Milli Qurtuluş Günü: Dövlətçilik salnaməmizin şanlı səhifəsi

 

Azərbaycan xalqının milli dövlətçilik tarixi bir sıra mühüm hadisələrlə əlamətdar günlərlə  zəngindir. Həmin hadisələr xalqın gələcək taleyinin müəyyənləşməsində müstəsna rol oynayıb. Təbii ki, burada lider amili mühüm amil kimi səciyyələnir. Müasir Azərbaycanın intibahı tərəqqisi məhz belə bir lider , böyük siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Bu il xalqımız bütün dünya azərbaycanlıları üçün çox əlamətdar bir ildir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdəHeydər Əliyev İli” elan olunub. Müstəqil Azərbaycan dövlətinin qurucusu memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi həm respublikamızın bütün guşələrində, həm dünyanın bir çox ölkələrində  böyük təntənə ilə qeyd olunur.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Bu baxımdan, 30 il öncə - 1993-cü il iyun ayının 15-də Ulu Öndərimizin Azərbaycanda hakimiyyətə qayıdışının bu qayıdışın fonunda Milli Qurtuluşumuzun 30 ili tamam olur. Bugünlər Azərbaycan xalqı  15 İyun Milli Qurtuluş  Gününü böyük coşğu ilə qeyd edir.

Məlumdur ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə , respublikada çox mürəkkəb proseslər baş verirdi. Bir tərəfdən, Ermənistanın ərazi iddiaları, digər tərəfdən isə daxili ictimai-siyasi, sosial-iqtisadi böhran dərinləşməkdə davam edirdi. 1992-ci ildə qanunsuz olaraq hakimiyyətə gələn  qüvvələrin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-sü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq parçalanma meyllərinin baş qaldırması bütün bunların ölkənin daxilində qardaş qırğını vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.

Hakimiyyət daxilində qruplaşmaların yaranması daxili mübarizə ölkədə vəziyyəti daha da kəskinləşdirirdi. Ovaxtkı  prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi, Şuşanı, Laçını düşmənə təhvil verdi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

Respublikamızda bu cür acınacaqlı vəziyyətin əsas səbəbi liderin olmaması idi. Məlumdur ki, Azərbaycan xalqının faciələri ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdı.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış Azərbaycan xalqının faciələri o gündən başlamışdı. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. 1990-ci illərin əvvəllərində hakimiyyətdə olan qüvvələr  Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışdılar. O vaxt iqtidarda olanlar sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycanda 20 Yanvar, Xocalı faciələri baş verməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı əzablı yollardan keçməzdi. Lakin bunu etmədikləri üçün Azərbaycanda vəziyyət daha da ağırlaşdı, 1993-cü ildə dövlətçiliyimiz məhv olmaq, respublikamız məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.

Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız ulu undər Heydər Əliyevdə görürdü. Dövlətçilik anlayışından bixəbər olan hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Həmin dövrü Ulu Öndər Heydər Əliyev belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin anarxiyanın məngənəsindən qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yenidən qurduğu hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı vəziyyəti yerindəcə öyrəndi. Bununla da, Ümummilli Liderimiz Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. “Mənim həyatım da, fəaliyyətim yalnız yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Beləliklə, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi onun hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.  1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 iyun gününü Milli Qurtuluş Günü- rəsmi dövlət bayramı elan etdi. Əminliklə söyləmək olar ki, 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi. Birincisi, xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı dəstəyi; ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; üçüncüsü, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz təmənnasız sevgisi idi.

Ümumiyyətlə, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. 1993-cü ilin oktyabr ayında keçiirlmiş prezident seçkilərində xalq öz seçimini etdi Ulu Öndər Heydər Əliyevi dövlətimizin başçısı seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Beləliklə, Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı inkişafın təməlini qoydu. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam maraqdan istifadə edərək 1994-cü ilin sentyabrındaƏsrin müqaviləsi”nin imzalanması onun gerçəkləşdirilməsi məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq nümunəsidir. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına təşəbbüskarına çevrildi.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Cənab Prezident İlham Əliyevin dediyi kimiDanılmaz həqiqətdir ki, Azərbaycanın müasir müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

2003-cü ildə Azərbaycan xalqı Heydər Əliyev siyasətinin davamına səs verdi.

Xalqımız Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyevə Heydər

Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasına etimad göstərdi. Bu gün möhtərəm cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Dövlətimizin başçısının uğurlu, səmərəli daxili xarici siyasət həm Azərbaycanın yüksəlişi inkişafında, milli maraqların qorunmasında, həm ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı Zəngəzuru azad görmək idi. “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” - deyə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bəyan edib. Bu gün dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bütövlükdə, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında bir sözlə, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin liderliyi özünün ən güclü qüdrətli dövrünü yaşayır. Qazanılan bütün nailiyyətlərin əsasında isə Qurtuluş məfkurəsi dayanır!

 

Ağalar Vəliyev.

Yeni Azərbaycan.- 2023.- 14 iyun. S. 5.