Azərbaycanda müasir qanunvericilik sistemini yaratmış lider
Bəşəriyyətin çoxəsrlik
tarixi təcrübəsi
sübut edir ki, xalqların və dövlətlərin inkişafında
liderlərin rolu əvəzsizdir. Güclü
lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın tarixində də yetişmiş, Azərbaycanımızın inkişafında,
dövlətçiliyimizin yaranıb möhkəmlənməsində,
milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılmasında
əhəmiyyətli rol
oynamışlar. Onların arasında
öz işıqlı
əməlləri ilə
bu xalqı müstəqilliyə qovuşdurmuş,
dövlətçiliyimizin daha da möhkəmlənməsində
müstəsna xidmətləri
olmuş ulu öndər
Heydər Əliyevin adı hər zaman qürur hissi ilə çəkilməkdədir.
Azərbaycanın tarixi
şəxsiyyətlərinin fövqündə yer alan bu dahi
insanın xalqımız
qarşısındakı xidmətləri
ölçüyəgəlməzdir.
Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna
yeri olan ümummilli liderimizin fəaliyyəti təkcə
Azərbaycan üçün
deyil, həm də
postsovet məkanı üçün mühüm
əhəmiyyət daşımaqla
yanaşı, dünya
miqyasında gedən proseslərə də birbaşa təsir göstərmişdir.
1969-cu ilin iyulunda Heydər
Əliyevin respublika rəhbəri seçilməsi
ilə Azərbaycanın
taleyində və tarixində dönüş
başlandı. Xalqımızın
mənəvi-əxlaqi dəyərlərinə
söykənən geniş
miqyaslı tədbirlər
həyata keçirilməsi
sayəsində insanlarda
nəinki milli ruhun və özünüdərkin
oyanışını şərtləndirdi,
həmçinin, onların
ictimai fəallığının
və işgüzarlığının
yüksəlməsinə təkan
verdi. XX-XXI əsrlərin
qovuşuğunda Azərbaycanın
demokratik və bəşəri dəyərlərlə
sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin
fədakar siyasi fəaliyyətinin nəticəsi,
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.
İyunun 15-də Heydər
Əliyev xalqın
təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi
iclasında
Heydər Əliyev çıxış
etdi: “Azərbaycan Respublikasının bugünkü
ağır,
mürəkkəb və
gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını
rəhbər tutaraq əlimdən gələni
edəcəyəm. Ali Sovetin sədri
kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının
dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi,
inkişaf etdirməyi özüm üçün
əsas vəzifələrdən
biri hesab edirəm. Azərbaycan respublikasının dövlət müstəqilliyi
1918-ci ildə
yaranmış ilk Azərbaycan Demokratik Respublikasının
ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə
bağlı olaraq təmin olunmalıdır. Bu sahədə
mən daim çalışacağam və
heç kəsin şübhəsi olmasın ki, ömrümün
bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm
ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin,
müstəqilliyini itirməyəcək,
yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
Heydər
Əliyevin Ali Qanunvericilik
orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə
oldu. Belə bir möhtəşəm siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara,
milləti özünə
qaytardı. Hadisələrin
sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik
tarixində
yeni siyasi
eranın başlanğıcı oldu!
Heydər
Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq
qalaraq aşkarlıq prinsipinə üstünlük
verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli
müşavirələr birbaşa
yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət
olduğu kimi xalqa çatdırıldı.
İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün
lazımi tədbirlər görülməyə
başlandı. Heydər
Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək
Ali Sovetə rəhbərlik
etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs,
yeni qüvvə
aldı. Ordu quruculuğu sahəsində
mühüm qərarlar
qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər
edildi.
Cəmi
dörd ay Ali Sovetin sədri vəzifəsində çalışsa
da, Heydər Əliyev
bu qısa müddətdə parlamentin ruhunu kökündən
dəyişdi, Milli Məclisə siyasi mədəniyyət
gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa
zaman kəsiyində
Azərbaycanın demokratik,
hüquqi, dünyəvi
dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heç də təsadüfi deyildir ki,
1993-cü il 3 oktyabr tarixli prezident seçkilərində
seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin
taleyini bu görkəmli dövlət
xadiminə həvalə etmək niyyətində olduqlarını
bütün
dünyaya
nümayiş etdirdilər.
1995-ci ilin noyabrın 12-də Azərbaycanın tarixində
ilk dəfə olaraq müstəqil dövlətimizin
Konstitusiyası ümumxalq
səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas
müddəalarını özündə
əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının
təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik
ənənələrimizə, milli və ümumbəşəri
dəyərlərə söykənərək
yaradılan Konstitusiyamız
hüquqi-demokratik dövlət
və vətəndaş
cəmiyyəti quruculuğunun
təməlini qoydu.
1993-cü
ilin iyun ayından ölkəmizdə
ölüm cəzasının
icrasına moratorium qoyulmuş,
daha sonra ölüm cəzasının
tətbiqi məhdudlaşdırılmış
və 1998-ci il fevralın
10-da Şərqdə ilk dəfə
olaraq ölkəmizdə
ölüm cəzası
ləğv edilmişdir.
Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və
reallığımıza əsaslanmaqla
humanizm, insanpərvərlik,
ədalət, şəxsiyyətə
və insan hüquqlarına hörmət
kimi yüksək amallarla yaşayan Ulu öndərin gələcək
nəsillərə misilsiz
töhfəsi oldu.
Hüquqi
və demokratik dövlət quruculuğu prosesində Heydər Əliyevin 21 fevral
1996-cı il tarixli sərəncamı
ilə yaradılmış
Hüquq İslahatları
Komissiyasını xüsusi
qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik
tarixində yaratdığı
ənənələri qorumaqla
inkişaf etmiş dövlətlərin hüquq
islahatları ilə bağlı təcrübəsindən
də bəhrələnmişdir.
Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında ümummilli liderimiz Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasının
həyata keçirilməsi
prosesi hər birimizin əsas vəzifələrindən biridir.
Bu baxımdan məhkəmə,
hüquq-mühafizə orqanlarının
islahatı ilə əlaqədar qanunların
hazırlanması, qəbul
olunması çox mühüm əhəmiyyət
kəsb edir. İndi qarşımızda Konstitusiya
əsasında qanunların
qəbul olunması kimi çox böyük vəzifələr
var. Hər sahədə
qanunlar qəbul edilməlidir. İndi mən
vaxt deyə bilmərəm, - bir il, iki il, - hər halda müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün
sahələr üzrə
müstəqil Azərbaycan
dövlətinin qanunları
olsun”.
Heydər Əliyevin Hüquq İslahatları Komissiyasındakı
bu nitqi respublikamızda qanun yaradıcılığı sahəsində
həyata keçirilən
böyük işlərin
proqram sənədi kimi mühüm əhəmiyyətə malikdir. Hüquq islahatları sahəsində
çox əhəmiyyətli
sənədlərdən biri
də Heydər Əliyevin
1996-cı il iyunun 8-də imzaladığı “Avropa
Şurası və Azərbaycan Respublikası
arasında əməkdaşlıq
proqramının həyata
keçirilməsi haqqında”
sərəncamdır. Bu sənədə
əsasən beynəlxalq
standartlara uyğun “Konstitusiya Məhkəməsi
haqqında”, “Məhkəmələr
və hakimlər haqqında”, “Prokurorluq haqqında” qanun və digər hüquqi sənədlərin
layihələri hazırlanıb
Milli Məclisdə müzakirə
edilmiş və müvafiq qaydada qəbul olunmuşdur.
Milli Məclisin bu günə qədər qəbul etdiyi hüquqi sənədlərin böyük
bir hissəsi Heydər Əliyev tərəfindən parlamentin
müzakirəsinə verilmiş
qanun layihələri,
konvensiyalar və sazişlərdir. Respublika parlamenti
bu gün də qeyd olunan
istiqamətdə, yəni
hüquq islahatları
sahəsində xeyli tarixi sənədlər qəbul etməkdədir.
Azərbaycanın uğurlarını elmi
əsaslarla fundamental təhlil
edərək qətiyyətlə
söyləmək olar
ki, Azərbaycanın bugünkü
və gələcək
nəsillərinin Heydər
Əliyevin şərəfli
adı və ölməz ruhu qarşısında müqəddəs
borcu, onun əsəri olan müstəqil Azərbaycan
dövlətinin daha
da çiçəklənməsi və qüdrətlənməsi,
xalqımızın rifahı
naminə fədakarlıqla
çalışmaq, milli birliyimizə
sədaqətlə xidmət
göstərməkdir.
Müasir
Azərbaycan dövlətçiliyinin
banisi
Heydər
Əliyevin başladığı
işlərin onun siyasi varisi - ölkə başçısı
tərəfindən uğurlu
davamı gələcəyə
doğru inamla addımlayan Azərbaycanın
XXI əsrdə daha yüksək zirvələr
fəth edəcəyindən
xəbər verir.
Adil Vəliyev
Yeni Azərbaycan.- 2023.- 14 iyun. S. 4.