Təbriz Əli Tudənin xatirələrində

 

Onun üçün Vətənin müstəqilliyi, millətin azadlığı sözün müqəddəsliyindən keçirdi. Bütöv Azərbaycanı illər boyu yaradıcılığında, kitablarında, şeirlərində, ümumiyyətlə, düşüncəsində yaşatmışdı. Haqqında danışdığımız şəxs Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərimizdəndir. Söhbət görkəmli şair Əli Tudədən gedir.

 

Əvvəli ötən sayımızda...

 

Səhər işə getdim. Günorta çağı təbrizli şair dostlarımdan biri yanıma gəldi. Dedi ki, bu axşam Sovet mədəniyyət evində təntənəli iclas olacaq. İclas Sovet Ordusunun faşizm üzərində qələbə çalmasının birinci ildönümünə həsr ediləcəkdir. Şairlər şeir oxuyacaqlar. Sən çıxış edəcəksən. Şair dostum getdi. Fikirləşdim ki, yaxşı olardı belə əzəmətli yığıncaqda təzə bir şeir oxuyum. Axı təbrizlilər şeir sərrafıdırlar. Həmişə mətbuatda çıxan şeirləri diqqətlə izləyirlər. Yaxşısına da, pisinə açıq-aydın, mərd-mərdanə qiymət verirlər. Qəribədir ki, yaxşısını da əzbərləyirlər, pisini . Tərif etməkdə səxavətli olan təbrizlilər yumorsuz da yaşaya bilmirlər. Qapını arxadan bağlayıb masamın arxasında əyləşdim. “May səhəriadlı şeirimi yazmağa başladım. Bir azdan şeiri tamamladım. İki dəfə oxudum. İstədim ki, bir qələm dostuma da oxuyum. Ancaq bu mümkün olmadı. mən işdən çıxa bildim, şair yoldaşlarımdan yanıma gələn oldu. Axşam şeiri cibimə qoyub iclasa yollandım. Sovet mədəniyyət evi Gülüstan bağında yaraşıqlı, əzəmətli, səliqəli bir imarətdə yerləşirdi. Bu bağ doğurdan da öz adına layiq idi. Təbrizin həmişəbahar bir guşəsi idi. Bağın yaşıl ağaclarının da sakit kölgəsində əyləşib dincələn insanlar dumduru sulara baxdıqca özlərinin düşüncələri durulardı, duyğuları təmizlənərdi, ürəkləri sərinləyərdi. Mən həm ana Vətənim Azərbaycanın, həm başqa diyarların neçə-neçə bağını, parkını, meydanını görmüşəm. Qoynunda dincəlib hüsnünə tamaşa etmişəm. Lakin Gülüstan bağı həmişə xəyalımda öz hüsnü ilə başqa bağlardan seçilmişdir! Təsadüfi deyil ki, Azərbaycanda xalq inqilabı qələbə çalandan sonra milli qəhrəman Səttarxanın heykəlini harada qoymaq məsələsi müzakirə edildikdə Gülüstan bağı ən gözəl ünvan olmuşdu.

Bu bağ ölməz sərkərdənin büstünün açılışında Milli hökumətin baş naziri S.C.Pişəvərini unudulmaz qəhrəmana hörmətlə dolu odlu nitqli ilə çıxış etmiş, şairlər Sərdara həsr etdikləri hərarətli şeirlər oxumuşlar.

O zaman mən heykəlləşən Səttarxana baxırdım. Məğrur babamın dodaqlarındakı təbəssümü qalın, uzun, eşmə bığları örtə bilmirdi. O, bizim gözlərimizdəki sevincə tamaşa etdikcə gülürdü. Bəlkə qolları olsaydı, əlini qaldırıb qürurlar eşmə bığlarına çəkərdi. Sonra da üzünü görüşünə gəldiyi insanlara tutub deyərdi: - Baxın, bu gözüyaşlı güllərə yaxşı baxın, görün sevincdən necə ağlayırlar! Bu güllər sizin pardaxlanmış arzularınızdır! Bu gülləri sevin, oxşayın, əzizləyin! Ən ümdəsi, düşmənlərin zəhərli nəfəsindən qoruyun!

 

Mən o zamanGülüstan bağı”na hərarətlə yazdığım şeiri məmnuniyyətlə xatırladım:

 

Biz ömrün dadını odlu fişənglə

Vətənə azadlıq gələndə duyduq.

Daş heykəli atdıq...Şehli çələnglə

Yerində Sərdara tunc heykəl qoyduq.

Sən yerin başında əlvan örtüksən,

Tarixdə azadlıq yaşındır sənin.

Sanki bağ deyilsən, nəhəng üzüksən,

O heykəl qiymətli qaşındır sənin.

Hər gün işdən sonra qədər adam

Tələsik yollanır doğma gülzara.

Ay Səhəndin üstdə doğanda axşam,

Kim hesabat vermir şanlı Sərdara?

Sərdar yaxşı görür axşam çağları

Toplaşan dostların görüşlərini.

Gizlədə bilməyir eşmə bığları

Qalın dodağının gülüşlərini.

Deyirəm ki, Sədi-böyük sənətkar

Görsəydi hər güllü xiyabanını,

Kim bilir, bəlkdə ölməz nəğməkar

Sənə həsr edərdiGülüstan”ını.

Gözəlsən! Baxışın yaz səhəridir,

Çox da çayın var, kəhrizin.

GülüstanSədinin şah əsəridir,

Yeri var, desəm ki, sən Təbrizin!

 

Mədəniyyətin evinin işıqlı iclas salonu Təbrizin ən böyük salonlarından biri idi. İclası Təbrizin qocaman maarif xadimlərindən biri şair Məmmədli Səfvət açdı. O, bəstəboy, enlikürək bir kişi idi. Yaşı ötsə çöhrəsində zanbaq təravəti var idi. Səhnədə rəyasət heyətinin masası arxasında dayanıb salondakılara müraciət edən Məmmədəli Səfvətin dümağ saçları Ay işığında parıldayan Səhəndin peşmək qarına bənzəyirdi. Təbəssümlə dolu mehriban gözlərində hikmət çeşmələri çağlayırdı. O, Təbrizdəki Sovet-İran mədəni əlaqələr cəmiyyətinin yaradıcılarından biri idi. Məmmədəli Səfvət Sovet Ordusunun bəşəriyyəti faşizm taunundan xilas etməsindəki böyük xidmətlərindən ürək dolusu danışdı. Sürəkli alqışlar altında çıxışını tamamlayan məruzəçidən sonra söz şairlərə verildi. Mən rəyasət heyətində əyləşmişdim. Burada sənət yollarında saç-saqqal ağartmış şairlərlə yanaşı, Təbrizin gənc şairləri əyləşmişdilər. İclası aparan Məmmədəli Səfvətin bir yanında Azərbaycan Milli Məclisinin sədri Hacı Mirzəəli Şəbüstəri, bir yanında isə mədəniyyət evinin müdiri Əhəd Bağırzadə əyləşmişdi. Mən salona baxırdım. Salon ağzına qədər adamla dolu idi. Qabaq sıralarda nazirlər, generallar, rəislər əyləşmişdilər. Büllür çil-çıraqdan axan nur damcıları Təbriz gözəllərinin mavi gözlərində bərq vururdu. Şəvə saçlarında çiçəklərə dönürdü. Maraqla dolu baxışlar intizarla səhnənin qırağındakı kürsüyə dikilmişdi. Doğrusu, yaman həyəcan keçirirdim.

Bəli! Bir zamanlar Ərdəbilin yollarında, küçələrində, meydanlarında şah sərbazlarının sinəmə tuşladığı müsəlsəl qabağında qorxunun olduğunu bilmədən hərarətlə şeirlər oxusam da, indi rahat bir salonda çıxış etməkdən çəkinirdim. Niyə? Ona görə ki, Ana Təbriz təkcə yetirdiyi böyük şairlərlə məşhur deyil, özü başdan-başa elə şeiriyyətdir! Hələ bu qədim şəhərin ecazkar mənzərəsi bir yana qalsın, bəs onun könüllər ovlayan məlahətli gözəlləri, insanlara qayğıyla yanaşan mehriban baxışlı gəncləri, ağlı heyran qoyan sinədəftər qocaları hikmət dolu canlı şeir deyilmi? Mən bu haqda düşünərkən adımın çəkildiyini eşitdim. Bəli! Söz mənə verilmişdi. Yerimdən qalxıb titrək addımlarla sürəkli alqışlar altında kürsüyə doğru getdim. “May səhərişeirimi oxumağa başladım. Şeir heca vəznində yazılmışdı. Salondakılara mövzu da, vəzn , hiss təzə idi. Sanki illər boyu əruz vəznində yazılmış qəliz ərəb-fars tərkibləri ilə doldurulmuş şeirləri diləməkdən yorulmuş qulaqlar indi dincəlməyə imkan tapmışdı. Sanki salondakılar Ana Vətənin doğma sinəsindən çağlayıb axan saqraq çayların, şəlalələrin, bulaqların səsini eşidirdilər. O axarlar bu adamlara məhrəm idi. Hiss edirdim ki, salondakılar diqqətlə qulaq asırlar. Arada gözlərimi bir anlıq vərəqdən ayırıb qarşımdakı adamlara baxırdım. Mənə dikilən gözlərdə maraq, sevinc, heyrət bir-birinə qarışmışdı. Demək doğma Azərbaycan dilində sadə, aydın, dərin şeirlər yazmaq olarmış! Mən şeiri oxuyub qurtardım. Salonda isə daşlaşmış sükut hökm sürməkdə idi. Sanki adamlar öz xəyallarında hələ şeirin dəyərini müəyyənləşdirmək istəyirdilər. Birdən hamı qəti bir rəyə gəldi. Yaxşıdır! Doğma dildə yazılan şeir doğurdan da gözəldir! Hərarətli əllərdən qəfil pərvazlanıb uçan alqışlar daşlaşmış sükutu parçaladı, sükut əridi, təlatümlü ümmana dönüb çağladı... Keçib öz yerimdə əyləşdim. Ancaq alqışlar susmaq bilmirdi. Bir neçə dəfə yerimdən qalxaraq minnətdarlıqla salona baş əyib təşəkkür etdim.

Rəyasət heyətində məni tanıyanlar da, tanımayanlar da ürəkdən gələn sözlərlə çıxışımı təbrik edirdi. Hətta tanımayanların çoxu məni təbrik etməklə kifayətlənməyib haralı olduğumla, gördüyümlə, harada yaşadığımla da maraqlanırdı. İclas gedirdi... Mən rəyasət heyətində Məmmədəli Səfavətin arxasında əyləşmişdim. Ona görə həm Hacı Mirzəəli Şəbüstəriyə, həm Əhəd Bağırzadəyə yaxın idi. Hər ikisi ilə çoxdan tanış idi. Hacı Mirzəəli Şəbüstəri azca çiyni üstə qanrılaraq mənə pıçıldadı ki, arada bir vaxt tapıb Milli Məclisə gəlim, görüşək, söhbət edək. Mehriban çöhrəsi həmişə təbəssümlə işıqlanan Əhəd Bağırzadə isə məni sabah mədəniyyət evindəki kabinetdə gözləyəcəyini bildirdi. İclas qurtarandan sonra uğultuyla dolu salona endim. Tanıdığım, tanımadığım adamlar məni mehriban baxışlarla araya aldılar. Təbriklər təzədən başlandı. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, sanki o şeir gecəsində təbrizlilər yeni bir şair kəşf etmişdilər. Həm öz kəşflərinə, həm şairin uğuruna sevinirdilər. Radioda işləyən bir qələm dostum elə oradaca həmin şeiri məndən aldı ki, sabahkı verilişdə oxusunlar. Bu zaman adamları yara-yara Həsən Cövdət mənə yanaşdı. O indi Təbrizdə yaşayırdı. Əmək naziri idi. İftixarla mənə: - Sağ ol, Tudə! Ərdəbillilərin üzünü , başını uca elədin!-dedi. Dərhal düşündüm ki, Milli hökumətin qurulduğu ilk günlərdə Ərdəbildə mənim işsiz, pulsuz, mənzilsiz qaldığımı Vilayət firqə komitəsinin sədri Həsən Cövdət bəs niyə görmürdü? Üzümü Həsən Cövdətə tutub təbəssümlə: - Ağayi Cövdət! Mən yalnız Ərdəbilin deyil, bütün Azərbaycanın övladıyam! Həmişə övladın anaya, ananın da övlada ehtiyacı olmuşdur. Sizə isə ehtiyacınız olan adam gərəkmiş! - dedim. Deyəsən mənim bu kövrək uğuruma şərik çıxmaq istəyən Həsən Cövdət fikrimi başa düşdü. Sanki həqiqət kəsərli dilim ittiham mizrabına dönüb nazirin ürəyinin sarı siminə dəymişdi. O heyrətdən yerində donmuşdu. Mən qollarıma girən qələm dostlarımın əhatəsində papiros tüstü-dumanı ilə dolmağa başlayan salondan Ay işığından yuyulan təmiz havalı xiyabana çıxdım...

 

Yeni Azərbaycan.-2024.- 27 fevral, ¹37.- S.7.