Ulu
Öndərin ata qayğısı
Heydər
Əliyev onların bütün konsertlərinə
gedərdi...
Heydər Əliyev
böyük siyasətçi,
görkəmli ictimai-xadim
olmaqla yanaşı, həm də bütün sahələri
dərindən bilən
bir rəhbər idi. Ulu Öndər
mədəniyyət sahəsində
çalışan sənətkarlara,
istər bəstəkar,
istər musiqiçi,
istərsə də yazıçı olsun, hamısına böyük
dəyər verərdi.
Mədəniyyət tariximizi,
musiqi tariximizi çox dərindən bilirdi. Onunla söhbət etmək, çıxışlarını dinləmək hər bir azərbaycanlı üçün böyük
bir məktəb idi.
Ümummilli lider
Heydər Əliyev həm də mədəniyyət xadimlərinin
ən sadiq dostu idi. Bu
gün onun hörmət etdiyi və bütün sənətkarlardan xüsusilə
ayırdığı “Şöhrət”
və “Şərəf”
ordenli, “Dövlət Mükafatı Laureatı”,
Xalq artisti Xuraman Qasımovanın doğum günüdür.
Heydər Əliyevlə
ucalan sənət yolu...
Xuraman Qasımova
Heydər Əliyevlə
bağlı xatirələrindən
mətbuata tez-tez açıqlama verir. Bu barədə uzun-uzun danışmağı
xoşlayır. Hətta
bu qədər obrazlı cümlələri
məhz Heydər Əliyev üçün
işlədir desək,
yalan olmaz. Bu dəfə də, “Yeni Azərbaycan”a açıqlamasında xatirələri
ilə bağlı danışıb. O, böyük
fəxrlə deyir ki, Heydər Əliyevlə birgə keçirdiyi 25 ilə yaxın qiymətli xatirələrin hər biri qəlbində yaşayır: “Biz bu xatirələri zaman-zaman mətbuatda, televiziyada, qəzetlərdə
bölüşmüşük. Çünki bizim yaradıcılığımız onun ölkəmizə rəhbərlik etdiyi illərdən başlayırdı.
Təxminən 1969-1970 ci
illərin əvvəlindən.. Biz səhnəyə
gələndə hələ
çox gənc idik. Nə yaxşı
ki, Heydər Əliyev bizim yaradıcılığımızı və uğurlarımızı
zamanında izləyib
və qiymətləndirmişdi.
Heydər Əliyev həyatımızda böyük
rol oynayıb. Onunla dəfələrlə
xaricdəki rəsmi tədbirlərə getmişik.
Nitqini dinləyərkən
nəinki biz, hətta xarici ölkələrin başçıları
da Heydər Əliyevlə fəxr edirdilər. Onlar qeyd edirdilər ki, sizin çox
gözəl ölkə
rəhbəriniz var və bizdə belə rəhbər olsaydı, dünyanı fəth edərdik”.
Ulu Öndər
ürəyini bizə
açırdı...
Xalq artisti
qeyd edib ki, Ulu Öndər
onlara həmişə “qızlar”
deyə müraciət
edərdi: “Rəsmi xarici səfərlərə
gedərkən o, mütləq
ziyalılardan ibarət
kiçik bir nümayəndə heyətini
də özü ilə aparardı. Onların içərisində
biz də var idik. Elə
bir konsert proqramımız yox idi ki, özü
şəxsən gəlib
bizi izləməsin. Xarici səfərlərdə
olarkən bizimlə yaxından maraqlanırdı...
Hələ Moskvada çalışdığı illərdə, çox nadir hallarda konsertlərimizə özü
gələ bilməsə
də, mütləq ailə üzvlərini göndərərdi. Bu, ilk növbədə bizə böyük hörmət və dəstək idi. Heydər Əliyev Azərbaycan incəsənəti,
musiqisi ilə qürur duyurdu. Bəzən xüsusi görüşlərində, şam
yeməklərində bizimlə
çox gözəl,
səmimi, maraqlı söhbətlər aparardı.
Azərbaycan bəstəkarlarının,
ələlxüsus da
Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmov, Rauf Hacıyevin əsərlərini çox
sevərdi və hətta bizimlə birgə oxuyardı. Yadımdan heç çıxmaz ki,
1996-cı ildə Fidan
xanım və mən onunla birlikdə şam yeməyində görüşmüşdük.
Üçümüz birlikdə
Niyazinin “Arzu” romansını ifa etmişdik. İfadan sonra bir az
kədərlənib, kövrəlmişdi.
Daha sonra öz həyatı, ömür-gün yoldaşı
Zərifə xanım
haqda bizə ürək dolusu danışdı. Ürəyini
bizə açardı.
Açıq deyərdi
ki, o qədər məşğulam ki, sevdiyim ailəmi, yaxınlarımı görməyə
vaxt tapmıram. Onu da anlamaq
olardı, çünki
böyük bir ölkəni idarə etmək heç də asan deyildi.
Heydər Əliyevin yaşadığı şərəfli
həyat hər birimizə bir örnəkdir. Hamı deyərdi ki, onun bizə xüsusi bir münasibəti, hörməti
var. Bəli, tez-tez belə deyərdilər. Biz onunla hansı xarici səfərdə olurduqsa, ilk növbədə, fikirləşirdik
ki, hansı ölkəni təmsil edirik. Prezidentimizin nə dərəcədə
yüksək şəxsiyyət
olduğunu bilirdik və bu nöqteyi-nəzərdən
mədəniyyətimizin səviyyəsini
yüksək tutardıq”.
Bakı Musiqi Akademiyasının professoru Xuraman Qasımova bildirib ki, bu gün də hörmətli Prezidentimiz cənab İlham Əliyev və I vitse -prezidentimiz Mehriban Əliyeva Ulu Öndərin yolunu şərəflə davam etdirirlər. “Onlar mədəniyyət xadimlərinə daim dəstək olur, yaradıcılıqlarını izləyirlər. Cənab Prezident özü demişdi ki, mən hər bir azərbaycanlının prezidentiyəm və illər boyu da bunu təsdiq etdi. Biz Heydər Əliyevdən gördüyümüz o böyük dəstəyi bu gün ölkə rəhbərliyi tərəfindən hiss edirik”.
Günel ABBAS
Yeni Azərbaycan.- 2023.- 6 iyun. S. 6.