Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi

 

Abdulla Şaiqin doğum günüdür...

 

 

O, Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri ədəbiyyatımızda hələ xüsusi yerə malikdir. 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açan yazıçı ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr etmişdi. Bu gün yazıçının anadan olmasından 143 il ötür.

A.Şaiq ilk təhsilini aldıqdan sonra 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gələrək orada dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, Rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdaraq bir müddət orda qalır. 1901- ci ildə Bakıya gəlir. Görkəmli ictimai xadim Nəriman Nərimanov Abbas bəy Minasazovun qayğısı köməyi ilə 25 aprel 1902-ci ildə Bakıdakı Aleksandriyski gimnaziyada imtahan verərək müəllimlik şəhadətnaməsini alır. Bakıda 5-ci şəhər məktəbində pedoqoji fəaliyyətə başlayan A. Şaiq 1903-cü ildən Sabunçudakı altısinifli məktəbdə ana dili şəriətdən dərs deyir. Bu illərdə o, görkəmli ədib maarif xadimi Ə.Haqverdiyev, H.Zərdabi, N.Vəzirov, S.S.Axundov, M.Ə.Sabir, M.Hadi, A.Səhhət H.Cavid başqaları ilə yaxından tanış olur. Bu şəxsiyyətlər şairin milli-mənəvi inkişafında mühüm rol oynayır.

1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayı çağrılır. Qurultayın təşkilində Şaiqin böyük xidmətləri olur. Gənc müəllim ana dilinin ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edir. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, A.Şaiq başqalarından ibarət xüsusi komissiya seçir Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırır. Birinci müəllimlər qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranır. “Əlifba”, “Uşaq çeşməyi” (1906), “Uşaq gözlüyü” (1909), “Gülzar” (1912) s. bu kimi dərsliklərdə onun öz əsərləri dünya ədəbiyyatından nümunələr çap olunur. On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanır. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca “Milli qiraət”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri” (1919), “Türk ədəbiyyatı” (1920) adlı dərsliklər proqramlar hazırlayır. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat yaradıcılığı haqqında məlumatlar əsərlərindən parçalar verilir.

O, həm qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürmüşdü. Abdulla Şaiq eyni zamanda ədəbiyyatımızı həvəslə tədqiq təbliğ edir. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi sənətkarların yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas alim kimi onun xidmətləri böyükdür. Abdulla Şaiq yaradıcılığında ilk mətbu əsər “Laylay” adlı uşaq şeiridir o, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Onun bir sıra şeirləri “Dəbistan” “Məktəb” uşaqgənclər toplularında işıq üzü görür. Bu illərdə o, “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilrək, ədəbi-bədii problemlərlə, maarif məktəb işləri ilə məşğul olur.

Yazıçı 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990 - ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev - muzeyi onun həyat bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. Müxtəlif illərdə yazdığı şeirlər, hekayələr, povestlər, romanlar, dram əsərləri isə Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir...

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 24 fevral, ı36.- S.8.