HidayətinBurdan min atlı keçdikitabından

Həsən Səfərov (1930-1983) ya daha bir qurban

 

Paklıq kitabı”nın müəllifi Şeyxülislam Fazil İrəvani, Ağa Məhəmməd şah Qacarın müəllimi vəziri olmuş Hacı Mirzə Ağası İrəvani, İranın Tiflisdə, İstanbulda, Peterburqda səfiri olmuş Mirzə Rza xan İrəvani, 1776-cı ildə İrəvanda doğulmuş, çox keçmədən diplomat dövlət xadimi kimi tanınmış Fəxri Mirzə Abbas İrəvani kimi haqq-ədalət keşiyində duran hüquq fədailərimiz hələ XVIII-XIX yüzilliklərdən bəlli idi tarixə. Qahirədən Peterburqadək hər yerdə tanınmış ad qazanmışdılar.

Ruslaşdırma, erməniləşdirmə, etnik təmizləmə siyasətinin amansız təzyiqlərinə baxmayaraq, Ermənistanda sovet hakimiyyəti illərində Azərbaycan türklərinin sayılıb-seçilən bir nəsli qanun keşiyində mərdlik mətanətlə dayanmışdır. Əli Tağızadə Səfər Alməmmədov ədliyyə naziri Bala Əfəndiyev daxili işlər nazirinin müavini, Şükür Məmmədov Ali Məhkəmənin üzvü olublar. Hüseyn Babayev, Manaf Babayev, Hüseyn Allahverdiyev, Əhməd Məmmədov müxtəlif vaxtlarda müxtəlif rayonlarda prokuror vəzifəsində işləmişlər. Hüquqşünaslıq mərtəbəsinə ucalan digər soydaşlarımız da az olmayıb. Onların hər biri haqqında ayrıca əsər yazmağa, film çəkməyə dəyər. Lakin bu mərtəbəyə ucalan sədaqətli, zəhmətsevər, millətsevər, dəyanətli səxavətli hüquqşünaslardan da ancaq biri ilə-Həsən Şamil oğlu Səfərovla yaxından tanışlıq, eyni vaxtda, eyni qarışıq mürəkkəb mühitdə, eyni şəhərdə yaşamaq, onunla ülfət bağlamaq, daxili aləmindən baş qaldıran səssiz nidanı dinləmək mənə nəsib olub.

Həm həlim, həm sərt xasiyyətli bu insan haqqında ideal qəhrəman obrazı yaratmaq niyyətində deyiləm. Həsən Səfərovun heç buna ehtiyacı da yox idi. Onun öz yaşam fəlsəfəsi, öz həyat yolu, öz əməlləri əqidəsi yaşanmış, etiraf olunmuş bir qəhrəmanlıqdır, uydurma qondarma, şişirdilmiş üfürdülmüş deyil, gerçək qəhrəmanlıq!

...Abovyan rayonunun Nurnus kəndində anadan olub. Doğma kənddə 4-cü sinfi bitirib. Sonra doğulduğu kənd , oxuduğu məktəb qürbətdə qalıb. Ailə repressiya qurban olub, səfalı dağ kəndindən Mirbəşir rayonuna köçürülüb. Olmazın çətinliklərə baxmayaraq təhsilini davam etdirib. 1950-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub. 1955-ci ildə universitetin iki fakültəsini qurtarıb, hüquqşünas iqtisadçı kimi iki diplom alıb. Bakıda ali məktəblərdən birinə müəllim təyin ediblər. Ancaq doğulduğu torpağa, ana yurduna olan məhəbbəti onu çəkib yenidən Qərbi Azərbaycana gətirib. 1955-ci ildən İrəvanda Ermənistan komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləyib. 1962-ci ildə Respublika Ali Məhkəməsi kollegiyasının üzvü seçilib.

1982-ci ildə Ermənistan SSR Ali Sovetinin sessiyalarınında bu vəzifə dörd dəfə dalbadal Həsən Səfərova etibar edilib. İşgüzarlığı, qanunları, erməni dilini mükəmməl bilməsi, prinsipiallığı eyni zamanda, son dərəcə insanpərvər olması respublika hüquq-mühafizə orqanları işçiləri arasında ona qarşı bir tərəfdən ehtiram, digər tərəfdən qısqanclıq hissi yaratmışdı. Respublikaya gələn qonaqları qarşılamaq Həsən Şamiloğluna tapşırılmışdı. Moskvaya plenuma gedənlərin siyahısında birinci onun adı yazılırdı. Ağır, həm çox mürəkkəb işlərə baxmaq ona həvalə olunurdu. Hüquq məsləhətçilərindən, vəkillərdən daha çox insanlar Həsən Səfərova müraciət edir, ondan cavab gözləyirdilər. İyirmi il ərzində Ermənistanda Ali Məhkəməyə işi düşən heç bir azərbaycanlı onun diqqətindən yayınmamışdı. Obyektivliyini əldən verməsə , comərdliyini, səxavətini, insana bağlı pak mehrini əsirgəməz, tez-tez təkrarlardı:

Səxavət insanın ilkin vəzifəsidir. Comərd o kəsdir ki, ürəyində kimsəyə qarşı kin bəsləmir.

Yadımdadı, şəhərdə söz-söhbət yayılmışdı, deyirdilər Həsən Səfərov erməniləri çox sevir, ermənilər onu sevirlər. Burada bir qəbahət görmürdüm. Ancaq çox keçdi dedilər, yox, Həsən Şamiloğlu heç bir azərbaycanlını əliboş qaytarmır. Erməni qısqanclığı, kin-küdurətinin bir səbəbi elə bu olmuşdu.

...Axşamçağı şəhərdən kənara çıxmışdıq. Süfrə başında da o çox səmimi, çox comərd idi. Dedim: -Qapınızı çox döyürlər, bəlkə elə bu söz-söhbətin səbəbi budur? Özünəxas bir təbəssümlə üzümə baxdı, güclü, bir az da ədalətli yumşaq əli ilə əlimi bərk-bərk sıxdı. Dinmədi, əlimi buraxmadan fikrə getdi. Sonra asta usta bir ahənglə Şeyx Nəcməddindən bir misal gətirdi:

- Şeyxin xanəgahına gələn-gedən çox olarmış, yolu düşən qonaqlar gecə arxayın-arxayın yatar, yuxuya gedərmişlər. Şeyx səhərəcən yatmaz, onların çirkinləşmiş, toz basmış paltarlarını öz əli ilə tərtəmiz yuyub-qurudar, yuxudan oyananda qonaqlara təqdim edib, gülə-gülə yola salarmış. O qonaqlardan heç birinin adı tarixə bəlli deyil, minmi, on minmi müsafir gəlib-gedib bu xanəgaha, kim bilir?! Amma Şeyx Nəcməddinin adı yaddaqalan olub...

Elə bu mənalı yaşam fəlsəfəsinə, bu sədaqəti, bu comərdliyinə görə indi mən Həsən Səfərovun xatirəsini iftixarla yad edir, onun barəsində ürək sözlərimi, ehtiramımı əvəzsiz bir istəklə qələmə alır, dilə gətirirəm. Onu yad etməyə, xatırlamağa səsləyən bir maqam, bir vicdan hökmü var. Elə bil, Ermənistan türkünü imtahana çəkməkdən daim həzz alıb tarix dövran. 1948-1953-cü illərdə 150 min türklə birlikdə atası Şamil kişinin ailəsini doğma ocağından didərgin saldılar ermənilər. Çox keçmədən oğlu Həsəni əzizləyə-əzizəyə mərtbəbəyə qaldırdılar, sonra da əzizlədiklərindən oradan götürb daha dərin quyuya atmaq istədilər. Mərkəzi Komitənin Bürosuna çağırıb,- hünər cürətlə son büronun qərarına qarşı çıxıb, Hrazdan trestində baş vermiş cinayətkarlıq barəsinda subyektiv hökm veribsən? Həsənsə naşı hüquqşünas deyiləm mən. Qanuna ədalətə əməl etmişəm, bunu indi israr edirəm. Büronun qərarın qarşı çıxanlar isə Mərkəzi Komitənin İnzibati Şöbəsinin Mavr Davtyandır, Ali Məhkəmənin sədri Qriqor Koçaryan onun birinci müavini İlya Ağbaşyandır. Obyektiv qərar verməyə istəyirsinizsə...

Həsən büroda çox sərt çıxış elədi, bu çıxış göylərdə gedən K.Dəmirçiyanı (o, məsələnin müzakirəsinin lap əvvəlində təklif edirdi ki, H.Səfərov partiyadan çıxarılsın) bir az yumşal-maq məcburiyyətində qoydu. Lakin bununla belə, Mərkəzi Komitənin Bürosunun qərarı ilə Həsən Səfərov Ali Məhkəmə kollegiyasının üzvlüyündən geri çağırıldı, üç gün sonra onu respublika prokurorluğunda prokuror təyin etməli oldular. Və Ali Məhkəmənin kollegiya üzvü vəzifəsinə erməni seçdilər. Beləliklə, Həsən Səfərov Ali Məhkəmənin kollegiyası tərkibində sonuncu azərbaycanlı oldu.

1983-cü ildə o, ədalətsizliyə, keyfiyyətə və bütün soydaşlarımıza qarşı aparılan kəskin ayrı-seçkilik siyasətinə, təqiblərə tab gətirməyərək həyatla əbədi vidalaşdı.

Erməni klassikinin İrəvan Azərbaycan Teatrında uzun müddət uğurla göstərilən məşhur “Daha bir qurban” əsərində harınlamış ailədə törənən faciənin kökləri əks olunur. Həsən isə harın erməni şovinizmin daha bir qurbanı oldu. Beş il sonra həyat yoldaşı, bir oğlu, iki qızı İrəvandakı ata ocağından didərgin salınaraq, Bakıya üz tutmalı oldular. İrəvanda sonuncu görkəmli hüquqşünas soydaşımızın da taleyi belə sona yetdi. Faciə bir ailənin deyil, min bir ailənin faciəsi idi. Ermənistana, İrəvana ana vətən deyən yüz minlərlə Azərbaycan türkünun faciəsi!

Yeni Azərbaycan  2023.- 8 avqust.- S.5.