Böyük yazıçımıza kiçik təbrik...

 

 

Allahsız yerdə otur, böyüksüz yerdə oturmadeyib atalarımız. Ədəbiyyatımızın, incəsənətimizin bu gününə baxanda böyüklərin izini, nəfəsini, varlığını görməmək, duymamaq mümkün deyil. Əgər bu xalqa yaradıcılıq istedadını, sənət eşqini Allah veribsə, onu qoruyub-saxlamaq, inkişaf etdirib bu günlərə gətirmək, şübhəsiz, böyüklərin alın təri, zəhməti gənclərə qoyduğu əvəzolunmaz mirasın nəticəsidir.

Təkcə Azərbaycan ədəbiyyatının deyil, nəhəng Türk dünyası ədəbiyyatının, incəsənətinin böyüklərindəndir Xalq yazıçısı Anar Rzayev. Mən onu Yazıçılar Birliyinin sədrliyindən, türlü-türlü vəzifələrindən, titullarından öncə məhz yazıçı kimi tanıyıb sevmişəm. Hələ orta məktəbdə oxuyurdum onun öncə liman”, sonra isəBeşmərtəbəli evin altıncı mərtəbəsiəsərlərini oxuyub, ardınca qızı Günel AnarqızınınAltıncıromanı ilə Təhminəni hər kəsdən fərqli sevməyə başlayanda. Yeri gəlmişkən, bu üç əsərin toplandığı kitab mənim uşaqkən ilk hədiyyə aldığım kitabdır. Özü kimdən? Ədəbiyyat müəllimimdən... O vaxt təzə çap olunan, hətta ədəbi mühitin özündə belə çox yayılmayan o kitabı ədəbiyyat sevgimi bilən məni hər vəchlə həvəsləndirməyə çalışan müəllimim onu mənə hədiyyə edəndə demişdişəxsən Anar müəllimin öz hədiyyəsidir”. Əlbəttə, səhv demirdi, Anar müəllim hədiyyə etmişdi, amma şəxsən mənə yox. Hədiyyədən hədiyyə olmaz desələr , məncə, kitab qədər hədiyyə olunsa, qədər əldən ələ gəzsə, o qədər faydalı, o qədər gözəl olar. Bir halda ki, 12 yaşlı qıza edilən bu hədiyyə sonradan onun həyat yolunu müəyyənləşdirdi...

Bəli, bu gündiplomlu”, “müdafiəliədəbiyyatçı olmağımın başlıca səbəblərindən biridir o kitab. Nəticədə, böyük yazıçımız Anar.

Sonralar onun, demək olar ki, bütün yaradıcılığını bircə-bircə oxudum. Həm məktəbdə, həm universitet illərində. “Mən sən, o telefon”da aşiq oldum, “Gürcü familyası”nda kədərləndim, “Dantenin yubileyi”ndə teatrı sevdim, “Otel otağı”nda ölümün nəfəsini duydum, “Keçən ilin son gecəsi”ndə tənhalaşdım, “Şəhərin yay günləri”ndə düşüncələrə daldım, “ qoç, qara qoç”da həyəcanlandım, “Göz muncuğu”nda heyrət etdim, “Sizsiz”də sevimli yazıçımı daha yaxından tanıdım... Amma hamısında bir daha, bir daha Anar qələmini sevdim, mənimsədim.

Sonra özüm ədəbiyyatçı oldum, sonra da jurnalist... bir gün sevimli yazıçımla yaxından tanış olmaq fürsəti qazandım. Bu da bəs deyilmiş kimi, onunla səfərlərə getmək qismətim oldu. Öncə Türkiyədə Türk dünyasından olan gənc yazarlar üçün təşkil edilmiş görüşdə Anardan ustad dərsləri aldıq, tamam başqa məmləkətdəki gənc qələm yoldaşlarımızın Anar yaradıcılığına olan sonsuz sevgisinin, öz yaşıdlarının uca sayğısının şahidi olduq.

Sonra isə elə bir gün gəldi ki, yəqin onu heç xəyal etməyə gücüm yetməzdi. Uşaqlığımın əvəzsiz yazıçısı ilə xəyallarımın şəhəri olan Şuşada eyni tədbirə qatıldıq, 80 yaşlı ədibimizin uşaq kimi sevindiyini, həyəcanlandığını gördük, dilinə gətirmədiklərini dolub-boşalan gözlərindən oxuduq.

Uca dağın başı qarsız olmaz, əlbət. Anar da bu illər ərzində sözdən, söhbətdən, fitnədən, fəsaddan, paxıllıqdan kənar olmadı. Hər kəsi daşlamağa hazır kəslərin əsassız iftiralarının, qınağının obyekti oldu. Böyüyün, ağsaqqalın dəyərini bilməyən, sanki özləri heç qocalmayacaqmış kimi insanların yaşını suç bilənlər hər dəfə bir avaz çağırdılar. Anarı məmurluqda ittiham edən oldu, yazmamaqda suçlayan da. Bəzən iddialar o həddə çatdı ki, Anar kimi hər dəqiqəsi qızıl olan şəxsiyyət onlara cavab vermək məcburiyyətində qaldı. Məncə isə onun ən əsaslı cavabları elə əsərlərində, yazdıqlarında gizlənib. Necə ki, şeirlərinin birində deyir:

 

Basdırılandansonra,

tükənəndənsonra da

On cild kitab yazmışam.

 

Bəli, Anar öz yaradıcılığı, yaşına uyuşmayan məhsuldar işgüzarlığı ilə sübut edir ki, onun üçün yazmaqdan önəmli dəyərli heç yoxdur. Axı:

 

Yazıçı ömrünün iki vaxtı var -

Yaşamaq zamanı, yazmaq zamanı.

 

Bütün bunlara baxmayaraq, Anar böyüklüyünü həm onu bu cür əsassız ittiham edənləri, ona daş atanları, onu öz təsəvvürlərində nüfuzdan salmağa çalışanları bağışlayaraq, əfv edərək göstərir. Onun kin saxlamayan, heç nəyi böyütməyən, yalnız gözəlliklər görməyə meyilli qəlbi atılan daşlardan daşlaşmadı, onlardan özünə daha uca saray qurdu. Bunu da Anar ən çox öz ömür-gün yoldaşı ilə bölüşdü, ona, övladlarına, nəvələrinə insanlığa sevgisindən güc aldı:

 

Paxıllıqla üzləşdik,

Haqsızlıqla rastlaşdıq,

beynimiz pas atdı,

qəlbimiz daşlaşdı.

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 86 yaşı tamam olur. Məncə, Anar kimi adamlar üçün qədər yaşasa, azdır. Ona görə sevimli ədibimizi yeni yaşı münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı uzun ömür arzulayırıq. Özü deyir ki, Yazmaqçün yaşayıram, Yaşamaqçün yazıram. Mən deyirəm ki, əziz Anar müəllim, yaşayın-yazın, yazın-yaşayın... Biz hər iki Anarı sevirik!

 

Şahanə MÜŞFİQ

Yeni Azərbaycan.-2024.- 14 mart, ¹48.- S.5.