Aşıq sənətimizin zirvəsi...

 

 

Dədə Ələsgərin anım günüdür

 

 

Onun yaradıcılığının poetik yükü miqyası Azərbaycan ədəbi tənqidinin formalaşmağa başladığı ilk vaxtlardan diqqəti çəkib. Doğulub yaşadığı Göyçə mahalında, Qarabağ, Zəngəzur, Qarakilsədə, həmçinin İran Dağıstana qədər uzanan geniş arealda məşhurlaşmışdı. Aşıq el şairləri arasında unikal şeirləri ilə seçilirdi. Söhbət aşıq sənətimizin ən populyar nümayəndələrindən olan Aşıq Ələsgərdən gedir.

Bu gün Dədə Ələsgər kimi xatırlanan aşığın vəfatından 98 il ötür. A.Ələsgər kiçik yaşlarından xüsusi təhsil ala bilməmişdi. Saz sənətinin bir çox sirrini kənd camaatının içində, el sənətkarlarının, ağsaqqalların yanında öyrənmişdi. İlk şeirlərini yeniyetməlik çağlarında aşıqların təsiri ilə söyləmişdi. Atası Ələsgərin saza, şeirə bağlılığını gördükdən sonra onu Aşıq Alının yanına aparır. Aşıq Alı ona aşıqlıq sənətinin sirlərini, el şənlikləri, toy məclislərini müstəqil idarə etməyi öyrədir. Beləliklə, Ələsgər aşıq kimi çox tez tanınır. Bir gün Göyçənin Qızılbulaq kəndində, Böyük Ağanın evində qurulan məclisdə Aşıq Alı gənc şagirdi deyişirlər. Sonralar bu məclis barədə dastanlar deyildi. Kimi Aşıq Alının öz şagirdini daha da şöhrətləndirmək, el içində ucaltmaq qəsdilə ona məğlub olduğunu, bəziləri isə gənc aşığın söz döyüşündə ustadını yendiyini söylədi. Qaydaya görə, deyişmədə məğlub olan öz sazını qalibə təslim etməlidir Aşıq Alı da sazını Aşıq Ələsgərə uzatdı.

Gənc aşıq böyük bir sınağa çəkilmişdi. Aşıq Alı kimi ustada üstün gəlmək, sazını əlindən almaq dastanlara sığmayan hünər olardı. Ancaq o gün Aşıq Ələsgər yalnız aşıqlıq sənətində deyil, mərifət elmində kamil olduğunu göstərdi. Ustadının qarşısında baş əyib ehtiramla dedi:

 

Bir şəyir ki, ustadına kəm baxa,

Onun gözlərinə qan damar, damar”.

 

Aşıq Ələsgər yaradıcılığında Göyçənin toponimləri, tarixi qaynaqları adət-ənənələri çox sərrast həkk olunub. Aşıq özünü yaradıcılığında tez-tez təqdim edir, bu isə onun Vətəni-doğulub boya-başa çatdığı Göyçəsinə məhəbbətindən, kökünə olan hörmət-izzətindən irəli gəlir:

 

İstəsən ki, Ələsgəri görəsən,

Göyçə mahalıdı mahalım mənim!”

 

Aşıq Ələsgər Azərbaycan xalqı üçün bir folklor dünyasıdır. O, eyni zamanda, əməksevərliyi ilə nümunə olub. Lap qoca yaşlarında belə əkin əkər, yer şumlayar, taxıl ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, dəyirman sazlamaq, ev tikmək işləri gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda Dağıstanda da ustad bir sənətkar kimi tanınıb.

1915-ci ildə aşığın həyatında kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi. Aşıq 1926-cı il martın 7-də 104 yaşında doğulduğu kənddə vəfat edib Ağkilsə qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci fevralın 18-də “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqındasərəncam imzalayıb.

A.Ələsgər obrazında xalqın folkloru, etnoqrafiyası, məişəti, sazı, sözü, inamı, inancı, tarixi keçmişi, yaradıcı potensialı cəmlənib. Haqqında qədər yazılmasına, araşdırmalar aparılmasına, tədqiqatlar ortaya qoyulmasına baxmayaraq, bundan sonrakı mərhələdə A.Ələsgər təkrar-təkrar, yeni baxışlar, yeni istiqamətlər işığında öyrənilməli, yaradıcılığı şəxsiyyəti haqqında araşdırmalar davam etdirilməlidir.

 

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 7 mart, №44.- S.8.