Yeni
zirvələri məhz
İlham Əliyevin Liderliyi ilə fəth edə bilərik
Müsahibimiz YAP İdarə
Heyətinin üzvü,
Milli Məclisin deputatı Pərvin Kərimzadə
- Pərvin xanım,
fevralın 7-də keçiriləcək
prezident seçkilərinin
mühüm mərhələsində
- seçkiqabağı təşviqat
kampaniyası dövründəyik.
Əvvəlcə Azərbaycanda
seçki mühitini dəyərləndirməyinizi xahiş
edirik...
- Ümumiyyətlə, seçkilər demokratik dövlətlərin, xalqların
inkişaf tarixində
çox mühüm rola malikdir. Seçkilər həm əvvəlki dövrün
hesabatının aparılması,
əldə olunan nəticələrin təhlil
edilməsi baxımından
əhəmiyyətlidir, həm
də dövlətin qarşıdakı dövrdə
inkişaf paradiqmalarının
müəyyənləşdirilməsində
böyük önəm
kəsb edir. Bu baxımdan, Azərbaycanda fevralın
7-də keçiriləcək prezident seçkilərinin
ölkəmizin demokratik
inkişafı yolunda növbəti parlaq səhifə olacağını
deməyə ciddi əsaslarımız var.
Ölkəmizdə seçkiöncəsi
vəziyyət də kifayət qədər normaldır. Azərbaycan dövləti bu seçkilərin beynəlxalq
standartlara uyğun demokratik şəraitdə
keçirilməsi üçün
lazımi şəraiti
yaradıb. Seçkilərə
ictimai maraq yüksək səviyyədədir.
Hər bir namizəd üçün
azad rəqabət şəraiti təmin olunub. Seçki prosesləri tam qanunvericiliyə uyğun həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan
seçkilərin demokratik
təşkili sahəsində
zəngin təcrübəyə,
mütərəqqi və
beynəlxalq standartlara
cavab verən təkmil qanunvericilik bazasına malikdir.
Seçkilərlə bağlı başqa bir diqqət çəkən məqam
ondan ibarətdir ki, prosesə ciddi beynəlxalq maraq müşahidə olunur. Bu da
bir neçə amillə əlaqədardır.
Əvvəla, bu seçkilər regionda kifayət qədər strateji mövqeyə sahib olan, həmçinin
beynəlxalq münasibətlər
sisteminin güclü aktoru kimi çıxış
edən Azərbaycanın
gələcək dövrdəki
inkişafının əsas
istiqamətlərini müəyyənləşdirəcək.
Eyni zamanda, bu seçkilərin nəticələri regionun
inkişafı baxımdan
da əhəmiyyətlidir.
- Yeni Azərbaycan
Partiyası prezident seçkilərində partiyanın
Sədri, dövlət
başçısı İlham
Əliyevin namizədliyini
irəli sürüb.
YAP seçkilərə “Qalib
xalqın qalib Lideri!” şüarı ilə gedir. Təbliğat və təşviqat kampaniyası
çərçivəsində seçicilərlə görüşlər
keçirirsiniz. Sizcə,
seçkilərlə bağlı
ümumi ictimai rəy nədən ibarətdir?
- Əminliklə deyə
bilərik ki, partiyamızın prezident seçkilərində cənab
İlham Əliyevin namizədliyini irəli sürməsi xalqımızın
istək və arzularından irəli gəlir. Biz təbliğat və təşviqat kampaniyası
dövründə insanlarla
görüşür, onların
rəylərini, fikirlərini
öyrənirik. Bundan
əvvəl də ictimaiyyətlə görüşlərdə
müşahidə etdiklərimiz,
cəmiyyətin əhval-ruhiyyəsi
açıq şəkildə
göstərir ki, ümumxalq partiyası olan Yeni Azərbaycan
Partiyasının bu qərarı Azərbaycan seçicilərinin mütləq
əksəriyyətinin mövqeyini
və iradəsini ifadə edir. Vətəndaşlarımızın Prezident İlham Əliyevlə bağlı
söylədikləri xoş
sözlər bir daha partiyamızın qərarının nə qədər yerində və obyektiv olduğunu sübuta yetirir.
Azərbaycanın inkişafının
təməlində Heydər
Əliyev siyasəti dayanır. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən
xilas edərək müstəqlliyimizin dönməzliyini
təmin etdi və ölkəmizi inkişaf yoluna çıxardı. Bütövlükdə,
Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında
xidmətləri misilsizdir.
Azərbaycan xalqı bu xidmətlərinə görə Heydər Əliyevə əbədi
olaraq minnətdardır
və Onun müəyyənləşdirdiyi yola sadiqdir. 2003-cü ildə keçirilən prezident seçkilərində
xalqımızın Heydər
Əliyev siyasətinin
layiqli davamçısı
cənab İlham Əliyevə etimad göstərməsi məhz
bu reallığın
bariz göstəricisidir.
Bu gün hər bir vətəndaş
dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı
birbaşa Prezident,
YAP-ın Sədri İlham Əliyevin adı və həyata keçirdiyi düzgün siyasətlə
bağlıdır. Çünki
dövlət başçısı
İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının
Prezidenti olduğunu təsdiq edib. Son 20 il ərzində
Azərbaycan böyük
və şərəfli
inkişaf yolu keçib, möhtəşəm
tarixi nailiyyətlər
qazanıb. Dövlətimizin
qüdrəti artıb,
ölkənin siması
bütünlüklə dəyişib,
insanların rifahı
yaxşılaşıb. Prezident
İlham Əliyevin xalqa verdiyi bütün
vədlər real həyatda öz əksini tapıb. Bu müddətdə Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşların
sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə
yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. 2003-cü ildən
inkişafın yeni mərhələsinə qədəm
qoyan Azərbaycanın
ötən 20 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir.
Ali Baş Komandanın uzaqgörən,
prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz
və xalqımız qarşıya qoyduğu ən müqəddəs vəzifənin yerinə yetirilməsinə, ölkəmizin
ərazi bütövlüyünün
və suverenliyinin tam bərpa edilməsinə nail olub. 2020-ci il sentyabrın 27-də başlanan
Vətən müharibəsi
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman
ordumuzun gücü və xalqın birliyi ilə Zəfərlə sona çatdı. O zaman İkinci Qarabağ müharibəsi nəticəsində
biz işğala son qoyduq. 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində,
Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış
məntəqəsinin qurulması
tarixi zərurətdən
irəli gəlib. Həmçinin ötən
il sentyabrın 20-də
şanlı ordumuz Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində
ölkəmizin suverenliyini
tam təmin etdi. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə ərazi bütövlüyünə
və suverenliyinə qovuşdu, xalqımızı
dünyada mübariz, döyüşkən və
müzəffər xalq
kimi tanındı. Eyni zamanda, şəhidlərimizin
qanı yerdə qalmadı, onların qisası alındı.
Hazırda işğaldan
azad olunmuş ərazilərimizin bərpası
istiqamətində möhtəşəm
işlər həyata
keçirilir. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi hazırda əsas missiyası düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən
qurulması, öz yurd-yuvalarından didərgin
düşən soydaşlarımızın
doğma yurda qaytarılmasıdır. Tarixi
Zəfərlər nəticəsində
yaradılmış yeni
reallıqlar Qarabağın
və Şərqi Zəngəzurun bərpası
və inkişafını
nəzərdə tutan
Böyük Qayıdış
strategiyasının tezliklə
reallaşacağını deməyə əsas verir. Bütün bunlara görə insanlar prezident seçkilərində cənab
İlham Əliyevin namizədliyini məhz bu reallıqları dərk edərək, həmçinin digər tarixi nailiyyətlər fonunda dəyərləndirirlər.
- Sadaladığınız faktlar, həqiqətən,
Azərbaycanın son
20 il ərzində yüksək inkişaf göstəricilərini ifadə
edir. Son olaraq seçicilərə
nə demək istərdiniz?
- Əlbəttə, inkişaf davamlı bir prosesdir və
zaman dəyişdikcə,
qarşıya yeni vəzifələr, yeni hədəflər çıxır.
Azərbaycanın da gələcək perspektivdə
yeni və daha möhtəşəm
hədəfləri, çox
böyük planları
var. Bu hədəflər
dövlətimizi daha güclü etməklə
inkişafın yeni mərhələsinə çatdırmaq,
insanların rifahını
daha da yüksəltmək
və beləliklə,
Azərbaycanın dünyanın
inkişaf etmiş ölkələri
sırasında yer almasını təmin etməkdən ibarətdir.
Bu əzəmətli zirvələri isə xalqın etimadını doğrultmuş, milli maraqları və dövlət mənafeyini cəsarətlə qoruyan bir Liderlə fəth etmək olar. O Lider isə,
şübhəsiz ki,
Yeni Azərbaycan Partiyasının prezidentliyə
namizədi cənab İlham Əliyevdir.
Dövlət başçısının
dediyi kimi, ərazi bütövlüyümüzün
və suverenliyimizin bərpası müasir tariximizdə yeni dövrün başlanğıcıdır.
Yeni dövrdə yeni hədəflərimiz var. Bu hədəflərə
məhz qalib xalqın qalib Lideri İlham Əliyevin rəhbərliyi
ilə çatmaq mümkündür. Ona görə də mən bütün seçiciləri konstitusion
hüquqlarından istifadə
edərək Azərbaycan
dövlətinin gələcək
inkişafı naminə
çox mühüm əhəmiyyət kəsb
edən bu seçkilərdə fəal
iştirak etməyə,
fevralın 7-də seçki
məntəqələrinə gedərək xalqımıza
böyük Qələbələr
və uğurlar qazandıran cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz
inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevi dəstəkləyərək
ölkəmizin daha da güclənməsinə
səs verəcək.
Bununla həm də xalqımızın,
dövlətimizin daha
parlaq gələcəyinə
səs vermiş olacağıq. Cənab İlham Əliyevi dəstəkləmək möhtəşəm
nailiyyətlərin davamlı
olmasına, iqtisadiyyatımızın
daha da inkişafına,
növbəti Qələbələrimizə
səs vermək deməkdir.
Yeni Azərbaycan.-2024.-
2 fevral, №20.- S.4.