Gücünü
xalqdan alan və hər bir vədini yerinə yetirən Liderimizə səs verməliyik!
Azərbaycan Respublikası
dövlət müstəqilliyinin
bərpasının ardından
ötən 30 illik zaman müddətində olduqca çətin tarixi dövrlərdən keçərkən mühüm
əhəmiyyətli bir
fakt özünü dəfələrlə təsdiq
etmişdir. Əgər
dövləti idarə
edən şəxs kifayət qədər qətiyyətli və səriştəlidirsə, onun
bu xüsusiyyətləri
dövlət müstəqilliyi
və dövlətçilik
amilinin güclənməsinə
təkan verəcək.
Tam tərsi isə dövlət idarəçiliyində kifayət
qədər təhlükəli
siyasi vakum formalaşmasına gətirib
çıxarır.
Bu mənada, Ulu Öndərin Heydər Əliyevin miras qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən şərəfli yol Azərbaycanı həqiqi
mənada tarixi Zəfərlərə və
Qələbələrə aparıb. Bütün bunlar nəinki yaşı 10 illiklərlə
ölçülən Azərbaycan
Respublikasının, eləcə
də yaşı yüzillərlə, min illərlə ölçülən
dövlətçiliyimizin, xalqımızın özünü
təsdiqləyən Zəfər
kodeksidir. Vaxtilə Ulu Öndərin Xankəndidə erməni təxribatlarının qarşısını
alarkən göstərdiyi
qətiyyətli mövqe
Prezident İlham Əliyevin rəhbərliyi
ilə təkrarlandı.
Amma bu dəfə
Xankəndidə kök
salmış zəhərli
sarmaşıq Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə dəmir yumruğun gücünü
xalqdan alan Azərbaycan Ordusunun qüdrəti sayəsində
kökündən çıxarıldı.
Beləliklə, Xankəndi
yenidən müstəqil
günlərinə qayıtdı.
Prezident İlham
Əliyev Şuşanın
işğaldan azad edilməsi xəbərini verməzdən öncə
Ulu Öndərin məzarını ziyarət
edərək ata vəsiyyətini yerinə
yetirdiyini qürur hissi ilə bütün Azərbaycan xalqına bildirdi. Dövlət başçısının
“Şuşasız işimiz
yarımçıq qalacaqdı”
fikrini eşidərkən
vaxtilə Ulu Öndərin Şuşaya
etdiyi ziyarətlər
ilk olaraq ağla gəlir. 1905-1907,
1918-1920-ci illər hadisələri
zamanı ermənilərin
viran qoyduğu evləri görən Heydər Əliyev mədəniyyətimizin beşiyi
olan Şuşaya böyük qayğı göstərmişdir. Şuşa,
həqiqətən də,
Azərbaycanın incisidir
və tarixi Qələbə Şuşasız
yarımçıq qalacaqdı.
Şuşa əməliyyatı
isə nəinki bu gözəl diyarın azadlığını,
eləcə də bu müqəddəs şəhəri azad edənlərin hünərini
tarixə qızıl
hərflərlə yazdı.
Bu gün dünyanın beyin mərkəzləri hələ
də bu suala cavab axtarır.
Azərbaycan Ordusu necə peşəkarlaşdı
ki, Şuşa əməliyyatını uğurla
həyata keçirə
bildi?!
Prezident İlham
Əliyev 2003-cü ildən
etibarən Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanı sadəcə
20 il ərzində bugünkü yüksək
inkişaf səviyyəsinə
gətirib çıxardı.
Bu gün Azərbaycan Respublikası
tarixinin elə bir mərhələsini yaşayır ki, heç bir dönəmdə bu qədər müstəqil,
güclü və qətiyyətli olmamışdır.
ABŞ Konqresi SSRİ-nin
dağılmasından sonra
ortaya çıxan yeni respublikaların müstəqilliklərinin dəstəklənməsi
məqsədilə 1992-ci ildə
“Azadlığa Dəstək
Aktı”nı (FSA) qəbul etdi. Hər bir halda
SSRİ-nin qalıqları
üzərində ayağa
qalxaraq öz müstəqilliyini möhkəmləndirməyə
çalışan yeni
respublikalar, o cümlədən
Azərbaycan üçün
istənilən xarici yardım həyati əhəmiyyət daşıyırdı.
Lakin belə bir tarixi-siyasi şəraitdə erməni
lobbisinin təzyiqi ilə 1992-ci il oktyabrın 24-də həmin
qanunun 907-ci bölməsinə
Azərbaycan hökumətinə
ABŞ tərəfindən istənilən birbaşa yardımı qadağan edən düzəliş qəbul edildi. ABŞ-nin bu əsassız
qərarı ilə dövlət yardımı
qadağan edilərkən
ölkəmizə böyük
çətinliklər törətmişdi.
Bu gün isə Azərbaycan nəinki bu kimi yardımlardan asılı deyil, hətta yardım alan dövlətdən donor dövlətə transformasiyanı tamamlayıb.
Azərbaycan onlarla dövlətə humanitar və inkişafyönümlü
yardımlar göstərməkdədir.
COVID-19 pandemiyasının dünyanı
cənginə aldığı
dönəmdə Azərbaycan
80-ə yaxın ölkəyə
beynəlxalq yardımlar
göstərdi. Bu gün həmin ölkələr Azərbaycanı
özlərinə dost,
tərəfdaş bilərkən
siyasi maraqları yox, məhz çətin zamanlarda dövlətimizin göstərmiş
olduğu əsaslı
yardımları nəzərə
alırlar. Bu gün Azərbaycan elə bir qüdrətli
dövlətə çevrilib
ki, tarixi Zəfərdən dərhal
sonra heç bir donor və
ya kömək olmadan işğaldan azad etdiyi torpaqların
yenidən qurulmasına
başladı.
Dövlət başçısının
cari ilin 10 yanvar tarixində yerli telekanallara müsahibəsi zamanı açıqladığı mühüm
detallardan biri də bu idi
ki, 2024-cü ildə keçmiş sakinlərin
5 şəhərə, Xocalı,
Xankəndi, Şuşa,
Cəbrayıl və Kəlbəcərə, 2025-ci il
üzrə isə digər 3 şəhərə,
Zəngilan, Qubadlı
və Ağdama qayıdışı baş
tutacaq. Bu ərazilərdəki bütün
infrastruktur, o cümlədən
yaşayış evləri,
demək olar ki, sıfırdan və tamamilə dövlət büdcəsi
hesabına qurulur. Dünyada çox az dövlət var ki, torpaqlarını
işğaldan azad edərək həmin ərazilərdə kütləvi
basdırılmış mina
və partalamamış
sursatları zərərsizləşdirsin.
Həmçinin bütün
infrastrukturu yenidən
quraraq, sakinlərini qısa müddət ərzində bu torpaqlara köçürə
bilsin. Bütün bunlar kifayət qədər fiskal məbləğ tələb
etməklə birlikdə,
düşünülmüş əsaslarla atılan dövlət siyasəti və qətiyyətli iradə tələb edir. Bu baxımdan
isə, dövlət başçısının qətiyyəti,
xalqdan aldığı
gücü özünün
siyasi təcrübəsinə
əks etdirə bilməsi bütün prosesin mənəvi əsasını təşkil
edir.
Cənab İlham
Əliyevin 7 fevral tarixinə seçkilər
təyin etməsi dövlətimizin hər bir dövrünə incə yanaşmasını
göstərir. Zəfər
seçkiləri çox
böyük bir dövrə son qoyaraq, ölkəmizin qarşısında yeni missiyalar və hədəflər müəyyənləşdirəcək.
Buna görə xalqımızın bu yeni və məsuliyyətli
dövrə kiminlə
davam edəcəyi məsələsi hazırkı
dövr üçün
prioritetimiz olmalıdır.
Yeni dövrdə qarşılaşdığımız çətinliklər daha
da arta bilər.
Çünki Qarabağ
düyününün açılması
bir çox dövlətlərin geosiyasi
ambisiyalarını onların
uydurma oyunları ilə birlikdə tarixin ən rəzil tərəflərinə
basdırdı. Onlar yeni oyunlar qurmağa
və fərqli planlarla bizə qarşı təzyiq göstərməyə çalışacaqlar.
Prezidentimiz bu kimi dövlətlərin maskasını açmağı
bacarıb. Müəyyən
qüvvələr Azərbaycanı
bir vaxtlar ikili standartlarla barışdırmağa çalışırdılarsa,
artıq bizim güclü dövlətimiz
regionda mövcud yeni reallıqların müəllifidir. Bu iki amil arasındakı
fərqi başa düşmək üçün
keçmiş Qarabağ
məsələsinin tarixinə
nəzər salmaq kifayət edir.
Prezident İlham
Əliyev ölkəmizin
yeni dövrdəki siyasi kodeksinin artıq bir neçə detalını
bölüşüb. Qarabağ
və Şərqi Zəngəzurun yenidən
qurulması, keçmiş
sakinlərin köçürülməsi,
dövlətimizin yaşıl
enerji sahəsində əsas güclərdən
birinə çevrilməsi,
iqtisadiyyatın daha da gücləndirilməsi,
dünya dövlətləri
ilə qarşılıqlı-faydalı
münasibətlərin inkişaf
etdirilməsi və s.
məsələlər yeni
dövrün əsas hədəfləridir. Bütün
bu sadalananlar isə əvvəlkindən
heç də az olmayacaq siyasi
iradə və qətiyyət tələb
edir. Hazırda bütün bunlar baxımdan dövlət başçısının mövqeyinə
çata biləcək
ikinci bir müdrik şəxsiyyət
yoxdur. Vurğulamaq istərdim ki, Azərbaycan xalqı yeni dövrə doğru addımlayarkən
rəhbər amilinə
xüsusi önəm verməlidir. Ulu Öndərin və dövlət başçısının
siyasi kursu özünü artıq nəinki Azərbaycan xalqına, bütün dünyaya təsdiqləyib.
Azərbaycan Respublikasının,
xalqımızın prioritet
maraqları əmin və etibarlı əllərdədir. Bu qətiyyət xalqdan qazandığı gücü
düşmənlərimizə qarşı dəmir yumruğa çevirməkdə
mahirdir.
Azərbaycan vətəndaşları
olaraq dövlətimizin,
dövlətçiliyimizin inkişafında hər birimizin üzərinə düşən ümdə
vəzifə var. İlk növbədə bizim borcumuzdur ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində
addımları dəstəkləyək.
Konstitusiyamız təsbit
edir ki, seçmək və seçilmək, cəmiyyətin
və dövlətin siyasi həyatında iştirak etmək hər bir Azərbaycan
Respublikası vətəndaşının
hüququdur. Bu hüquqdan irəli gələn vəzifələrimizi
icra etməliyik ki, inkişaf prosesinə öz töhfəmizi verə bilək.
Azərbaycan dövləti
Prezident İlham Əliyev rəhbərliyi ilə bu gün
müstəqillik tarixinin
ən güclü və ən müstəqil dönəmini
yaşamaqdadır. Əminəm
ki, yeni geosiyasi reallıqlar şəraitində dövlətimizin
həm daxili, həm də xarici siyasəti qarşısında müəyyənləşmiş
və müəyyənləşəcək
yeni hədəflərə
doğru elə bir Liderlə davam etməliyik ki, sözün əsl mənasında bütün çətinliklərə
qalib gələk. Bizim qalib Liderimiz
xalqımıza doğru
yol göstərə biləcək qətiyyətə
sahibdir. Bütün bu keyfiyyətlər isə bizi sadəcə
bir ünvana aparır. 7 fevral prezident seçkilərində
Azərbaycan Respublikasının
ərazi bütövlüyünü
tam bərpa edən, bizə qarşı yönəldilən
meyillərə cəsarətlə
meydan oxuyan, sosial-iqtisadi inkişafı
bütün göstəricilərlə
yeni mərhələyə
çıxaran Prezident
İlham Əliyevi hamılıqla dəstəkləməliyik.
Bütün xalqımızı
seçki prosesində
fəal iştirak etməyə, bizə tarixi Zəfərləri bəxş edən qalib Liderə səs verməyə çağırıram. Bizim
ümdə vəzifəmiz
bütün fəaliyyətimizlə
Prezidentimizin ətrafında
sıx birləşərək
Onu dəstəkləməkdir.
Bu baxımdan, gücünü xalqdan alan rəhbərə, hər vədini yerinə yetirən Lider İlham Əliyevə səs vermək, Onu yenidən Azərbaycan Respublikasının Prezidenti
seçmək növbəti
dövrdə yeni hədəflərin başlanğıcı
olacaqdır.
Naqif Həmzəyev
YAP Təftiş
Komissiyasının üzvü, Milli Məclisin deputatı
Yeni Azərbaycan.-2024.-
3 fevral, №21.- S.10.