20 iyul 1990...

 

Bir neçə dəfə təxirə salınan tarixi qayıdış

 

Qorbaçov hakimiyyəti, Vəzirov hakimiyyəti, Mütəllibov

hakimiyyəti, Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər

Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...”

 

Ulu öndər Heydər Əliyevin həyatı fəaliyyəti hər zaman doğma Vətənlə, Azərbaycan xalqı ilə bağlı olub. Böyük uğurlara imza atan, adını tarixin səhifələrinə əbədi yazan bu dahi şəxsiyyət ömrünü Azərbaycanın inkişafına həsr edib, eyni zamanda, bütün sevincli kədərli anlarında qəlbən bağlı olduğu xalqı ilə bir yerdə olub. Azərbaycan xalqının ən kədərli çətin günlərindən birini yaşadığı dövrdə - 1990-cı ildə Ulu Öndər Moskvadan Bakıya dönməyə qərar verdi. Bu qayıdış 1990-cı il iyulun 20-də gerçəkləşdi.

 

Ermənilərin Qarabağplanı”...

 

Ulu Öndərin keçmiş sovet hakimiyyəti illərində Bakıdan Moskvaya əks istiqamətə gediş-gəlişi çox olmuşdu. Ancaq Onun 1990-cı il iyulun 20-də Bakıya dönüşü sıradan bir səfər deyildi. Bu qayıdışı şərtləndirən çoxsaylı amillər var idi. Ötən əsrin sonlarına doğru keçmiş ittifaqda hadisələr fərqli məcrada inkişaf edirdi. Müəyyən qüvvələr tərəfindən SSRİ-nin rəhbərliyinə gətirilən M.Qorbaçov Heydər Əliyevin nüfuzundan, böyük siyasi dühasından narahat idi. Eyni zamanda, Moskvada M.Qorbaçovun ətrafında güclü erməni mafiyası mövqelərini gücləndirmişdi. Baş katibi bütünlüklə ələ alan həmin mafiya Qarabağı, hətta Naxçıvanı Azərbaycandan qoparıb Ermənistana birləşdirməkdən ötrü hazırlanan ssenarini həyata keçirməyi qarşılarına məqsəd qoymuşdular. Təbii ki, bu oyunların həyata keçirilməsinə ən böyük maneə məhz Heydər Əliyev idi. Ermənilər məhz Heydər Əliyevin böyük nüfuzundan çəkinirdilər - tək yol Heydər Əliyevi İttifaq rəhbərliyindən uzaqlaşdırmaq idi. Nəhayət bu, baş verdi - Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefa verdi...

1990-cı il yanvarın 20-də bilavasitə M.Qorbaçovun göstərişləri əsasında Bakıda dinc əhaliyə qarşı silahlı hücum törədildi. Tutduğu bütün vəzifələrdən istefa verən Heydər Əliyev bu qətliama susmadı, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək etiraz səsini ucaltdı, xalqı ilə bir yerdə olduğunu bəyan etdi. Bu, böyük Liderin cəsarətinin xalqına bağlılığının ifadəsi idi. Bununla Heydər Əliyev qanlı 20 Yanvar faciəsi ilə bağlı informasiya blokadasını yardı, əsl həqiqətləri bütün dünyaya çatdırdı.

Həmin dövrdə Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycana qarşı daha məkrli planlar qurulub həyata keçirilə bilər. O, bununla bağlı müxtəlif mənbələrdən siqnallar almışdı. Elə Onun özünün həyatı təhlükə qarşısında idi. Ermənilərlə M.Qorbaçovun birgə qruplaşması Heydər Əliyevin varlığını Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneə hesab edirdilər. Belə bir şəraitdə Heydər Əliyev Bakıya qayıtmaq, çətin anlarda xalqı ilə bir yerdə olmaq qərarını verdi.

 

O vaxtkı hakimiyyətin arzulamadığı qayıdış

 

Ulu Öndərin 1990-cı ildə Moskvadan Bakıya qayıdışı bir neçə dəfə təxirə salınmışdı, hətta əvvəlcədən sifariş olunan biletlər kassalardan götürülməmişdi. Ləngiməyə səbəb isə Azərbaycanın o vaxtkı rəhbərliyinin isterikası idi. Həmin dövrdə Azərbaycanda yüksək vəzifə tutanların böyük əksəriyyətini zamanında Heydər Əliyev irəli çəkmişdi. Ancaq indi onların bir çoxu gözləmə mövqeyində dayanmağı, Moskvanın diktəsi ilə hərəkət etməyi üstün tuturdu. Açıq deyək, respublika rəhbərliyində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslər Heydər Əliyevin Bakıya qayıtması ilə mərkəzi hakimiyyətdə onlara münasibətdə etimadın azalacağını düşünürdülər. Onlar vəzifələrini qorumaq hərisliyi ucbatından hər vəchlə

Heydər Əliyevin Bakıya dönüşünü əngəlləməyə çalışırdılar. Bakıdan Moskvaya - Heydər Əliyevə davamlı telefon zəngləri gəlirdi. Vəzifə sahibləri Heydər Əliyevə yalvarırdılar ki, Bakıya dönüşünü ertələsin, indi buna şərait yoxdur s. 

Paralel şəkildə, mərkəzi yerli mətbuatda Heydər Əliyevə qarşıqara piar”a başlanılmışdı, Bakıdan Moskvaya qalaq-qalaq şikayət məktubları ünvanlanırdı. Həmin şikayət məkublarında Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrün statistik məlumatları bilərəkdən saxtalaşdırılır, o dövrün mənzərəsi əyri güzgüdən təqdim olunurdu. Eyni zamanda, dövriyyəyə kimlərinsə Bakıda Heydər Əliyevə sui-qəsd planları hazırladıqları barədə məlumatlar sızdırılırdı. Belə məlumatların yayılmasında məqsəd Heydər Əliyevi Bakıya dönüş qərarından çəkindirmək idi. Hətta ayrı-ayrı ünvanlarda Ulu Öndərin Azərbaycana qayıdışına insanlarınetirazlarınınifadə olunduğu mitinqlər təşkil olunurdu. Hadisələrin canlı şahidi olan yazıçı-publisist Xeyrəddin Qoca xatirələrində həmin saxta etiraz mitinqlərindən bəhs edərək vurğulayıb: “Mən əllərində Heydər Əliyevin Bakıya gəlməsinə etiraz şüarları yazılmış transparantlar olan bir qrup saqqallı, tərbiyədən uzaq, kobud küçə adamları ilə rastlaşdım onlara etirazımı bildirdim. Sonra komendantın yanına getdim (məqsədim qəzet üçün fakt toplamaq idi), həmin adamlara niyə təsir göstərmədiyini soruşdum. Komendant açıq-aşkar dedi ki, “mən edə bilərəm, onlar yuxarının adamlarıdır!”

 

Heç bir hakimiyyət Heydər Əliyevi

Azərbaycan xalqının qəlbindən çıxara bilmədi

 

Heydər Əliyev qərarında qəti idi. O artıq Özü üçün belə müəyyənləşdirmişdi: Ağır, taleyüklü məqamda Vətəndə, xalqının yanında olmalıdır! Erməni mafiyasının planlarının pozulması üçün qərarlar birlikdə verilməlidir!

Beləliklə, ozamankı hakimiyyətin yalvarışlarına, açıq-gizli hədələrinə məhəl qoymayan Heydər Əliyev bəhs olunan tarixdə Vətənə döndü. Ancaq bəlli səbəblərdən Ulu Öndərin Bakıda qalması mümkün olmadı O, doğma yurdu Naxçıvana üz tutdu. Doğma diyarı Naxçıvana gələn Heydər Əliyevi duz-çörəklə qarşıladı. Ulu Öndər bacısının kiçik evində yerləşmişdi. Ancaq bu kiçik ev böyük bir ziyarət məkanına çevrilmişdi. Qədim diyarın hər bir bölgəsindən bura insanlar axın edir, Heydər Əliyevlə görüşməyin xoşbəxtliyini yaşamaq istəyirdilər. İnsanlar el adətincə əziz qonaqlarına özlərinin hazırladıqları sovqatları gətirir, onun gəlişi münasibətilə qurbanlar kəsirdilər.  22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, Azadlıq meydanı insan selinə qərq olmuşdu. İzdiham o qədər sıx idi ki, Heydər Əliyevin kürsüyə qalxması üçün polis işə qarışıb yol açmaq məcburiyyətində qalmışdı. İzdiham Heydər Əliyevin kürsüyə qalxmasını sürəkli alqışlarla qarşıladı. Böyük şəxsiyyət isti, bürkülü havada çıxış etdi. Sevinc dolu alqışlar altında etdiyi qısa çıxışı ilə soydaşlarına sonsuz məhəbbətini ifadə etdi. Sonralar Heydər Əliyev Naxçıvan sakinləri ilə görüşü barədə xatirələrini bölüşərək belə deyirdi: “Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum”.

Naxçıvanda sözün əsl mənasındaXalq-HeydərHeydər-Xalqbirliyi yaranmışdı. Bu sarsılmaz birlik istənilən arzuolunmaz cəhdin qarşısını almağa qadir idi. Bu sevginin nəticəsi idi ki, Heydər Əliyevə qarşı hazırlanan hər bir çirkin oyun fiaskoya uğrayırdı. Məsələn, 24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan şöbəsinin silahlı dəstələri Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Silahlı dəstələr ultimatum dili ilə danışır, o cümlədən Daxili İşlər Nazirliyinin Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb edirdilər. Lakin onlar vacib bir faktoru - xalqın Heydər Əliyevə rəğbətini yaddan çıxartmışdılar. Minlərlə Naxçıvan sakini dövlətçiliyin müdafiəsinə qalxdı Heydər Əliyevin ətrafında birləşdi. Məhz xalqın Ulu Öndərlə sıx həmrəyliyi sayəsində xəyanətkarların mənfur planı pozuldu dövlət çevrilişi cəhdinin qarşısı alındı. Xalqının Ona olan sonsuz rəğbətindən, məhəbbətindən vəcdə gələn Ulu Öndər rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən qurultayında bunu çox təsirli şəkildə ifadə edərək deyib: “ Qorbaçov hakimiyyəti, Vəzirov hakimiyyəti, Mütəllibov hakimiyyəti, Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...”

 

Naxçıvandan başlanan xilaskarlıq missiyası

 

Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

O dövrdə Ulu Öndərin atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Qeyd etmək yerinə düşər ki, bəhs olunan dövrdə hələ Sovet İttifaqı, Kommunist Partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu.

1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan yüksək diplomatik bacarığından istifadə edərək qonşu qardaş Türkiyənin siyasi rəhbərliyi ilə təmasları gücləndirdi blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu. Eyni zamanda, Ulu Öndər xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.

Xalqla həmrəylik şəraitində Naxçıvanı xilas edən Heydər Əliyev növbəti mərhələdə - 1993-cü ildən sonra xilaskarlıq missiyasını bütün Azərbaycan miqyasında davam etdirdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi hakimiyyətinə qayıdan Heydər Əliyev aldığı müdrik qərarlarla xaosa, anarxiyaya, iqtisadi tənəzzülə son qoydu Azərbaycan inkişafa istiqamətləndi.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2023.- 20 iyul.- S.4.