Yurdumuzu var edən
ordumuz
İkinci Qarabağ müharibəsində
möhtəşəm Qələbəmiz,
bu günlərdə ordumuzun həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri və Qarabağda suverenliyimizin tam bərpası misilsiz tarixi hadisələrdir və bununla haqlı olaraq fəxr edir, qürur duyuruq!
İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz
azadlığın meyvələri
dərilməz,
Şəhidsiz bir millətin Vətən ruhu dirilməz,
Oğullar
ola-ola, necə deyim mərdim yox.
Ordum
varsa, yurdum var,
Ordum
yoxsa, yurdum yox!
(Zəlimxan
Yaqub)
Bu
gün ordunun döyüş qabiliyyətinin
artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi,
xidmətin nümunəvi təşkili, hərbçilərin
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində ardıcıl tədbirlər
görülür. Bütün bunlar əsası Ulu Öndər
tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən
ən yüksək səviyyədə davam etdirilən bənzərsiz
ordu quruculuğu
siyasətinin bariz nümunəsidir.
Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu
quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilir, səmərəli nəticələr
əldə olunur. Çox
sürətlə və yüksək səviyyədə
aparılan ordu quruculuğunun bəhrəsidir ki, Azərbaycan regionda ən
güclü orduya malik olan dövlətə çevrilib.
44
günlük Vətən müharibəsində
torpaqlarımızın azad
edilməsi də məhz uğurlu ordu quruculuğunun reallığı
idi
Azərbaycan
bir neçə dəfə öz iradəsini və
gücünü düşmənə göstərmişdi.
2016-cı ilin Aprel döyüşləri həm mənəvi,
həm də strateji nöqteyi-nəzərdən bizim çox
böyük qələbəmiz idi. Aprel döyüşlərində
düşmənin yaratdığı “məğlubedilməz
ordu” mifi tar-mar oldu. Həmin döyüşlər nəticəsində
azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ
müharibəsində ordumuzun uğurlu əməliyyatlar həyata
keçirməsi üçün əlverişli imkanlar
yaratdı. Prezident İlham Əliyevin vurğuladığı
kimi, Aprel döyüşlərindən sonra Ermənistan
qorxuya düşmüşdü və faktiki olaraq
işğal edilmiş torpaqlardan qoşunları
çıxarmağa hazır idi, hətta buna söz
vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Aprel
döyüşləri onlar üçün dərs
olmadı. Ondan iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı
keçirildi, strateji yüksəkliklər nəzarətə
götürüldü. Bu da ermənilərə dərs
olmadı. Və nəhayət... 2020-ci il sentyabrın 27-də
İkinci Qarabağ müharibəsinin başlaması zərurətə
çevrildi. Düşmən cəzalandırılmalı idi
və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz
Vətən müharibəsində misilsiz şücaətlər
göstərərək 300-dən çox yaşayış məntəqəsini
bilavasitə döyüş meydanında geri qaytardı.
Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın,
Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin
geri qaytarılması uğrunda gedən döyüşlərdə
igid əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar
göstərdilər. Azərbaycanın bir-birinin ardınca
qazandığı qələbələr, xüsusilə
Şuşanın düşmən əsarətindən
qurtarılması müharibənin taleyində həlledici rol
oynadı. Sentyabrın 27-də başlayan müharibə 44
gündən sonra Ermənistanın öz məğlubiyyətini
etiraf etməsi və noyabrın 10-da onun üçün
kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı
imzalaması ilə nəticələndi. Həmin sənədə
əsasən məğlub Ermənistan Kəlbəcər,
Ağdam və Laçın rayonlarını Azərbaycana
döyüşsüz qaytarmağa məcbur oldu. Bununla da Azərbaycanın
cəlb olunduğu ədalətli müharibə ərazi
bütövlüyümüzün və tarixi ədalətin
bərpası ilə başa çatdı.
Ordumuzun
daha da gücləndirilməsi
istiqamətində kompleks tədbirlər görülür
Vahid
proqram əsasında inkişaf edən, hərbi qüdrətini
gündən-günə möhkəmləndirən Silahlı
Qüvvələrimiz möhkəm
intizam, vətənpərvərlik, yüksək mənəvi
mübarizlik ruhu və döyüş qabiliyyəti ilə səciyyələnir.
Son vaxtlar aparılan islahatlar fonunda Xüsusi Təyinatlı
Qüvvələrin sayının iki dəfə
artırılması, Komando qüvvələrinin
yaradılması ordumuzun döyüş qabiliyyətinin
artırılması istiqamətində atılmış ən
önəmli addımlardandır. Ölkəmizin hərb tarixində bu
mühüm yeniliklər Prezident İlham Əliyevin Azərbaycan
Ordusunun peşəkarlığının yüksəldilməsinə
xüsusi diqqət göstərməsinin bariz nümunəsidir.
Bu il hərbi potensialın gücləndirilməsi, Silahlı
Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün
dövlət büdcəsindən 1,1 milyard
manatın ayrılması bunu bir daha təsdiq edir. Bu gün Azərbaycan
Ordusunun sıraları daha da genişlənmiş və
möhkəmlənmişdir. Silahlı Qüvvələrin
peşəkar kadrlarla təmin edilməsi, əsaslı şəkildə
struktur islahatlarının aparılması ordumuzu ən
qabaqcıl ordular səviyyəsinə çatdırmışdır.
24 saat ərzində
keçirilən lokal
antiterror tədbirləri
də
rəşadətli ordumuzun gücünün növbəti
nümayişi oldu
Təəssüf
ki, 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli
Bəyanatın müddəlarına, üzərinə
götürdüyü öhdəliklərə riayət etməyən
Ermənistan Azərbaycan ərazilərindən silahlı
birliklərini çıxarmadı. Bu silahlı qruplaşmalar
isə zaman-zaman Azərbaycan Ordusuna, hətta dinc insanlara
qarşı hərbi təxribatlar törədir, silahlı
qarşıdurmalar yaradır, mina təhdidi
formalaşdırırdı. Sentyabrın 19-da Xocavənd
rayonunda baş verən təxribat nəticəsində 2
mülki şəxs, 4 polis həyatını itirdi. Bunun
ardından Azərbaycan Müdafiə Nazirliyi bölgədə
lokal xarakterli antiterror tədbirlərinə
başlanılması ilə bağlı məlumat yaydı.
Ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının
təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının
alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc
əhali, habelə bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə bölgədə lokal xarakterli
antiterror tədbirlərinə başladı. Bir gün ərzində
rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə
yüksək səviyyədə nail oldu. Beləliklə,
dövlət suverenliyimiz tam təmin edildi. Azərbaycan istədiyini etdi,
bütün şərtlərin qəbuluna nail oldu. Azərbaycan
artıq bütün ərazisinə nəzarət edəcək.
Bu müasirləşən, peşəkar davranış və
intizam qaydalarına yiyələnən Azərbaycan Ordusunun əldə
etdiyi növbəti və dünya hərb tarixində
müddətdə baş tutan qələbəsi oldu. Azərbaycan
əsgəri bir daha gücünü göstərdi, əgər
tələblərimiz yerinə yetirilməsə, yenə təxribatçı
əməllərinə davan etsələr “dəmir yumruq”la yenidən
qarşılaşacaqlar və qətiyyətlə
məhv ediləcəklər. Nəticə etibarilə
bütün dünya Azərbaycan Ordusunun imkan və
potensialının nə qədər yüksək olduğunu
bir daha gördü. Ordumuzun çox qısa zamanda
yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin
peşəkarlığını, yüksək
döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini
nümayiş etdirməklə yanaşı, Azərbaycanın
sözünün imzası qədər əhəmiyyətli
olduğunu təsdiqlədi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin sentyabrın 20-də xalqa müraciətində
ordumuzun peşəkarlığı, döyüş ruhu,
mükəmməl plan əsasında fəaliyyəti və
bunların fonunda üzərinə düşən
missiyanı şərəflə yerinə yetirməsi ilə
bağlı səsləndirdiyi fikirlər hər birimizdə
böyük qürur hissi yaratdı.
İkinci
Qarabağ müharibəsində
Ermənistanın işğalçı
hərbi birləşmlərini öz torpaqlarından qovan və
ərazi bütövlüyünü bərpa edən dövlətimizin
hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri
daha da möhkəmlənməkdədir. Azərbaycanda ordu
quruculuğu prosesi davam edir və Silahlı Qüvvələrimiz
müasirləşdirilir. Daha çox qardaş Türkiyə
modelinə uyğunlaşdırılan ordumuz müasir
silahlarla təchiz olunur, komplektləşdirilir.
Bütövlükdə, iki qardaş ölkənin hərbi əməkdaşlığı
isə yüksək səviyyədədir. Bu fakt Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də
ölkəmizə rəsmi səfəri zamanı bir daha təsdiqləndi.
Belə ki, həmin gün Azərbaycan Prezidenti İlham
Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin
açılışında iştirak ediblər. Verilən məlumata
görə, hərbi kompleks müxtəlif növ tank, zirehli
döyüş maşını və transportyorların,
artilleriya qurğu və sistemlərinin, hava hücumundan
müdafiə vasitələrinin, atıcı silahların,
mühəndis texnikasının, rabitə
avadanlıqlarının, optik cihazların təmirini və
modernləşdirilməsini, müxtəlif növ daxiliyanma
mühərriklərinin təmirini və stend üzərində
yoxlanılmasını, qeyd olunan bütün vasitələr
üzərində detal və avadanlıqların dəyişdirilməsini
və test edilməsini həyata keçirmək imkanına
malikdir. Hərbi kompleks
1 mərkəzdən, 8 təmir
müəssisəsindən və 10 sahədən ibarətdir. Burada müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox
avadanlıq quraşdırılıb.
Eyni zamanda, idarəetmə, yataqxana və təminat binası inşa edilib.
Hərbi
hissənin zirehli və avtomobil texnikaları parkında texniki nəzarət məntəqəsi, texniki
qulluq və təmir məntəqəsi
binaları, ümumi texnika tutumu 284 yer olan 4 saxlanc,
yanacaqdoldurma, yuma və gündəlik texniki qulluq məntəqələri inşa
olunub. “Naxçıvan
Mərkəzi Təlim-Tədris
Sahəsi” taktiki və idman sahələrindən,
atış, artilleriya,
mühəndis, kəşfiyyat,
rabitə, kimya və qarovul şəhərciklərindən ibarətdir. Kompleksə yüksək səviyyədə
təchiz olunmuş idman şəhərciyi də daxildir. Azərbaycan-Türkiyə hərbi
əməkdaşlığı ordumuzun mövcud potensialının daha da artırılmasında xüsusi
rol oynayır.
Ölkəmizin müdafiə sisteminin
möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə
aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin ordu
quruculuğu sahəsində
apardığı məqsədyönlü
işlərin nəticəsidir.
Beləliklə, Azərbaycanda
ordu quruculuğu prosesi davamlı şəkildə inkişaf
etdirilir. Silahlı Qüvvələrimiz isə
bundan sonra da qarşıya qoyulan tapşırıqları yüksək
səviyyədə yerinə
yetirməkdə davam edəcək.
Yaqut Ağaşahqızı
İki sahil.- 2023.- 29 sentyabr.- S.4.