Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısıdır
Azərbaycan Qarabağ
müharibəsində əldə
etdiyi zəfərdən
sonra həm bölgədə qalıcı
sülh və əməkdaşlığın yol xəritəsini cızdı, həm də 30 ilə yaxın mövcud olmuş Qarabağ məsələsini öz
milli gücü ilə həll etməklə BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrinin icrasını
təmin etdi. Bu, heç şübhəsiz, dünya
siyasi tarixinin çox əlamətdar hadisələrindən biri,
eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir.
Əhəmiyyətli məqamlardan biri də Azərbaycanın tarixi Zəfər əldə etməklə yaratdığı mühüm
geostrateji reallıqlardır.
Bu gerçəkliklər
regionda dayanıqlı
sülhün, etibarlı
təhlükəsizliyin və
perspektiv çoxtərəfli
əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır.
Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti
üçün deyil,
həm də region xalqları və ölkələri üçün gələcək
inkişaf və rifah naminə strateji əhəmiyyət
daşıyır, mühüm
perspektivlər vəd
edir.
Milli Məclisin
üzvü Anar İsgəndərov “Yeni Azərbaycan”a açıqlamasında
bildirib ki, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusu sentyabrın 27-dən
Ermənistanın hərbi
təcavüzünə cavab
olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad
etmək üçün
genişmiqyaslı əks-hücum
əməliyyatları həyata
keçirməklə yanaşı,
düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik”
mifologiyasını darmadağın
etdi: “Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə
verdiyi çoxsaylı
müsahibələri Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü
30 ildən artıqdır
ki, yürütdüyü
işğalçılıq siyasəti, xüsusilə
müharibə cinayətlərinin
mahiyyətini açmaqla
bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı
tarixə, beynəlxalq
hüquqa və ədalətə əsaslanaraq
tutarlı arqumentlər
üzərində qurulan
aydın, məntiqli fikirləri, ölkəmizin
haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna rol oynadı. Həmçinin
bu müsahibələr
informasiya məkanında
da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır
zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin,
eləcə də onun himayədarlarının
ifşa olunması ilə nəticələndi.
Azərbaycan Prezidenti
İlham Əliyev
2021-ci il fevralın
26-da mətbuat konfransında
Dağlıq Qarabağın
statusu məsələsinə
də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana
və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri
də məhz o idi, xülya idi, iddia idi,
əsassız istəklər
idi. Bu istəklərə
rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri
də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar”.
Deputat qeyd edib ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı
lokal antiterror tədbirləri nəticəsində
həm ərazi bütövlüyünü, həm
də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı
zəmin yaratdı:
“2023-cü il oktyabrın
15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə,
Xocalıda, Əsgəranda,
Xocavənddə və
Xankəndidə Azərbaycan
Respublikasının Dövlət
Bayrağını ucaltdı.
Və bu zaman qeyd etdi
ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi
və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl -
1923-cü ildə yaradılıb.
Bu mənada Azərbaycan dövləti
İkinci Qarabağ müharibəsindən sonra
əzəli torpaqlarını
işğaldan azad etməklə yanaşı,
100 il əvvəl -
1923-cü ildə Qarabağda
məqsədli şəkildə
pozulmuş inzibati-ərazi
bölgüsünü də
yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı
Fərman əsasən
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
yaradılması ilə
tarixi ədalət bərpa edilmiş oldu”.
A.İsgəndərov bildirib ki, İkinci
Qarabağ müharibəsi
son yüz ildə şərəf və qəhrəmanlıq
salnaməsi kimi Azərbaycan tarixinə yazıldı: “Bu gün üçrəngli
müqəddəs bayrağımız
Azərbaycanın bütün
işğaldan azad edilmiş ərazilərində
- Cəbrayılda, Füzulidə,
Zəngilanda, Qubadlıda,
Kəlbəcərdə, Laçında,
Ağdamda, Şuşada,
Xocavənddə, Hadrutda,
Ağdərədə, Xocalıda
və Xankəndidə
qürurla dalğalanır.
1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi
şəhərində keçirilən
və Vətən müharibəsində əldə
edilən Zəfərin
üçüncü ildönümünə
həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış
edərək bildirdi ki, torpaqlarımızın
işğaldan azad edilməsi üçün
ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması
və ilk növbədə, gənclərimizin
vətənpərvərlik ruhunda tərbiyə edilməsini qələbəyə
aparan əsas amillər kimi xarakterizə edən Ali Baş Komandan
bir daha diqqətə çatdırdı
ki, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və
şücaət göstərib.
Nəhayət, 2023-cü il dekabrın 21-də daha bir tarixi
hadisə zamanı, Xankəndi şəhər
stadionunda keçirilən
futbol oyunundan əvvəl çıxış
edən Prezident İlham Əliyev bir daha dünyaya
bəyan etdi ki, bundan sonra
bu torpaqlarda Azərbaycan Bayrağı
əbədi dalğalanacaq.
Azərbaycan Cənubi
Qafqazda sülhün banisi olmaqla tarixi hadisələrə imza atmağa davam edir. Biz
əminik ki, rifah və inkişaf
naminə çıxılan
bu şərəfli yolda hər addımımız qalibiyyətlə
nəticələnəcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
Yeni Azərbaycan.-2024.-
3 fevral, ¹21.- S.15.