Tolerantlıq nümunəsi!

 

Azərbaycan dünyaya örnəkdir...

 

Azərbaycan tarix boyu bir çox ölkələrdən dini milli tolerantlıq baxımından seçilib. Ölkəmiz hər zaman tolerantlıq modelinin dini mədəni müxtəlifliyin harmoniyası kimi qəbul edilib. Etiraf edək ki, bu harmoniya ilə yaşamaq hər xalqa məxsus olmur. Ona görə bu harmoniya Azərbaycan xalqının yüksək mədəniyyətinin göstəricisidir.

Ötən günlərdə BakıdaHolokost soyqırımı müasirlərin gözü iləmövzusunda dəyirmi masa keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən milli dini icmaların rəhbərləri iştirak ediblər.

 

İnsanlıq gələcək naminə birgəyaşayış mütləqdir

 

Tədbirin moderatoru, BBMM-nin icraçı direktoru Rəvan Həsənov dəyirmi masanı giriş sözü ilə açaraq Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Azərbaycan xalqının da soyqırımından əziyyət çəkdiyini xatırladan icraçı direktor vurğulayıb ki, biz Holokostu, Xocalını unutmayacağıq.

İslamofobiyanın, antisemitizmin bəzi Avropa ölkələrində geniş yayılmasının təəssüf doğurduğunu dilə gətirən R.Həsənov din azadlıq amillərinin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayıb. O, Azərbaycanda güclü yəhudi irsinin mövcud olduğunu, ölkəmizdə yəhudilərin sərbəst müstəqil şəkildə yaşadıqlarını deyib. Bildirib ki, ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçiblər.

R.Həsənov diqqətə çatdırıb ki, tarixin qaranlıq məqamlarında yaşanmış hadisələr axıra qədər davam etməməlidir. İnsanlıq gələcək naminə birgəyaşayış, dinc yanaşma mütləqdir.

 

Azərbaycan tolerantlığa böyük önəm verir

 

İsrailin ölkəmizdəki səfiri Corc Dik isə vurğulayıb ki, Azərbaycan multikulturalizm və tolerantlıq siyasəti ilə bütün dünyaya nümunə göstərir. Ölkəmizin hər zaman dinc yaşayışın tərəfdarı olduğunu bildirən diplomat Holokost qurbanlarının xatirəsinin anılmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, vurğulayıb ki, bu tədbirin təşkili Azərbaycanda tolerantlığa necə böyük önəmin verilməsinin göstəricisidir.

C.Dik azərbaycanlıların İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşduqlarını, alman faşizminə qarşı mübarizə apardıqlarını qeyd edib: “Çox təəssüf ki, yəhudilərə hələ nifrət hissi bəsləyirlər. Bunu Fələstinin HƏMAS hərəkatının xalqımıza qarşı törətdikləri hadisələr təsdiqləyir. Bu hərəkatın üzvləri insanları qətlə yetirir, uşaqlara, qadınlara işgəncələr verirlər. Bu qanlı cinayətin qarşısının alınması istiqamətində İsrail dövləti lazımi addımları atır. Eyni zamanda, dövlətimiz islamofobiya ilə mübarizəni dəstəkləyir”.

 

Etnik təmizləmələrə o vaxt son qoyulacaq ki...

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, bəşəriyyət olaraq Holokostdan dərs almamışıq. Əgər bəşəriyyət Holokostdan nəticə çıxarsaydı, Yuqoslaviyada Srebrenitsa qətliamı, Azərbaycanda Xocalı soyqırımı törədilməzdi. Onun sözlərinə görə, beynəlxalq hüquq antisemitizmin, islamofobiyanın qarşısını almaqda acizdir.

G.İsmayılov etnik təmizləmələri, soyqırımı kimi hadisələrin baş verməsini ədalətsizliyin, ikili standartların nəticəsi kimi qiymətləndirib: “Azərbaycan xalqı da ikili standartlardan əziyyət çəkir. XXI əsrdə yaşamağımıza baxmayaraq, Xocalı faciəsinin törədilməsi ancaq təəssüf hissi doğurur. Qətliamlara, etnik təmizləmələrə o vaxt son qoyulacaq ki, ədalət bərpa ediləcək, haqq-ədalət insanlara münasibətdə başlıca amil olacaq”.

Azərbaycanın da soyqırımından əziyyət çəkən xalqlardan biri olduğunu xatırladan Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev haqq-ədalətin sonda zəfər çaldığını, ölkəmizin 30 ilə yaxın davam edən işğala son qoyduğunu deyib.

Kinin, ədavətin çoxaldığını, ikili standartların hələ davam etdiyini bildirən icma rəhbəri qeyd edib: “Maraqlıdır, Avropada indi nələr baş verir? Azərbaycan suverenliyini tam bərpa edəndən sonra ölkəyə qarşı təzyiqlər güclənib. Çox güman ki, onlar Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəmirlər”.

Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Holokostun bəşəriyyət üçün çox dəhşətli hadisələrdən biri olduğunu tarix boyu ürəkağrısı ilə xatırlanacağını qeyd edib. Bildirib ki, qətliama, soyqırımına bəraət yoxdur. Onun sözlərinə görə, Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb ki, onlardan 1,5 milyonu uşaqlardır.

 

Y.SAHİB

Yeni Azərbaycan.-2024.- 2 fevral, ¹20.- S.8.