Ömrünü elmə həsr edən alimin anım günüdür...
Onu yaxından tanıyanların hamısı
eyni cür təsvir edirlər: mərd, qorxmaz, sözü adamın üzünə deyən, haqqı nahaqqa verməyən, əsgər
kimi də, vətəndaş kimi də, alim kimi
də dürüst adam. Ona görə
də, dostundan çox düşməni
var idi, qətlə yetiriləndə
“Kim öldürdü?”
deyə çoxsaylı
variant ortaya atılmışdı. Ona
sıxılan güllənin
haradan gəldiyini aşkara çıxarmaq üçün illər lazım oldu. Onu qətlə yetirən dəstə üzvlərindən biri
İran sərhəddini qanunsuz
yollarla keçərkən
sərhədçilərimiz tərəfindən öldürüldü,
iki nəfər tutularaq ömürlük həb olundu.
Bəli, söhbət
görkəmli şərqşünas,
Sovet İttifaqı Qəhrəmanı, akademik
Ziya Bünyadovdan gedir. Bu gün
akademikin anım günüdür. Ziya Bünyadov 27 il bundan öncə dünyasını dəyişib.
Ancaq onun adı ilə bağlı hər bir hadisə, hər bir məlumat
özünün yaşadığı
dövrdə olduğu
kimi, bu gün də ictimaiyyət arasında geniş əks-səda tapır, insanları həyacanlandırır. Çünki
Ziya Bünyadov adını Azərbaycan tarixinə yazmış bir şəxsiyyətdir.
Akademikin elmi fəaliyyəti Azərbaycan
tarixşünaslıq elmində
xüsusi bir səhifədir. Tariximizin düzgün araşdırılıb
tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılması məhz
Ziya Bünyadovun adı ilə bağlıdır. Tarixçi
alim kimi Vətən elminin keşiyində durmaq, Azərbaycanın mənafeyinə
xidmət etmək, ən müxtəlif mənbələrdən gərgin
zəhmət bahasına
əldə etdiyi tarixi sənədləri gənc nəslə ötürmək Ziya müəllimin bütün
elmi fəaliyyətinin
başlıca qayəsi
idi. Həyatını
həsr etdiyi Azərbaycan tarixşünaslıq
elmini Ziya Bünyadov öz əsərləri ilə ən yüksək pilləyə qaldırmışdı.
Ən ağır
bir vaxtda, kəsərli alim sözünə ehtiyac olduğu bir məqamda - məsələn,
xalqımızın milli
kökü, Qafqazda ilk aborigenlər və bu kimi
milli kimliyimizin araşdırılması ilə
bağlı məsələlər
Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”,
həmçinin “Azərbaycan
Atabəyləri dövləti”
adlı monoqrafiyalarında
özunə dolğun
cavab tapir, tarixi həqiqətlərə
işıq tutur. Bu əsərlərdəki
təkzibedilməz faktlarla
tariximizin bir çox qaranlıq səhifələrini aydınlığa
çıxara bilirik.
Ziya Bünyadovu
gələcək nəsillərə
tarixşünas alim, qəhrəman döyüşçü
kimi tanıtmaqla yanaşı, həm də görkəmli ictimai xadim kimi
təqdim etmək zəruridir. O, xalqımızın
düşmənlərinin qarşısında
birmənalı olaraq,
həmişə düzgün
mövqe tutması ilə seçilirdi. Sovet İttifaqı Qəhrəmanı adına
hələ çox gənc ikən layiq görülmüşdü.
Həmişə döşündə
gəzdirdiyi qəhrəmanlıq
ulduzunun imtiyazlarından
da milli mənafelərimizi qorumaq üçün istifadə
edirdi. Onun elmdə göstərdiyi qəhrəmanlıqlar döyüş
meydanında göstərdiyi
qəhrəmanlıqların heç də kölgəsində qalmadı.
Azərbaycan müstəqillik
dövrünə qədəm
basandan sonra da Ziya müəllimin
haqq səsini xalq həmişə ucadan eşitdi.
Ziya Bünyadov
həm də dünya miqyaslı alim idi. O, Şərqdə
ən böyük elmi mərkəzlərdən
biri olan Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutu yaradıldığı
gündən ömrünün
sonuna qədər burada elmin inkişafı
üçün var qüvvəsi ilə çalışdı. Ziya
Bünyadov dərin ensiklopedik biliyə malik idi. Onu
haqlı olaraq, bilik xəzinəsi adlandırırdılar. O, orta
əsrlər və mənbəşünaslıq üzrə
elmi məktəbin banisi idi.
Müqəddəs “Qurani-Kərim”in
ana dilimizə çevrilməsində də
Ziya Bünyadovun əvəzsiz xidməti olmuşdu. Bu müqəddəs kitabı
yalnız mükəmməl,
ensiklopedik biliyə malik olan intellekt
sahibi tərcümə
edə bilərdi. Bu vəzifəni yerinə yetirmək üçün Şərq
aləmini, İslam tarixini dərindən öyrənmək, ərəb
dilini səlis bilmək lazım idi. “Qurani-Kərim”in Azərbaycan dilində nəşri çox mühüm və əhəmiyyətli hadisə
idi. Yüz minlərlə tirajla çap olunan bu kitab vətəndaşlarımızın
dinimizi öyrənməsi
üçün gərəkli
mənbə oldu.
Ziya Bünyadov
Azərbaycanı ən
mötəbər, ən
yüksək səviyyəli
məclislərdə təmsil
edirdi. O, Dövlət
Təhlükəsizlik Komitəsinin
arxivini araşdıraraq
onun materiallarından istifadə etməklə, repressiya qurbanları haqqında respublika mətbuatında silsilə
məqalələr dərc
etdirmişdi.
1997-ci il qarlı
fevral ayının
21-də Ziya Bünyadov
yaşadığı binanın
blokunda güllələnərək
qətlə yetirildi. Bütün Azərbaycan bu qanlı faciə,
qətliam qarşısında
sarsıldı. İllər
ötsə də, akademik Ziya Bünyadovun
əziz xatirəsi xalqımızın yaddaşından
silinmir.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan.-2024.-
21 fevral, ¹33.- S.8.