Ulu
Öndər və Azərbaycan gəncliyi
Müstəqil Azərbaycanın qurucusu, uzaqgörən siyasətçi, güclü dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafında əvəzsiz bir rol oynamışdır. Heydər Əliyevin ümummilli lider kimi rolu Azərbaycanın birlik və bərabərliyini möhkəmləndirmək, ölkənin sürətlə inkişaf etdirilməsi istiqamətində islahatlar həyata keçirmək, ölkəyə rəhbərlik etmək və hər sahədə uğurlar əldə etmək üçün tərəfdaşlığı təmin etmək olmuşdur. O, ölkənin siyasi, iqtisadi, mədəni və ictimai sahələrində böyük uğurlar əldə etməklə yanaşı gənc nəslin inkişafına da xüsusi diqqət yetirmişdir.
Ulu öndər Heydər Əliyevin liderliyi ilə Azərbaycan gəncləri cəmiyyətin əsas inkişaf qüvvəsi halına gəlmişdir. Azərbaycan Gənclər Siyasətinin əsasını qoyulması ümummilli lider Heydər Əliyevin gəncliyə verdiyi dəyərin ən bariz nümunəsidir. Onun dövründə Azərbaycanın gənclər siyasəti prioritet halına gətirilmişdir. Ölkənin gəncləri və onların potensialı Ümummilli Lider tərəfindən dəyərləndirilmiş və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmışdır. Heydər Əliyevin gənclərə olan marağı və dəstəyi onların təhsilə, mədəniyyətə, idman və digər sahələrdə inkişafa nail olmasında əhəmiyyətli rol oynamışdır. Onun ən böyük vəzifəsi gənc nəslin beynəlxalq standartlara uyğun təhsil almasını, gənc kadrların yetişməsini təmin etmək olmuşdur. Heydər Əliyev dövründə, çoxlu sayda təhsil müəssisələri yaradılmış və gənclərə mükəmməl təhsil imkanları verilməsi üçün fəaliyyət göstərmişdir. Bu gənclərin təhsil səviyyəsini yüksəldərək onları ali təhsilli peşəkarlar və liderlər kimi yetişdirmək üçün mühüm bir addımdır.
Gəncləri iqtisadi inkişafın mərkəzində yerləşdirmək üçün də bir sıra tədbirlər həyata keçirmişdir. Ölkənin sənaye, neft, və ticarət sahələrində gənclərin daha çox iştirak etməsini təmin etmək üçün gənc kadrların hazırlığına xüsusi diqqət yetirilmişdir. Bunun üçün yaradılan proqramlar gənclər iqtisadi sahələrdə təcrübə qazanmaq, iş bacarıqlarını inkişaf etdirmək və liderlik potensialını artırmaq imkanı əldə etmələrini təmin etmişdir.
Ulu Öndər gənclərin Azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə bağlı və sadiq mühitdə yetişməsi üçün bir çox proqram və layihələrin təşəbbüskarı olmuşdur. O, bilirdi ki, dövlətinə bağlı, vətənpərvər və yeni çağırışlara hazırlıq bir gənc nəslin müstəqil Azərbaycanın gələcəyidir.
O, həmçinin gəncləri siyasətə cəlb etmək üçün də geniş imkanlar yaratmışdır. Heydər Əliyev özü gənclər üçün bir rol model olmuşdur. Nitqi, idarəetm? bacarığı, auditoriya qarşısındakı təsirli çıxışları, islahatların həyata keçirilməsində olan qətiyyəti və güclü iradəsi gənc nəslin qarşısında böyük bir nümunə ortaya qoymuşdur. Güclü liderin ətrafında birləşmək isə ancaq həmin nəslin inkişafına və uğurlarının artmasına zəmin yaratmışdır. O, gənclərə siyasi partiyalara, təşkilatlara və icraiyyə orqanlarına daxil olmaq üçün olan imkanlar vermişdir. Beləliklə, gənclərin siyasi mərhələlərdə aktiv iştirak etmələri və öz fikirlərini ifadə etmələri, milli siyasətin formalaşmasında və səylərin yönəldilməsində əhəmiyyətli bir rola malik olmalarını təmin etmişdir.
Ulu öndər Heydər Əliyevin liderliyi dövründə yaradılmış YAP Gənclər Birliyi böyük bir gənclər şəbəkəsi olmaqla yanaşı gənclərə liderlik, kommunikasiya və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək üçün imkanlar yaradır, bilikli, savadlı və vətənpərvər gənclərin yetişməsinə öz töhfəsini verir.
Dahi lider Heydər Əliyevin yaratdığı gənclər siyasəti çərçivəsində Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə, konfranslarda və forumlarda fəal iştirak edərək öz fikirlərini ifadə etməyə və dünya gəncləri ilə təmasa keçməyə imkan tapmışdır. Bu, gənclərin iqtisadi, sosial və siyasi proseslərə fəal iştirakını təmin edərək, onlara düşüncə və ideyalarını geniş auditoriyalara çatdırmaq imkanı vermişdir. Onun dəstəyi ilə yaradılan fondlar, gənclər təşkilatları, yeni imkanlar gənc nəslin inkişafına, təşəbbüslərinin dəstəklənməsinə, ictimai fəallığının artmasına, gənc liderlərin yetişməsinə, uğurlu təmsilçiliyinə şərait yaratmışdır.
Ulu Öndərin dövründə gənclərə dəyər verilməsi, onların potensialının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılması, birlik mühitinin yaradılması, milli və mənəvi dəyərlərə bağlılığın artırılması və beynəlxalq tədbirlərdə iştirak imkanlarının yaradılması Azərbaycanın gənclərini öz ölkələrinin və dünya gəncləri ilə daha geniş əlaqələr qurmağa təşviq etmişdir. Bu uzaqgörən liderin gənclərə verdiyi önəmin və Azərbaycanın gənclər siyasətinin uğurlarının bir təsdiqidir. Azərbaycan gənclərinə yönəlmiş bu genişmiqyaslı siyasətin nəticələri isə hər zaman göz qarşısındadır.
Bu gün Ümummilli Liderin layiqli davamçısı, Qarabağ zəfərinin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla davam etdirilir və genişləndirilir. Qürurla deyə bilərik ki, Qarabağı 30 illik işğaldan azad edən gənclər məhz cənab Prezident İlham Əliyevin dövründə yetişən, həm ön, həm də arxa cəbhədə uğurla mübarizə aparan gənclikdir. Bu siyasətin nəticəsində dünya səviyyəsində tanınan, liderlik bacarıqlarına malik olan, beynəlxalq platformalarda öz fikirlərini ifadə edən və öz sahələrində uğur qazanan bir nəsil formalaşmışdır.
Ülviyyə Axundova
Yeni Azərbaycan.- 2023-
2 iyun.- S.4.