Ədəbiyyatımızın görkəmli tədqiqatçısı!

 

Həmid Araslının doğum günüdür...

 

 

Ədəbiyyatşünaslığın inkişafında böyük xidmətləri olan Həmid Araslının anadan olmasından 122 il ötür. Görkəmli akademik Həmid Araslı dəyərli zəngin araşdırmaları ilə ədəbiyyatşünaslığımıza mühüm töhfələr verib. Qədim orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis kimi geniş şöhrət qazanan akademik Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi dolğun mənzərəsinin yaradılmasında əsaslı rol oynayıb. 1902-ci ildə Gəncədə dünyaya göz açmış Həmid Araslı ilk təhsilini Şah Abbas məscidi nəzdindəki mədrəsədə alıb. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil ədəbiyyat fakültəsinə qəbul olunub. 1932-ci ildə Bakıda aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın Şərq şöbəsinə rəhbərlik edib. Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm işə başlayıb tezliklə yaratdığı fondun direktoru olub.

Ədəbiyyatşünas alimin yaradıcılığının mühüm bir dövrü repressiya illərinə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə Kitabi-Dədə Qorqud”un nəşri ilə bağlı təzyiq hücumlara məruz qalıb, lakin mövqeyindən dönməyib. “Kitabi-Dədə Qorqud”la bağlı deyilənlərin müqabilində günahınıboynuna alıb, abidə ilə bağlı deyilən sözlərlə razılaşdığını dilinə gətirib. Həmçinin Xaqani, Xətai, Hadi Səməd Vurğunun yaradıcılıqları yanlış mövqedən qiymətləndirildiyi zamanlarda öz mövqeyini açıq şəkildə dilə gətirib.

H.Araslı ədəbiyyatımızla bağlı təkcə keçmiş sovet məkanında deyil, dünya miqyasında aparılan tədqiqatları diqqətlə izləyir, ədəbiyyatımızın, mədəniyyətimizin qədimliyinə xələl gətirən mülahizələrə həssaslıqla yanaşırdı. O, Azərbaycan ədəbiyyatı onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır, həqiqəti axıra qədər müdafiə edirdi. Ədəbiyyat tariximizin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində H.Araslının müstəsna xidməti olub. Akademik 1943-44-cü illərdə nəşr olunmuşMüxtəsər Azərbaycan ədəbiyyatıtarixinin birinci cildində ədəbiyyatımızın ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini verib, sənətkarlarımızın dolğun portretlərini yaradıb.

Onun ədəbiyyat tariximizlə bağlı mühüm xidmətlərindən biri 1960-cı ildə nəşr olunan üçcildlikAzərbaycan ədəbiyyatı tarixi”dir. Müəllif bu kitablarda anadilli ədəbiyyatımızın təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların bədii-ictimai fikir tariximizə təsirini aydınlaşdırıb. Şairlərimizdən İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr H.Araslıya məxsusdur.

H.Araslı SSRİ dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşıb, şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut edib. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövrün, mərhələnin yetirdiyini söyləyirdi. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst edib. O, Məhəmməd Füzulinin ardıcıl tədqiqatçısı Azərbaycandan uzaqlarda tanıdan naşiri olub. Şairin həyat yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi çoxillik araşdırmalarının yekunu - rus Azərbaycan dillərində nəşr edilənBöyük Azərbaycan şairi Füzulimonoqrafiyası var.

Ədəbiyyatşünas alim Nəsiminin ilk araşdırmaçılarından sayılır. O, “Fədakar şairoçerki, elmi məqalələr Nəsimi əsərlərinin nəşrlərinə müqəddimələr yazıb.H.Araslı mətnşünas alim kimi çox məhsuldar olub. Onun bu sahədəki fəaliyyəti mətnşünaslıq elmimizdə ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirib. Bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər aparıb, sözlük şərhlərə yenidən nəzər salıb. Bunun nəticəsidir ki, tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən daha mötəbər sayılır. H.Araslı 1939-cu ildəKitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə bütün türkologiya elminə böyük xidmət göstərib.

Görkəmli alim 1983-cü ildə Bakıda vəfat edib. Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli Sərəncamına əsasən akademik Həmid Araslının anadan olmasının 110 illiyi dövlət səviyyəsində qeyd edilib.

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 23 fevral, ¹35.- S.8.