İstiqlal
şairinin qəhrəman
oğlu
Qoy sənə
doğulan
günəş deyim
ki,
Nurunla açılan
al səhərəm
mən.
Yeddi il yol gələn,
a mənim
ilkim,
Gəldiyin yollara gül
düzərəm mən.
Onun doğuluşunu
şair atası belə vəsf etmişdi. Gözünün
ilki, könlünün
sevinci- balası qədəm basırdı
bu dünyaya. Vətən həsrətli,
yurd yanğılı
ata övladına ən böyük həsrətinin- Təbrizinin
adını qoydu, vətən Təbrizinin təsəllisini bala Təbrizindən aldı. Tək arzusu isə bu iki
Təbrizi qovuşdurmaq
idi:
Ey bala Təbrizim,
gün o gün
olsun
Ana Təbrizimə mən
azad deyim,
Ustad Şəhriyarla
görüşüm olsun.
Təbrizi Təbrizə
qol-qanad deyim.
Bəli, onlar Azərbaycanın Xalq şairi, istiqlal şairimiz Xəlil Rza Ulutürk və bu yurdu ən
az atası qədər sevən, uğruna canını əsirgəməyən can parası,
Milli Qəhrəman Təbriz Xəlilbəylidir.
12 fevral Təbriz Xəlilbəylinin doğulduğu
gündür. Əgər
yaşasaydı, 60 illik
yubileyini qeyd edəcəkdi. O isə Vətənin azadlığı
uğrunda canını
fəda etməyi, şəhadət zirvəsinə
ucalmağı seçdi.
Özü də cəmi 28 yaşında
****
Təbriz Xəlil oğlu
Xəlilbəyli 1964-cü il 12 fevralda Bakı şəhərində anadan
olub. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun
Mədəni-maarif fakültəsinin “Kütləvi tədbirlər
və bayramlar rejissorluğu” ixtisasına
daxil olur. Təhsilini davam etdirərkən həm də C.Cabbarlı
adına “Azərbaycanfilm”
kinostudiyasında işıqçı
işləyib.
Təbriz Xəlilbəyli
1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb.
Ağdam rayonunun Xromord və Naxçıvanik kəndləri
uğrunda gedən döyüşlərdə qəhrəmanlıq
nümunəsi göstərib.
Döyüş şücaətinə
görə DİN-nin
“Boz qurd” mükafatına
layiq görülüb.
1992-ci il 31 yanvar Təbriz
Xəlilbəylinin son döyüşü
olur. O, Şuşanın
mühasirədən çıxarılması
üçün təşkil
edilən Daşaltı
əməliyyatı zamanı
qəhrəmancasına həlak
olub. Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilib.
Ailəli idi. İki qız övladı yadigar qalıb.
Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 saylı
Fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə
ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verilib.
Bakı şəhərində
və Salyan rayonunda küçələrdən
biri onun adını daşıyır.
Xüsusi məqsədlər
üçün istifadə
olunan bir gəmi onun şərəfinə adlandırılıb.
Yaşadığı evin
qarşısına xatirə
lövhəsi vurulub.
*****
“Azadlığı
istəmirəm zərrə-zərrə,
qram-qram, Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram...”- deyən şair atanın övladı da Təbriz kimi azadlıq təşnəsi, vətən
sevdalısı olmalı
idi, şübhəsiz.
Axı o, arzuların Təbrizi
idi... Necə ki, atası hələ o, körpə ikən yazmışdı:
Arzular, könlümdə
çeşmə-çeşmədir,
Arzular qoynunda
boy atmış könül.
Səni arzum üçün,
amalım üçün,
Səni döyüş
üçün
yaratmış könül.
Ata qəlbi idi duyan, yoxsa şair
fəhmi?! Bəlkə
də öz verdiyi tərbiyəyə güvən idi dilləndirirdi şair atanın mübariz qələmini. Onun Təbrizi təkcə ona deyil, bütöv
Azərbaycana oğul kimi, arxa-dayaq kimi doğulmuşdu. O, dünyaya gələndə
Ulutürk təkcə
ata olduğu üçün sevinməmişdi,
həm də gələcəkdə vətəninə
sipər olacaq, keşiyində duracaq əsgər bəxş etməyin qürurunu, xoşbəxtliyini yaşayırdı.
“Niyyətin
hara, mənzilin ora” deyib atalarımız. Ya da
kim bilir, bəlkə damarında axan qan, əmdiyi
süd idi onu II Qarabağ müharibəsinə könüllü
qatılmağa məcbur
edən... Amma bütün
hallarda Təbriz getdi, özü də bir də
qayıtmamaq üçün,
xalqına, torpağına
qurban olmaq üçün getdi... Bunu şair ata da hiss eləmişdi. Bilirdi ki, oğlunun bu səfərdən dönüşü olmayacaq.
O getdimi, dönməyəcək.
Amma yenə də su səpdi göz
nurunun arxasınca, xeyir-dua verdi balasına. Necə ki, bir zamanlar Xalq
şairi Səməd Vurğunun
qəhrəmanı əsgər
anası öz balasını müharibəyə
“Get, düşmənin qabağında
igid tərpən, vüqarla...”- demişdi. İstiqlal şairi isə igid oğlunun
gedişini belə təsvir edirdi:
Qara bığlar şəvə
kimi...
kürək enli, qamət uca.
Könüllüydü... ön
cəbhəyə varıb
getdi uça-uça.
Kimsə sütül
köçəcəkdir
bu dünyadan,
kimsə qoca.
28 yaşa məgər çatdı
Təbriz Xəlilbəyli?
Bəli, bu gedişin dönüşü
olmadı. İstiqlal şairinin istiqlal təşnəsi övladı
Qarabağ uğrunda, bayraq yolunda könüllü fəda etdi canını. Əlbəttə, nə şair qəlbi, nə də ata ürəyi barışa bilərdi bu gənc ölümlə.
Xəlil Rza Ulutürkün
də Təbriz yanğılı sözləri
ağıya dönüb
süzüldü qəlbindən
qələmin:
Məqbərənə gül düzərək,
Gülüm, Təbrizim,
Təbrizim!
Doğrudanmı səni
tapdı
Ölüm, Təbrizim,
Təbrizim!
Ulutürkün Təbrizini
ölüm tapmışdı.
Yox, bu, ölüm deyildi. Bu ölümsüzlük
idi, əbədiyyət
ucalığı idi
ki, hər kəsə
nəsib olmur. Bu gün Təbriz Xəlibəylidən Xalq şairinin oğlu kimi deyil, Azərbaycanın
I Qarabağ müharibəsinin
şəhidi, Milli Qəhrəman kimi danışırıqsa,
deməli, o, öz şəhidliyi ilə ölümü də öldürməyi bacarıb.
“Xalq
şairi” demiş, Təbrizin şəhadətindən
az sonra- elə həmin ildə Xəlil Rza Ulutürkə “Xalq şairi” fəxri adı verilir. Bu böyük titul onun şəxsiyyətini,
qələmini, yaradıcılığını,
mübarizəsini sevən
hər kəsi sevindirir, xoşbəxt edir. Bircə şairin özü göz yaşı ilə əsl həqiqəti etiraf edir: “Deyirəm: - Balamın qan bahasıdır Başıma
qoyulan bu qızıl çələng”.
Nə xoş
ki, bu misraların yazıldığı zamanda
artıq Qarabağ
problem, suverenlik dərdi
yoxdur. Mübariz xalqımız
Müzəffər Ali Baş Komandanın rəhbərliyi
və rəşadətli
ordumuzun gücü, qüvvəti sayəsində
Xəlil Rza Ulutürkün
ürək ağrısına,
Təbriz Xəlilbəylinin
şəhadətinə səbəb
olan işğala “dur”
deməyi bacardı, məhz müharibə ilə döyüşərək
torpaqlarını azad
edib qələbə qazandı. İnanıram
ki, Milli Qəhrəman Təbriz Xəlilbəylinin də, istiqlal şairimiz Xəlil
Rza Ulutürkün də ruhları şaddır.
Allah rəhmət eləsin!
Şahanə MÜŞFİQ
Yeni Azərbaycan.-2024.-
13 fevral, ¹27.- S.6.