Cəhalətlə mübarizə aparan ədib!

 

Cəlil Məmmədquluzadənin doğum günüdür...

 

 

O, Azərbaycan tarixində görkəmli yer tutmuş yazıçı, publisist, xalqımızın mədəniyyətini zənginləşdirmiş bir şəxsiyyətdir. Yaratdığı əsərləri xalqımızın milli sərvəti, mənəviyyat mənbəyi hesab olunur. Yazmağı, dövrünün eybəcərliklərini qələmə almağı çox istəyirdi, bacarırdı da... Amma onun da əmmaları çox idi. Başa düşürdü ki, yazdıqlarını hər kəs anlamayacaq, başa düşürdü ki, yazdıqlarına görə, düşmənləri sevməyənləri olacaq. Amma vicdanı susmasına imkan vermirdi.

Redaktorluq etdiyiMolla Nəsrəddinjurnalı da xalqla, xalqın həyatı ilə, onun arzuları ilə sıx bağlı idi.  Mirzə Cəlil həyatı boyu xalqımızın xoşbəxtliyi uğrunda mübarizə aparıb. Onun felyetonları, hekayə şeirləri ayrı-ayrı şəxslərin deyil, bütöv bir xalqın taleyindən, gələcəyindən bəhs edir. Yaradıcılığı, əsərləri, publisistikası ilə xalqımızın milli dirçəlişində əvəzsiz rol oynayıb. Azərbaycan ədəbiyyatına nəzər saldıqda, “Danabaş kəndinin əhvalatları”, “Piverdinin xoruzu”, “Ölülərdeyilən zaman adını çəkməsən belə hamı bu əsərlərin müəllifini tanıyır. Çünki Mirzə Cəlili tanımamaq mümkün deyil.

Yazıçılığa 1887-ci ildəÇay dəstgahıadlı mənzum alleqorik pyesi ilə qədəm qoymuşdu. SonraKişmiş oyunuhekayəsini qələmə alır, 1894-cü ildə isə ilk iri həcmli, sanballı nəsr əsəriDanabaş kəndinin əhvalatlarıpovestini yazmağa başlayır. O illərdə Qafqaz müsəlmanlarının sosial-mədəni tərəqqisi üçün hərə bir yol göstərirdi: islam dinində islahat aparmaq; mətbuatı inkişaf etdirmək; ərəb əlifbasını yeni, daha asan əlifba ilə əvəz etmək s. M.Şahtaxtlı, V.Radlox, İ.Qaspriniski, Ə.Ağaoğlu, S.Mehmandarov kimi alim publisistlərlə bərabər Mirzə Cəlil bu işə qoşulub, yeni bir əlifba layihəsi düzəltmişdi. 1895-ci ildə o, bu layihəni aparıb Peterbuqda tanınmış jurnalist, “Novoye vremyaqəzetinin redaktoru A.Suvorinlə məsləhətləşir. Bütün başqa təkliflər kimi onun da təklifi həyata keçirilməmiş qalır.

1898-1901-ci illərdə Naxçıvan İrəvanda inzibati idarələrdə məmur işləyən Mirzə Cəlil vətənin görkəmli ziyalıları E.Sultanov, M.Sidqi, P.Sultanov M.Kəngərli ilə tanış olub dostluq edir. O, əvvəlki kimi yenə kəndlərdə, el arasında çox olur, çarizmin yerlərdəki qəddar siyasətinin yaxından şahidi olub xalqın vəziyyətinə bərk acıyır. Həmvətənlərinə qəhmər çıxıb kömək etmək məqsədi ilə onlar üçün ərizələr yazır, məhkəmədə vəkillik edir. Təzəcə evlənmişdi ki, arvadı Həlimə Nağı qızı vəfat edir, 1 yaşlı qızları Münəvvər anasız qalır.

Bu gün ədəbiyyatımızın görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümü tamam olur. O 1869-cu il fevralın 10-da Naxçıvanda dünyaya göz açıb. Naxçıvanda Quran dərsinə getməsi, Qori Müəllimlər Seminariyasında yaşadığı hər anı bütün əsərlərində öz əksini tapıb. Mirzə Cəlil ömrünü gənclərin maariflənməsinə həsr edib. Çünki o cəhaləti görürdü, dilinə gətirəndə isə maneələr təhdidlərlə qarşılaşırdı.

Əsərlərində hər təbəqəyə toxunan Mirzə deyirdi ki, onun bütün həyatı boyu yeganə mübarizəsi Şərq qadınının problemlərini gündəmə gətirməkdir. Şərq qadınınım problemləri isə, onun azadlığa çıxmasıdır, qara çarşabdan çıxması, müsəlmanın zəncirindən xilas olması, şəriətin kəməndindən, hərəmxanaların zindanından qurtulmasıdır. Mirzə siğəni əxlaqa zidd hesab etdiyi üçün hədələnirdi ... Ancaq hədə-qorxular, tənqidlər onu yolundan döndərmirdi. MəsələnÖlülər”- kefli İsgəndərin dilindən dövrün cəhalətini insanlara çatdırırdı. “ÖlülərMirzənin şah əsəri idi. Onun dövründəki cəhaləti görmək üçün sadəcəÖlülərioxumaq kifayət edir.

Mirzə Cəlil, eyni zamandaMolla Nəsrəddinədəbi məktəbinin yaradıcısıdır. Redaktoru olduğuMolla Nəsrəddinjurnalı ilə Azərbaycan ədəbiyyatı mətbuatında, o cümlədən pedaqoji fikir tariximizdə, həqiqətən yeni bir dövr açdı. “Molla Nəsrəddinjurnalı nəşrə başladığı ilk günlərdən həm böyüyən yeni nəslin, gənclərin, həm yaşlıların təlim-tərbiyəsi məsələləri ilə ciddi məşğul oldu. Xalqın mədəniyyətinin inkişafını, milli şüurunun oyanmasını, müasir tədris ocaqlarının yaradılmasını burada dərs deyən əsl xalq müəllimlərinin hazırlanmasını Cəlil Məmmədquluzadə yaMolla Nəsrəddinjurnalı təkidlə tələb edirdi. Cəlil Məmmədquluzadə bu ideya, bu amal uğrunda mübarizə aparırdı.

Prezident İlham ƏliyevinCəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən görkəmli yazıçı ictimai xadimin yubileyi geniş qeyd olunub. Bu Sərəncam böyük demokrat Cəlil Məmmədquluzadənin yaradıcılığına olan sevgi məhəbbəti göstərir. Bütün bunlar həm onu göstərir ki, Azərbaycan var olduqca Cəlil Məmmədquluzadə irsi yaşayacaq var olacaq...

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 10 fevral, ¹26.- S.8.