.
Ümummilli lider Heydər
Əliyevin 100 illiyinə həsr olunmuş
tədbiri giriş sözü
ilə açan İcmanın aparat rəhbəri Qalib
Qasımov nüvədililəri salamlayıb. O, Qərbi
Azərbaycan İcmasının təşkilatlanma prosesi barədə məlumat verərək bildirib ki, bölgələrdə
bu istiqamətdə ciddi
işlər gedir. Q.Qasımov bu tədbirin Nüvədi əhalisinin dogma torpaqlarından deportasiyasının 32-ci ildönümü ərəfəsində keçirildiyini xatırladıb.
Sonra
tədbirdə ulu öndər Heydər Əliyevin Nüvədi
və onun əhalisi haqqında söylədiyi fikirlərlə
bağlı video-çarx nümayiş olunub.
QAİ-nin Müşahidə Şurasının üzvü, Mehri rayon icmasının sədri, akademik Fikrət Əliyev çıxış edərək, ?mummilli ?ider Heydər Əliyevin nüvədililərə olan diqqət və qayğısından danışıb. Bildirib ki, nüvədililərin 1987-1991-ci illərdə göstərdikləri müqaviməti ?lu ?ndər Heydər Əliyev yüksək qiymətləndirərək deyib: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə Nüvədidən çıxmırdılar. Onları sonra zorla oradan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxarda da bilmirdilər”. Fikrət Əliyev 1991-ci ildə Nüvədi əhalisinin çətin zamanlarında o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevlə bir gün ərzində yeddi dəfə telefonla danışdığını, bunun nəticəsi olaraq Ulu Öndərin nüvədilələrə dəstək göndərdiyini xatırladıb.
Fikrət Əliyev, həmçinin Mehrinin Nüvədi kəndinin icmasına
şəhid atası Məhərrəm İbadovun
rəhbər təyin olunduğunu bildirib.
Göstərilən etimada görə təşəkkür edən Məhərrəm İbadov çıxışında ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən danışıb. M.İbadov onu da qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizin ən mühüm hadisələrindən biridir.
“Yeni Azərbaycan” qəzetinin
baş redaktoru
Alqış Həsənoğlu çıxışında ulu öndər Heydər Əliyevlə
görüşlərini, xatirələrini bölüşüb.
O, eyni zamanda,
Qayıdış Konsepsiyasından danışaraq Azərbaycan
Prezidenti İlham
Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi
Azərbaycan İcmasının inzibati
binasının açılışı zamanı
İcmanın bir qrup
ziyalısı ilə görüşündə dövlətimizin
başçısının Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması,
soydaşlarımızın geri
qayıdış hüququ barədə səsləndirdiyi
fikirlərin önəmindən danışıb.
“Qayıdış Konsepsiyası zaman-zaman
reallaşacaq və biz
də bunun şahidi
olacağıq. Biz ötən il “Şuşa İli”ni qeyd
etmişik, bu ili isə “Heydər Əliyev İli”
kimi qeyd edirik. Ümid edirik ki, gələn ili də “Zəngəzur İli”
kimi bir yerdə qeyd edək”, -deyə Alqış Həsənoğlu
vurğulayıb.
YAP Təftiş Komissiyasının üzvü Musa Musayev də çıxışında ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi rəhbərin nüvədililərə qayğısından bəhs edib. O, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Qərbi azərbaycanlıların, o cümlədən Nüvədi əhalisinin dogma yurdlarına qayıdacaqlarına inandığını söyləyib.
BDU-nun professoru
İsmayıl Əliyev isə çıxışında Zəngəzurun
tarixi və xalqımızın taleyində
önəmi barədə fikirlərini bildirib,
ulu öndər Heydər Əliyevin bu torpağa olan diqqətindən bəhs edib.
Professor Qoşqar Əliyev
Nüvədinin deportasiya
tarixinə dair çıxış edib. O bildirib
ki, Nüvədi ərazisində yerləşən
tarixi Sultan-Səlmə
istehkamı, həmçinin
Baba Hacı ziyarətgahı
və digər tarixi, dini, mədəniyyət
abidələri regionda
bu gün də insanlar tərəfindən xatırlanır.
Lakin həmin qəbiristanlıqlar,
ziyarətgahlar erməni
vandalizminin qurbanı olub və məhv
edilib. Professor qeyd
edib ki, Nüvədi kəndi
1991-ci il avqustun 8-də azərbaycanlıların
Qərbi Azərbaycanda
sonuncu tərk etdikləri yaşayış
məskənidir.
Tədbirdə həmçinin Nüvədi kənd sakinləri - kənd ağsaqqalı Balakişi Həsənov, kənd ağsaqqalı Qulu Quliyev, bəstəkar Sevinc Tofiqqızı, Nüvədi kənd orta məktəbinin müəllimi, təqaüdçü Fərman Qasımov və gənc Şəbnəm Rüstəmova da çıxışlarında Ümummilli Liderin nüvədililərə qayğısından, eləcə də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri və onun Qərbi azərbaycanlılara dəstəyindən ətraflı bəhs ediblər. Qeyd edilib ki, nüvədililər doğma yurdlarına qayıdacaqlarına inanırlar.
Qeyd edək ki,
tədbirdə Prezident İlham
Əliyevin Qərbi Azərbaycan İcması ilə
görüşünə və nüvədililərin deportasiya dövrünə dair
video-çarxlar da nümayiş olunub.
Yeni Azərbaycan 2023.- 8 avqust.- S.4.