Azərbaycan
gəncləri İlham
Əliyevin ətrafında
sıx birləşərək
yeni zəfərlərə
səs verəcəklər!
Müsahibimiz Yeni
Azərbaycan Partiyası
Gənclər Birliyinin
sədri Bəxtiyar İslamov
- Bəxtiyar müəllim,
Azərbaycan çox mühüm siyasi proses ərəfəsindədir.
Fevralın 7-də Azərbaycanın
tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin
keçirilməsinə şahidlik
edəcəyik. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə tarixi Zəfərlə bitən
Vətən müharibəsi
və antiterror tədbirlərindən sonra
yaranan yeni reallıqlar və çağırışlar fonunda
prezident seçkilərinin
əhəmiyyətini necə
dəyərləndirmək olar?
- 2024-cü il fevralın
7-də ölkə tarixinə
yazılacaq misilsiz hadisəyə - müstəqil
Azərbaycanın bütün
ərazilərində keçiriləcək
ilk seçkilərə
şahidlik edəcəyik.
Bu, tarixi hadisə olmaqla yanaşı, ölkəmiz
və xalqımız üçün yeni dövrün başlanğıcıdır.
Ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
düşünülmüş, müdrik və uzaqgörən siyasət bu gün Azərbaycanı
yeni bir tarixi mərhələyə
çıxarıb. Bu
mərhələnin başlanğıcında
ən vacib məqam isə yeni reallıqların müəllifinin Prezident İlham Əliyev olmasıdır.
Yaxın tarixə
nəzər saldıqda
1990-cı illərdə Ümummilli
Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının
ölkəmiz üçün
qurtuluş tarixi olduğu görürük.
2024-cü il fevralın
7-nə təyin edilmiş
prezident seçkilərinin
isə Zəfərlər
tarixində yeni mərhələnin başlanğıcı
olduğuna şahid olacayıq. Heç şübhəsiz, Prezident
İlham Əliyev hakimiyyətdə olduğu
dövrdə Azərbaycanı
güclü ölkəyə
çevirməklə yanaşı,
bu gün bütün dünyanın
birmənalı olaraq qəbul etdiyi qalib dövlət obrazını da yaratdı. 2020-ci ildə tarixi Zəfərlə bitən Vətən müharibəsi həm də yeni reallıqların
başlanğıcı idi.
Bu başlanğıc
həm də yeni çağırışlar
meydana çıxardı.
Vətən müharibəsində
qazanılmış Qələbədən
sonra Prezident İlham Əliyevin növbəti uzaqgörənliyinin
nəticəsi idi ki, ölkəmiz dərhal yeni çağırışlara adaptasiya
olunmuş siyasi addımlarla bu Zəfəri hər bir istiqamətdə uğurlu nəticəyə
çevirdi. Ötən
ilin sentyabr ayında antiterror əməliyyatları ilə
ərazi bütövlüyümüzün
tam bərpası yeni reallıqların və çağırışların
növbəti mərhələsinə
keçid idi. Əminliklə deyə bilərəm ki, 7 fevral 2024-cü il tarixi həm də qalib, güclü və bütöv Azərbaycan üçün yeni Qələbələrin başlanğıc
tarixi olacaqdır.
- 44 günlük Vətən
müharibəsində əsas
missiyanı məhz Ali Baş Komandan
İlham Əliyevin Prezidentliyi dövründə
yetişən gənclər
yerinə yetirdilər.
Zəfəri bizə bəxş edən çoxşaxəli siyasətin
mühüm tərkib
hissələrindən biri
olan gənclər siyasətinin önəmi və real nəticələri
barədə nə söyləyə bilərsiniz?
- Vətən müharibəsində
qazanılmış tarixi
Zəfərin ən vacib məqamlarından biri də bu
gün ölkəmizdə
formalaşmış gəncliyin
bu müqəddəs vəzifənin icrasında
çox mühüm rol oynaması idi. Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən
Azərbaycan gəncliyi
hər kəsə sübut etdi ki, vətənpərvər,
savadlı, dövlətçilik
tarixinə və milli kimliyinə sadiqdir. İstər ön cəbhədə döyüş meydanında,
istərsə də arxa cəbhədə informasiya müharibəsində
gənclərimiz böyük
qəhrəmanlıq sərgilədilər.
Bu gənclər məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi
dövründə formalaşıblar.
Məhz Prezidentin rəhbərliyi ilə həyata keçirilən
uğurlu gənclər
siyasətinin nəticəsidir
ki, fəaliyyət istiqamətindən, peşəsindən
asılı olmayaraq gənclərimizin sahib olduğu əsas dəyər onların vətənpərvərliyi və
azərbaycançılıq məfkurəsidir. Bu gün Azərbaycan gəncləri fəaliyyət
sahəsindən asılı
olmayaraq, milli maraqların qorunması və təbliğində,
həmçinin ölkənin
ictimai-sosial həyatında
ən fəal iştirakçılardandır.
- Qarşıda daha
böyük hədəflər,
yeni vəzifələr
var. Hər bir azərbaycanlı əmindir ki, bu hədəflərə yalnız cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasəti
nəticəsində nail
olmaq mümkündür.
Bu kontekstdə Azərbaycan gəncliyinin mövqeyini ümumiləşmiş
formada necə ifadə etmək olar?
- Dünyadakı nüfuzunu
daha da gücləndirən,
regionun siyasi xəttini müəyyənləşdirən
Azərbaycan yeni hədəflərin, yeni missiyaların daşıyıcısına
çevrilib. Hamıya
aydındır ki, bu gün ölkəmizdə
əldə olunan nailiyyətlər, beynəlxalq
arenada hər ötən gün daha da güclənən
mövqeyimiz, gənclərin
fəaliyyətinin, fərdi
və peşəkar inkişafının dəstəklənməsi
yönündə atılan
addımlar yalnız qalib Lider İlham
Əliyevin çevik və səmərəli idarəçilik mexanizminin
nəticəsidir. Bu isə Azərbaycan gəncliyi üçün
yeni vəzifələr,
yeni məsuliyyət deməkdir.
Müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizin daha da güclənməsi, xarici təhdidlərə qarşı mübarizənin
davam etdirilməsi, milli-mənəvi dəyərlərimizin
gələcək nəsillərə
ötürülməsi – bütün
bunlar Azərbaycan gəncliyinin yeni reallıqlar mühitində
əsas vəzifələridir.
Bu vəzifələrin
ən uğurlu şəkildə həyata
keçirilməsi isə
yalnız qalib xalqın qalib Lideri ilə mümkündür. Azərbaycan
gəncləri öz vahid və dönməz
mövqelerini bir daha 7 fevral tarixində
ortaya qoyacaq, Prezident İlham Əliyevin ətrafında
bir yumruq kimi birləşərək
yeni zəfərlərin
başlanğıcına səs
verəcəkdir.
Yeni Azərbaycan.-2024.-
2 fevral, №20.- S.5.