Həsənağa
Turabovun anım günüdür
Onun istər teatr, istərsə də kino sənətində
oynadığı bütün
rollar maraqla qarşılanıb. Saysız
hesabsız və yadda?lara həkk
olunmuş bu rollar əvəzolunmaz sənətkarımız, aktyor
Həsənağa Turabova
uğur gətirib, şöhrət qazandırıb.
Ən əsası isə onun adını
həmişəlik Azərbaycan
mədəniyyəti tarixinə
yazıb. Bu gün aktyorun ölümündən 21 il
ötür.
Həsənağa Turabov
1938-ci ildə dünyaya
göz açıb. Azərbaycan tetar və kino sənətində
tanınıb, sevilib,
məşhurlaşıb. Mərd,
sözübütöv, qətiyyətli
və ağayanalığı
ilə hər yerdə özünə hörmət qazanıb. Elə adına ağa sözünü? sonralar ağayanalığına
görə hörmət
əlaməti olaraq əlavə edildiyi də bildirilir.
Uşaqlıq illərində
atası onu və qardaşını tez-tez teatra aparıb. Səhnəyə
marağı, sevgisi həmin illərdə formalaşır. Orta məktəbdə oxuduğu
illərdə teatr dərnəklərinə getməyə
başlayır. 18 saylı
orta məktəbdə
təhsilini başa vurur və sənədlərini
Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə verib.
İmtahanlardan uğurla
keçib. Mehdi Məmmədovun kursuna daxil olub. Tələbə
ikən Teatr İnstitutunda “Hacı Qara” tamaşasında oynayıb. Tamaşanı izləyən Adil İsgəndərov ona: “Sən komik rollar yox, dramatik
rollar oynamalısan”, -
deyib. Bu məsləhətdən sonra
dramatik rollar oynamağa həvəs göstərib.
İfa etdiyi rollar..
İstedadı və
xarici görünüşü
ilə tezliklə kinorejissorların da diqqətini cəlb edib. “Babək”də
Afşin, “Yeddi oğul istərəm”də
Gəray bəy, “Axırıncı aşırım”da
Xəlil, “Ürək...
Ürək...”də Murad, “Sevinc Buxtası”nda Əlizadə,
“Çarvadarların izi
ilə”də Adil, “Qəm pəncərəsi”ndə
Mirzə Cəlil və Cəlilin atası, “Dantenin yubileyi”ndə Kəbirlinski,
“Bəyin oğurlanması”nda
Əsəd, “Mən mahnı qoşuram”da Xudayar kişi, “Qorxma, mən səninləyəm”də Üçgöz
Cəfər, “Qaçaq
Nəbi”də Qaçaq
Nəbi və digər rolları böyük məharətlə
canlandırıb.
Böyüklüyündən, kiçikliyindən, xarakterindən
asılı olmayaraq, oynadığı bütün
rollar Həsənağa
Turabova şöhrət
gətirir. Lakin onun kino yaradıcılığında
“Yeddi oğul istərəm” xüsusi yer tutur. Həmin
filmə çəkiləndə
aktyor 32 yaşında
olub. Gəray bəy roluna yaşlı aktyor axtarıblar. Həsənağa
Turabovu Adil İsgəndərovun məsləhəti
ilə sınaqdan keçirirlər və ilk sınaqdan sonra qərar verilir -
Gəray bəy
rolu cavan aktyora həvalə edilir. Bu seçimin
nə qədər doğru olduğu tezliklə hər kəsə bəlli olub.
Aktyorun son arzusu...
1987-ci ildə isə
uzun illər çalışdığı Akademik Milli Dram Teatrının seçki yolu ilə seçilən ilk direktoru olur.
Sənət aləmində
böyük nüfuzu
olan Turabov həm də gözəl ailə başçısı idi.
Sevdiyi xanımla ailə qurmuşdu. Üç övlad atası idi. Oğlanları Daşqın
və Yalçın,
qızı Sevinc Həsənağa Turabovun
adına layiq idilər. Onların üçü də ali təhsil almışdı. Qızı
anasının yolunu seçib alman dili müəllimi olub. Oğlanları Mədəniyyət və
İncəsənət Universitetində
oxusalar da, atalarının sənətini
davam etdirməyiblər.
Hər ikisi polis sistemində çalışıb.
...1997-ci ildə Narkomaniyaya
qarşı Mübarizə
İdarəsinin rəisi
kimi təyinatla Siyəzənə göndərilən
böyük oğlu, polis kapitanı Daşqın martın
10-da Siyəzəndə əməliyyat
zamanı vurulur. Həbs etmək istədikləri cinayətkarın
açdığı güllə
ona dəyib. Otuz beş yaşlı
Daşqın həlak
olur. Bu faciədən sonra Həsənağa Turabova təsəlli vermək mümkünsüz olub, o,
oğluyla birlikdə yaşamaq sevincini, həyat eşqini itirib. O vaxtadək səhhətindən şikayətlənməyən
Həsənağa Turabov
xəstəlik tapıb.
Teatr rəhbərliyindən
gedişi də qəfil olub. 2001-ci ildə tutduğu vəzifədən ayrılıb.
Teatrdan getdikdən sonra Teatr Xadimləri
İttifaqında işləyib.
Ömrünün son illərində meylini oğlu Daşqının
adını verdiyi nəvəsinə salıb.
Beş yaşlı nəvəsinin məktəbə
gedəcəyi günlərin
xəyalını qurub.
Bir arzusu da qalıb. Yaxın dostu, Yuğ Teatrının direktoru, rejissor Vaqif İbrahimoğlu ilə birlikdə “Şah Qacar” tamaşasını hazırlayacaq,
Məhəmməd şah
Qacar rolunu oynayacaqdı. Amma qismət olmayıb. Xalq artisti Həsənağa
Turabov altmış dörd yaşında,
2003-cü ilin 23 fevralında
uzun sürən xəstəlikdən sonra vəfat edib. O, ömrünün son anında da “Daşqın!” deyib.
Fəxri
xiyabanda dəfn olunması barədə qərar veriləndə
həyat yoldaşı Həsənağa Turabovun son istəyini
bildirib. Sən demə,
ömrünün sonuna
yaxın bir gün yenə oğlu Daşqının
şəklinə baxa-baxa
vəsiyyətini etmişdi
Həsənağa Turabov.
Söyləmişdi ki,
ölsəm, məni Fəxri xiyabanda yox, Daşqının yanında dəfn etsinlər. Onu öz vəsiyyəti ilə “Qurd qapısı”nda dəfn ediblər. Bununla da oğlu
ilə məzar qonşusu olan sənətkarın həsrəti
sona çatıb...
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan.-2024.-
23 fevral, ¹35.- S.8.