Mənəviyyat bayrağı

 

Bu gün Beynəlxalq Ana Dili Günüdür

 

Dil cəmiyyətləri millət edən, onları duyğuda, düşüncədə birləşdirən ən mühüm faktordur. Bu faktor həm toplumları kütlə olmaqdan xilas edən, onları fikir düşüncədə birləşdirərək cəmiyyətə çevirən ən mühüm mədəni dəyərdir. Dil həm mədəniyyətin əsası daşıyıcısıdır. Dili məhv etsən, milli ruh, milli mədəniyyət, milli düşüncə olmaz. Buna görə dili qorumaq qoruyucu tədbirlər görmək həyati əhəmiyyət daşıyır.

21 fevral tarixi dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Bu gün Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi təsis edilib.

Mövzu ilə bağlıYeni Azərbaycanaçıqlama verən ADNSU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayev bildirib ki, Azərbaycan dilinin dövlət dili kimi qorunub bugünkü səviyyəsinə gəlib çatmasında Heydər Əliyevin uzaqgörən dil siyasətinin mühüm rolu olub: “Ömrünün hər anında öz milləti dövləti üçün çalışan lider Azərbaycan dilinin hərtərəfli inkişafında, onun dünyada dövlət dili kimi tanınmasında, beynəlxalq kürsülərdən eşidilməsində əsaslı rol oynayıb. Ulu öndər Heydər Əliyevin qərarları təşəbbüsü ilə Azərbaycan dilinin qorunması, təkmilləşdirilməsi öyrənilməsi üçün addımlar atılıb.

Heydər Əliyev hələ Sovet dövründə Azərbaycan dili ilə bağlı mühüm qərarlar qəbul etmiş, dilimizin yaşamasında, dövlət dili statusu almasında mühüm rol almışdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR- hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət ayırdı. O, Azərbaycan ədəbi dili ilə yanaşı, xalq danışıq dilini, onun etnolinqvistikasını, linqvokulturalogiyasını dərindən bilir, lazımi yerlərdə düzgün istifadə edirdi. Heydər Əliyevin Azərbaycan dilinə münasibəti Azərbaycan Dövlət Universitetinin  (indiki Bakı Dövlət Universiteti) 50 illiyinə həsr olunmuş yubiley iclasında ilk dəfə Azərbaycan dilində açılış nitqi söyləməsi ilə başladı. Bu hadisə o zaman böyük rezonans yaratdı. Çünki həmin iclasda bütün respublikalardan, sosialist ölkələrdən, həmçinin xarici ölkələrdən iştirakçılar var idi”.

Dilçi alimin sözlərinə görə, bu kimi addımlar 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasında müzakirə ediləcək dövlət dili haqqında maddəyə hazırlıq mərhələsi idi: “Məlum olduğu kimi, SSRİ-nin Konstitusiyasında bu vaxta kimi dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmırdı. Lakin buna baxmayaraq Heydər Əliyev Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin konstitusiyaya salınması fikrini irəli sürdü. 1978-ci ildə Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının 73-cü maddənin aşağıdakı şəkildə verilməsi təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu hadisədən sonra Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblər üçün dördcildlikMüasir Azərbaycan dilidərsliyinə, “Azərbaycan dilinin dialektologiyasının əsaslarıdərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı çoxaldıldı, Azərbaycan dili ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı. Burda məqsəd Azərbaycan dilinin inkişafına, onun geniş şəkildə tədqiq edilməsinə nail olmaq idi”.

R.Abdullayev qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dilinin inkişafı ilə bağlı fəaliyyəti müstəqilliyin əldə olunmasının ardından da yüksək vüsət aldı: “Dövlət dilimizin Azərbaycan dili adlandırılması Ulu öndərin təşəbbüsü ilə reallaşdı. Heydər Əliyev bildirirdi ki, Ana dilinin adı müasir ictimai təfəkkür üçün tamamilə aydın olmalı, arxaik səciyyə daşımamalıdır. Ölkənin, xalqın dilin adında məntiqi bağlılıq olmalı, biri digərini təsdiq etməlidir. Milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir”.

Dosent vurğulayıb ki, Heydər Əliyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində həmişə Azərbaycan dilini, onun saflığı qorunmasını diqqət mərkəzində saxlayıb dilçi alimlərə özünün nəzəri göstərişlərini verib: “Görkəmli dövlət xadimi bu sahədə nəzəri mülahizə göstərişləri ilə yanaşı, Azərbaycan dilinin əməli olaraq tətbiqi ilə bağlı özünün nümunəvi nitqlərini cəmiyyətə təqdim edirdi. Heydər Əliyev Azərbaycan dilinin üslublarından, zənginliyindən, frazeoloji söz birləşmələrindən həmişə məqamında istifadə edib, onlara bəzən yaradıcılıqla yanaşıb, öz nitqini auditoriyaya seçdiyi mövzuya görə qurub, dil faktlarından, vurğu intonasiyadan məharətlə istifadə edib. Azərbaycan dilinə həmişə xüsusi diqqətlə yanaşan Ulu Öndər müstəqillik dövründə Azərbaycan dilində reallaşan inkişaf yenilikləri nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındafərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, müasir dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib həmin problemlərin həlli yolları göstərilib”.

Dilimizin inkişafı prosesi bu gün diqqət mərkəzindədir. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət qayğısı iləAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi çərçivəsində yazıçı şairlərimizin külliyatı yenidən nəşr olundu. Bu gün dilimizin inkişafı istiqsamətində əsaslı addımlar davam etdirilir. Ana dilimizi qorumaq inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur...

 

Günel ABBAS

Yeni Azərbaycan.-2024.- 21 fevral, ¹33.- S.6.