Tarixi
Qələbədən Zəfər
seçkilərinədək...
Xalqımız keşməkeşli
tariximizdə misli-bərabəri
olmayan əlamətdar
hadisələrə şahidlik
edir. 2020-ci il sentyabrın 27-dən noyabrın
10-dək davam edən
44 günlük müharibədə
tarixi Qələbəyə
imza ataraq üç onillik ərzində davam edən işğala son qoyduq, ölkəmizin
ərazi bütövlüyü
təmin olundu. Qarşıdan isə saylı günlər qalan Zəfər seçkiləri gəlir.
Tarixi Qələbədən
Zəfər seçkilərinədək
bizi cəmi üç illik zaman məsafəsi ayırır. Ancaq ötən üç ildə də Azərbaycan dayanmadı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda suverenliyimizin tam təmin olunması məqsədilə
inamlı və qətiyyətli addımlar
ataraq özünün
müqəddəs, ali
istəyinə çatdı.
Son üç ildə baş verən möhtəşəm
hadisələr tariximizin
qızıl səhifələridir.
Azərbaycan ərazi
bütövlüyünün bərpasına öz gücü ilə nail oldu
İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin
əvvəllərində torpaqlarımızın
20 faizini o zaman müstəqilliyini yenicə
bərpa etmiş Azərbaycanda AXC-“Müsavat”
cütlüyünün xəyanəti
nəticəsində baş
verən mənfi proseslərdən, hakimiyyət
boşluğundan, hərc-mərclikdən,
həmrəyliyin təmin
olunmamasından istifadə
etməklə və havadarlarının dəstəyindən
bəhrələnməklə işğal altına almışdı.
Təbii ki, Azərbaycan dövləti
və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı
ilə heç vaxt barışmadı. Ölkəmizin ərazi bütövlüyünün təmin
olunması məsələsi
Azərbaycanın siyasi
gündəliyinin mərkəzində
dayandı. Prezident İlham Əliyev yerli və xarici
auditoriyalar qarşısında
çıxışlarında ölkəmizin keçmiş
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə
və yüksək diplomatik məharətlə
dünya ictimaiyyətinin
diqqətinə çatdırırdı.
Prezident İlham
Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan
ardıcıl siyasət
həyata keçirirdi.
Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində
olan respublikamızın
iqtisadi gücünün
və maliyyə imkanlarının artırılmasına
hesablanmışdı. Prezident
İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar
sayəsində Azərbaycan
bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına
yüksəldi. Özünün
iqtisadi müstəqilliyinə
nail olan Azərbaycan, həmçinin
istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını
əzməyə qadir
olan güclü ordu qurmağa nail oldu.
Azərbaycan düşməni
məhz özünün
güclü Ordusu ilə cəzalandırdı.
Müzəffər Ordumuz
Vətən müharibəsində
300-dən çox yaşayış
məntəqəsini bilavasitə
döyüş meydanında
işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi
gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin
işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya
aktı sayılan üçtərəfli Bəyanatı
imzalamaq məcburiyyətində
qaldı. Vətən
müharibəsində qazanılan
şanlı Qələbəmizi
dəyərləndirən Prezident
İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan
tərəfindən edilə
biləcək hansısa
güzəşt nəticəsində
yox, döyüş meydanında qan tökərək, şəhidlər
verərək, fədakarlıq
göstərərək gəldik,
öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi
bərpa etdik”, - deyə vurğulayıb.
Xatırladaq ki,
2020-ci il 10 noyabr tarixində Azərbaycanın,
Rusiyanın prezidentlərinin
və Ermənistanın
baş nazirinin imzaladıqları bəyanat
respublikamızın şərtləri
əsasında formalaşdırılıb.
İşğalçı Ermənistan həmin bəyanatla üzərinə
götürdüyü öhdəliklərə
uyğun olaraq sonrakı mərhələdə
Ağdam, Kəlbəcər
və Laçın rayonlarını ölkəmizə
döyüşsüz təslim
etdi. Beləliklə, qüdrətli Azərbaycan
ərazi bütövlüyünü
öz gücü ilə hərbi-siyasi yolla bərpa etməyə nail oldu.
10 noyabrdan 23 aprelədək
Öz siyasətində
daim humanizm prinsiplərindən çıxış
edən Azərbaycan üçtərəfli Bəyanata
uyğun olaraq 44 günlük müharibədən
sonra Ermənistanla Xankəndi arasında kommunikasiya əlaqəsinin,
erməni əsilli əhalinin gediş-gəlişinin
təmin olunmasına etiraz etmədi. Məğlub Ermənistan isə üçtərəfli Bəyanatdakı
digər şərtlər kimi,
Laçın yolu ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə
düşən 7 kilometrlik
yolun inşasını
süni şəkildə
ləngidir, təxribatlarla
prosesi uzatmağa çalışdı. Baş
verənlər İrəvanın
oyun oynadığını,
Bakının isə qətiyyətli addımlarla
bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə
tutulan 3 ilə yox, bir il
yarıma inşa etdi və sülhməramlıların
yeni marşruta köçməsi tələbini
irəli sürdü.
Ermənistanın davranışları
üçtərəfli Bəyanata
və Azərbaycanın
humanizm prinsiplərinə
əsaslanan siyasətinə
adekvat deyildi. Bu ölkə Laçın yolundan istifadə etməklə Qarabağdakı təbii ehtiyatlar yataqlarının
qeyri-qanuni istismarını
həyata keçirir,
sərvətlərimizi talayır,
eyni zamanda, ərazilərimizə minalar
və digər silah-sursat daşıyırdı.
Bütün bunlarla bağlı Ermənistana edilən xəbərdarlıqlar
nəticəsiz qalırdı.
2023-cü il aprelin
23-də dünya Azərbaycanın
gücünə və
əzminə bir daha şahidlik etdi. Həmin tarixdə Laçın-Xankəndi
yolunun başlanğıcında
Azərbaycan-Ermənistan sərhədində
nəzarət-buraxılış məntəqəsi quraşdırıldı.
Xatırladaq ki, qeyd olunan ünvanda
nəzarət-buraxılış məntəqəsinin qurulmasının
zəruriliyi ilə bağlı fikirlərini Prezident İlham Əliyev müxtəlif auditoriyalarda hələ əvvəlcədən səsləndirmişdi.
Nəhayət, dövlət
başçımızın gündəmə gətirdiyi
məsələ reallığa
çevrildi. Azərbaycanın
Laçın-Xankəndi yolunun
başlanğıcında - öz ərazisində nəzarət-buraxılış məntəqəsi qurması
ölkəmizin müstəsna
hüququ idi. Beləliklə, respublikamız
Qarabağ iqtisadi rayonunda özünün nəzarətini de-yure və de-fakto təmin etmək istiqamətində daha bir mühüm addım atmış oldu.
Laçında dalğalanan
Zəfər bayrağı
Ötən əsrin
doxsanıncı illərinin
əvvəllərində təcavüzkar
Ermənistanın əsas
məqsədlərindən biri Dağlıq Qarabağla coğrafi bağlantı yaratmaq idi. AXC-“Müsavat” cütlüyünün xəyanətkar
əməlləri düşmənə
bu fürsəti verdi. İşğalçı
Ermənistan Kəlbəcər
və Laçın rayonlarını zəbt etməklə 500 kilometr məsafədə uzanan sərhədlərimizi bütünlüklə
öz nəzarəti altına keçirmişdi.
Laçın rayonu
1992-ci ilin mayında, Kəlbəcər rayonu isə 1993-cü ilin aprelində işğal altına düşmüşdü.
Bununla da düşmən öz istəyinə çatmışdı.
Belə ki, sözügedən rayonların,
həmçinin Qubadlının
işğal altına
düşməsi nəticəsində
Ermənistanla Dağlıq
Qarabağ arasında coğrafi bağlantı yaranmışdı. Ermənilər
elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar.
Buna görə də işğal dövründə hərbi
cinayət törədərək
ərazilərimizdə qanunsuz
məskunlaşma siyasəti
həyata keçirirdilər.
Ancaq ermənilərin
arzusu gözlərində
qaldı və Ordumuz üçtərəfli
Bəyanatın müddəalarına
uyğun olaraq əvvəlcə Kəlbəcərdə,
2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə
də Zabux və Sus kəndlərində
yerləşdi. 2022-ci il
sentyabrın 21-də isə
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində
üçrəngli bayrağımızı
ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı.
Qarabağda Azərbaycanın
suverenliyinin tam bərpası
Üçtərəfli Bəyanatda Ermənistanın
üzərinə götürdüyü
öhdəliklərdən biri
də silahlı birləşmələrini Azərbaycan
ərazilərindən çıxarmaqla
bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən
çıxış edən
məğlub ölkə
bu öhdəliyini də yerinə yetirməyərək silahlı
birləşmələrinin təxminən 15 minədək
kontingentə malik hissəsini ərazilərimizdə
saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr
tez-tez mövqelərimizi
atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan
silahlı qüvvələrinin
Azərbaycanın Qarabağ
bölgəsindəki birləşmələri
sentyabrın 19-da növbəti
dəfə mina terroruna əl atdılar. Nəticədə,
polis əməkdaşları
və mülki şəxslər həlak
oldular. Buna cavab olaraq Azərbaycan
lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində
qaldı.
Sentyabrın 19-da başlayan
antiterror tədbirləri
də Azərbaycan Ordusunun gücünün və hərbçilərimizin
peşəkarlığının növbəti təzahürü
oldu. Ermənistan ordusunun qalıqları çətin keçilən
coğrafi ərazilərdə
istehkamlar qurmuşdular
və ayrı-ayrı
yüksəkliklərdə möhkəmlənmişdilər. Bütün bunlara baxmayaraq, hərbiçilərimiz böyük qəhrəmanlıq, şücaət,
peşəkarlıq göstərərərək
qarşı tərəfin
müqavimətini qırmağa
nail oldu. Qısa müddət ərzində bütün
istiqamətlər üzrə
əhəmiyyətli dərəcədə
hərbi uğurlar əldə olundu. O cümlədən qanunsuz hərbi birləşmələrin böyük
hissəsi tamamilə məhv edildi. Cəmi bir gün
davam edən antiterror tədbirlərinin
nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar.
Azərbaycanın şərtlərinə
uyğun olaraq qəbul edilən razılaşmaya əsasən
Azərbaycan Respublikasının
Qarabağ bölgəsində
yerləşən Ermənistan
silahlı qüvvələrinin
birləşmələri, qeyri-qanuni
erməni silahlı dəstələri silahı
yerə qoydular və tam şəkildə
tərk-silah olundular.
23 saatlıq antiterror tədbirləri nəticəsində
Qarabağda suverenliyimiz tam
bərpa edilib. Bu, Azərbaycanın hərbi və diplomatik müstəvidə
qazandığı növbəti
böyük qələbəsidir.
Xankəndidə bayrağımızın
ucaldılması
Tarixi Qələbəmizlə
Zəfər seçkiləri
arasında olan üçillik dövrdə
baş verən ən möhtəşəm
hadisələrdən biri
isə 2023-cü il 15
oktyabr tarixində Prezident İlham Əliyevin Xankəndidə
Azərbaycan Bayrağını
ucaltması oldu. Tarixi Azərbaycan şəhəri olan Xankəndi onilliklər ərzində separatizmin yuvasına çevrilmişdi.
Bir vaxtlar biz burada Azərbaycan
gerbinin asılmasını,
bayrağımızın dalğalanmasını
ancaq xəyal edə bilərdik. Xəyal saydığımızı
Müzəffər Lider
olan İlham Əliyev gerçəyə
çevirdi. Özü
də Azərbaycan xalqına bu sevinci Onun üçün
əlamətdar olan bir tarixdə - dövlət başçısı
seçilməsinin 20 ilinin
tamamında yaşatdı.
Qarabağda qalan
Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin
təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə
Xankəndidə Azərbaycan
bayrağının ucaldılması
öz tarixi əhəmiyyətinə görə
44 günlük müharibdə
qazanılan Zəfərə
bərabər növbəti
parlaq Qələbə
idi. Qarağda suverenliyi bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu. İndi tam əminliklə
demək olar ki, bu gün
bütün həyatını
Azərbaycan xalqına
həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün
bərpası ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Şanlı
bayrağımızın Xankəndidə
məhz “Heydər Əliyev İli”ndə
ucaldılması da böyük rəmzi məna daşıyır.
Ölkənin bütün
ərazisində keçiriləcək
ilk Prezident seçkiləri
Prezident İlham
Əliyev ötən üç ildə ərazi bütövlüyümüzün
və suverenliyimizin bərpasını epoxal hadisələr kimi səciyyələndirib. Həqiqətən
də son 200 illik tariximizdə belə qələbələrimiz
heç vaxt olmayıb. Əksinə zaman-zaman torpaq itkilərinə məruz qalmışıq, sərhədlərimiz
daralıb, tarixi ərazilərimizdə indiki
Ermənistan dövləti
yaradılıb. Düşmən
və onun havadarları İrəvandan,
Qərbi Zəngəzurdan
sonra Qarabağı da Azərbaycandan qoparmaq niyyəti güdürdü. Məhz
Müzəffər Liderimiz
İlham Əliyev bu planın qarşısını aldı.
Ərazi bütövlüyümüzün,
suverenliyimizin təmin
olunmasının baş
memarı məhz İlham Əliyevdir.
Müstəqil Azərbaycan
7 fevral Zəfər seçkilərinə yeni
reallıqlar şəraitində
gedir. İlk dəfədir ki, Prezident seçkiləri müstəqil Azərbaycanın
bütün ərazisində
baş tutacaq. Bu, ölkəmiz və xalqımız üçün növbəti
bir məsuliyyətli mərhələnin başlanğıcıdır.
Yeni Azərbaycan Partiyası (YAP) ölkə
Prezidentliyinə namizədi
qismində partiyanın
Sədri İlham Əliyevi müəyyənləşdirib.
Bu, yalnız YAP-ın seçimi deyil, həm də bütün Azərbaycan cəmiyyətinin yekdil
istəyidir. Üç
onilliyi əhatə edən işğal dövründə cəmiyyətimizdə
belə bir qənaət formalaşmışdı
ki, torpaqlarımızı
işğaldan hansı
lider azad edəcəksə, Azərbaycan
dövlətinin başında
dayanmağa da həmin liderin haqqı çatır. Beləliklə, tam əminliklə deyə bilərik ki, Zəfər seçkilərinin
qalibi də məhz son üç
ildə bizlərə
tarixi qələbələrin
böyük sevincini və qürurunu yaşadan İlham Əliyev olacaq!
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2024.-
3 fevral, ¹21.- S.2.