Düşməndən
qisas almağa and içmişdi...
Xalqımızın keçmişi və bu günündə qəhrəmanlıq nümunələri
çoxdur. Araşdırdıqca,
oxuduqca igid oğullarımızın Vətən
sevgisinə heyran qalmaya bilmirsən. Vətən övladları
torpaqlarımızı düşmənlərdən
qorumaq üçün
can atır. Onlar heç nədən çəkinmədən,
igidliklə bayrağımızı
köksünə sıxır,
qanı torpağa axsa da, onu
yerə düşməyə
qoymur. Bu igidlərdən biri də Mübariz İbrahimovdur. Milli qəhrəmanımızın anadan
olmasından 36 il ötür.
1988-ci il fevralın
7-də doğulan qəhrəmanımız
Qarabağ müharibəsi
ilə həmyaşıd
idi. Qəhrəmanlıq
ənənələri ruhunda
böyüyən Mübariz
orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc
Mübariz Daxili Qoşunların “N” saylı
hissəsinin xüsusi
təyinatlı bölüyündə
atıcı əsgər
olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində
başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda
xidmətə başlayıb.
Çox keçmədən
öz arzusu ilə cəbhə bölgəsindəki hərbi
hissələrdən birinə
xidmətə göndərilib.
Sonuncu məktub...
2010-cu il, iyunun
18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında
22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində
olduğu vaxt düşmən tərəfindən
atəşkəs rejiminin
pozulması nəticəsində
başlanan atışmada
şəxsi rəşadət
nümayiş etdirir. Təkbaşına təmas
xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı
istifadə edərək
5 saat təkbətək
döyüşür. Düşməni
çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə
qəhrəmancasına şəhid
olur.
Bu sətirlər
Mübarizin evə yazdığı son məktubundandır: “Canım
atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə
görüşəcəyik. Mənim üçün bol-bol dua edin.
Vətənin dar günündə artıq
ürəyim dözmür.
Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək düşmənin
üzərinə gedəcəyəm.
Şəhid olsam - ağlamayın. Əksinə,
sevinin ki, o mərtəbəyə yüksəldim...
Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı
halal edin”.
Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun da qəhrəmanlığından
ilham alan igid oğullarımız
2020-ci ilin 44 günlük
Vətən müharibəsində
torpaqlarımızı düşməndən
azad edərək şanlı Qələbə
qazandılar.
Azərbaycan əsgərinin
şücaətinə verilmiş
layiqli qiymət
Prezident İlham
Əliyevin 22 iyul
2010-cu il tarixli Sərəncamı ilə
gizir Mübariz İbrahimova ölümündən
sonra “Azərbaycanın
Milli Qəhrəmanı”
adı verilib, “Qızıl Ulduz” medalı, “Vətən övladı” qızıl
ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycanda
ilin adamı mükafatına layiq görülüb. İgid
Mübarizin düşmən
tərəfdə qalmış
nəşi bir müddət sonra Ali Baş Komandanın
qətiyyətli səyləri
sayəsində alınaraq
doğma Vətənə
gətirilib.
Prezident İlham
Əliyev qəhrəmanla
vida mərasimindəki
nitqində onun əbədiyyət yolçuluğunu
yüksək qiymətləndirib:
“Mübariz yaxşı
bilirdi ki, o döyüşdən sağ-salamat
çıxa bilməyəcək.
Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik
ruhu onu şəhidlik zirvəsinə
ucaltdı. Mübariz bütün gənclər
üçün örnəkdir,
nümunədir... Bizim
ordumuzda minlərlə,
on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var... Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı
bunu bir daha sübut edir”.
Ziyarətgaha çevrilmiş
ev
Milli Qəhrəmanın
xatirəsinin əbədiləşdirilməsi
məqsədilə doğulub
boya-başa çatdığı
Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən
birinə onun adı verilib.
14 ilə yaxındır
ki, Əliabad kəndini Mübarizin kəndi adlandırırlar.
Milli Qəhrəmanın
ata evinin həyətində onun ev-muzeyi tikilib. Bura gələn hər kəs ondan xatirə qalmış əşyalarla,
fotoguşəylə tanış
olur, qəhrəmanın
əziz xatirəsinə
sonsuz ehtiramını
bildirir.
M.İbrahimov həm
ölkəmizdə, həm
də ölkəmizin
hüdudlarından kənarda
qəhrəmanlıq, şücaət
rəmzinə çevirilib.
Qəhrəmanımız qısa
ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san
qoyub gedib...
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan.-2024.-
7 fevral, ¹23.- S.8.