Türkçülük məfkurəsinin böyük carçısı...

 

Əli bəy Hüseynzadənin anadan olmasından 160 il ötür

 

 

Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm...”

 

Əli bəy Hüseynzadə

 

Əli bəy Hüseynzadə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında ictimai fikrə aydınlıq gətirmiş şəxsiyyətdir. O, insanlara yeni istiqamətlər verərək onları ətalətdən, qəflət yuxusundan, zülmətdən uzaqlaşdırmağa, həmrəyliyə, birliyə əsaslanan istiqlal yoluna xidmət etməyə çağırırdı. Məhz bu mənada Əli bəy Hüseynzadə Azərbaycan ictimai fikrində yeni mərhələ sayılır. Əli bəy Hüseynzadə milli özünüdərkin istiqlal düşüncəsinin yaradıcısı, türk dünyasının mücahidi idi.

Bu gün böyük mütəfəkkirin anadan olmasından 160 il ötür. O, 24 fevral 1864-cü ildə anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Tiflisə köçüb. Atasını erkən itirən Əli bəy o zaman Qafqaz şeyxülislamı olan babası Şeyx Əhməd Səlyaninin himayəsində böyüyüb. Əli bəy Hüseynzadə Tiflis gimnaziyasında təhsil alıb. Uşaqlıq tələbəlik illərində türk, fars, ərəb rus dillərini öyrənib.

Əli bəy babası Şeyx Əhmədlə onun dostu, Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundovun söhbətlərindən faydalanıb onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanıyıb. Yəni Əli bəy Hüseynzadədə gimnaziyada təhsil aldığı dövrdən etibarən türkçülük fikrinin yaranmasında türkçülüklə bağlı fikirlərin formalaşmasında babası Şeyx Əhməd Səlyaninin Mirzə Fətəli Axundovun böyük təsiri olub. O, 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada həm şərqşünaslıq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Dövrün məşhur elm xadimləri - Dmitriy Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski başqalarından dərs alan Əli bəy Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə yaxından tanış olub, “xaçlılarhərəkatına rəğbət bəsləyib. O zaman Sankt-Peterburqda yaranmış vəziyyətə görə, bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Türkiyəyə, İstanbula gedib orada əsgəri-zibbiyyə fakültəsində tədris almaqla dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssis ixtisası yüzbaşı hərbi rütbəsi qazanıb.

1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünununda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğuna İttihad Tərəqqi partiyasının ilk özəyini yaradanlardan biri olduğuna görə təqib olunub.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Əli bəy Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb, islahatçı-reformist ideya adamı kimi tanınıb. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi iləHəyatqəzetinin nəşrinə başlayıb. Bu qəzet Əli bəy Hüseynzadəni Azərbaycanaağır başlıfilosof, “ağla qida verən sözlərsöyləyən mütəfəkkir kimi tanıdıb. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb. Əli bəy Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada çox maraqlıdır. Məsələn, o deyirdi: “Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar,” “Hər kəsə uşaqlıqda ədəb tərbiyə verilməsə, böyüklükdə onun nicatı ola bilməz,” “Qalib olmaq haqqı o camaatındır ki, həyata açıq gözlə nəzər salar, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...”.

Dövrün ziddiyyətli, mədəniyyət, dil türkçülüyün problemli olduğu bir tarixi şəraitdə, “türkkəlməsinin dilə gətirilmədiyi tarixi bir məqamda Əli bəy HüseynzadəHəyatqəzetinin səhifələrində çap etdirdiyiTürklər kimdir kimlərdən ibarətdir?” adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq deyirdi: “Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi ulusuyuq”. Bəzi mətbuat orqanlarında Çingiz xanın Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını nəsillərindən olan şəxsiyyətlərin adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını türkcə yazdıqlarını bildirirdi. Məşhur Amerika tarixçisi Tadeus Svyatoxovski Azərbaycan tarixi ilə bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir ki, “XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi, o da Əli Bəy Hüseynzadə idi”.

Çətinliklər çox idi. Bir yandan da ermənilərinHəyatqəzeti barədə xəyanətləri bitib-tükənmirdi. Onların tələbi ilə Qafqaz canişini təcili olaraqHəyat”ın sərlövhəsindətürksözününtatarsözü ilə əvəzlənməsini tələb edirdi. Təzyiqlərə dözməyənHəyat”ı bağlamaqdan başqa bir yol qalmadı... Çox keçmədi ki, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı iləFüyuzatjurnalı nəşrə başladı. Nəticədə, Əli bəyHəyat”da başladığı türkçülük ideyalarınıFüyuzat”da da davam etdirərək türkçülüyün siyasi proqramı olantürkləşmək, islamlaşmaq, avropalaşmaqformulunu bitkin bir sistem halına gətirdi. “Füyuzat” jurnalı eyni zamanda Azərbaycan ədəbiyyatında yeni bir istiqamətin - ədəbi məktəbin yaranmasına səbəb oldu.

O, “Füyuzat” jurnalında nəşr olunan məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, müasir qiyafəli fədai!”. Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Açıq söz”, “Qurtuluş”, “Azərbaycan” və digər mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” - azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

Əli bəy Hüseynzadə müasirimizdir. Onun müdrik tövsiyələri, bəşəri ideyaları bu gün də həmvətənlərinə milli birlik uğrunda mübarizədə kömək olur. Bütün türk dünyasında yazıçı, publisist və siyasi xadim kimi tanınan Əli bəy Hüseynzadənin zəngin irsi doğma vətənində dərindən-dərinə öyrənilir, əsərləri nəşr olunur, adı əbədiləşdirilir.

Xatırladaq ki, Ə.Hüseynzadənin 150 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində qeyd olunub, müxtəlif simpoziumlar, elmi konfrans və tədbirlər keçirilib.

 

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 24 fevral, ¹36.- S.8.