Ulduzlar sönmür
Rasim Balayevin “İstiqlal”
ordenli yubileyi
O, Azərbaycan kinosunun nadir incilərindən biridir. Adını çəkməsək də,
Babək, Nəsimi filmlərindən söz açmağımız müsahibimizim
kimliyindən xəbər
verir. Bəli, söhbət Azərbaycan
tamaşaçısının Nəsimi obrazı ilə sevdiyi, özünün təbirincə
desək, küçədə
görəndə “Nəsimi”
deyə səslədiyi
Rasim Balayevdən gedir. 75 illik
yubileyini qeyd edən Rasim Balayevlə doğum günü ərəfəsində
həmsöhbət olduq.
Ölkə başçısı tərəfindən “İstiqlal”
ordeni ilə təltif olunan böyük aktyor bildirdi ki, bu
təltif ona doğum günündə
ən dəyərli hədiyyə olub.
- Rasim müəllim, sizi həm yubileyiniz
həm də “İstiqlal” odeni iıə təltif olunmağınız münasibətilə
təbrik edirik...
- Diqqətiniz üçün
çox sağ
olun. Əvvəla, məni yubileyim
münasibətilə “İstiqlal”
ordeni ilə təltif edən Prezident İlham Əliyevə təşəkkürümü
bildirirəm. Bu, mənim üçün qürur verici və çox xoş oldu.
- 75 yaşa çatmağın özü
də böyük bir yol keçdiyinizi
göstərir. 75 yaş
az bir
ömür yolu da deyil. Bu gün geriyə baxanda nələr düşünürsünüz?
- 75 yaşın gətirdiklərinə
gəldikdə isə,
ömrün ötən
səhifələrinə nəzər
saldıqda yaxşı
günlər də olub, yaman günlər
də. Amma əsas odur
ki, ömür boşuna getməyib.
Yaxşı kollektivlərdə işləmişəm, kinoda
tamaşaçılar tərəfindən
sevilən rollarım olub. Amma bununla belə
gənclik gedib, ömür gedib. Hərhalda
Allah belə məsləhət
bilib, həyat belə olmalıdır.
- Yəni, bilmədiniz, necə gəldi, necə getdi...
- Təxminən 40 yaşıma
qədər illərin
necə keçdiyini
hiss edirdim. Ondan sonra Qarabağ probleminin başlaması,
SSRİ-nin dağılması
kimi hadisələr baş verdi.
Bir də gözümü açıb gördüm
ki, illər keçib gedib. 40 yaşımdan sonra
illər uçub getdi.
Ömür Allahın qismətidir. İndi tez-tez xəyal məni uzaqda qalan illərə aparır - dostlarımı yadıma salıram. O dostları ki, mənimlə çiyin-çiyinə neçə-neçə ekran əsərinin çəkilişlərində iştirak ediblər. Əksəriyyəti dünyadan çox erkən, vaxtsız köçüb. Ona görə də mən indi 75 yaşa çatmışamsa, bu, mənə Tanrı payı, İlahi lütfdür. Mənim aktyor kimi sənətə qədəm qoyduğum illərdə kinostudiyada bir qaynar həyat vardı. Bir ildə eyni vaxtda istər bədii, istər sənədli neçə-neçə film çəkilirdi.
- Ötən həyat
yoluna nəzər saldıqda hansısa
peşmanlıqla rastlaşmırsınız?
- Yox. Şükür Allaha ömür
boyu peşman olduğum hallar olmayıb. Hansısa söz seçimimdə
olub, hansısa zəif ssenari hesab etdiyim filmdə
çəkilmənin peşmanlığını
çəkdiyim olub.
- Xeyli rolda oynamısınız.
İndi geriyə baxanda hansı rollardan imtina edərdiniz, ya hansı rolları
fərqli oynamaq istərdiniz?
- Teatrdan fərqli olaraq kino çəkilərkən
çoxlu məşq
edilir və bir neçə dubla çəkilir. Rejissor da onun ən
yaxşısını seçir.
Çəkildiyim filmlərin
bəzi yerlərini fərqli oynamaq istərdim,
amma təəssüf
ki, bu mümkün
olan şey deyil.
Günel ABBAS
Yeni Azərbaycan 2023.- 8 avqust.- S.5.