“Molla Nəsrəddin”in davamçıları...
“Zənbur”un
nəşrə başlamasından
115 il ötür
20-ci əsrdə Azərbaycan
ictimai-siyasi mühitində
yaranmış inqilabi
ab-hava mətbuatın
inkişafına böyük
təsir göstərirdi.
Savadlı, təhsilli,
eyni zamanda millətsevər ziyalılarımız
yaranmış vəziyyəti
düzgün qiymətləndirirdilər.
Onlar yeni qəzet və jurnalların fəaliyyətinə
icazə almaq məqsədilə çarizmin
müvafiq idarələrinə
daha çox müraciətlər edirdilər.
Nəticədə “Həyat”,
“İrşad”, “Füyuzat”
və başqa mətbu orqanların fəaliyyətinə nail oldular.
O zamanlar Azərbaycan
mətbuatı üçün
daha bir əlamətdar hadisə “Zənbur” jurnalının
nəşrə başlaması
idi. “Zənbur” ideya-bədii xəttinə,
satirik gülüşün
xarakterinə, formasına,
bədii tərtibatına
görə “Molla Nəsrəddin”ə yaxın idi, onun ənənələrini,
üslubunu davam etdirirdi.
Yeri gəlmişkən,
bu gün “Zənbur” jurnalının
ilk sayının nəşr olunmasından
115 il ötür. Səhifələrində müxtəlif
mövzulu bədii, publisist yazılar, felyetonlar, xəbərlər,
karikaturalar dərc edilirdi. “Zənbur”un
dili sadə və oxunaqlı idi. 8 səhifəlik jurnalın 4 səhifəsində
şəkillərə, 4 səhifəsində
isə yazılara yer verilirdi. Jurnalda rəngli karikaturalarla yanaşı,
fotoşəkillər də
dərc edilirdi.
1909-cu ildə 42, 1910-cu ildə isə 28 sayı işıq üzü görən “Zənbur”un naşiri
doktor Əbdülxaliq
Axundov idi. Jurnalın 1-21-ci saylarının
redaktoru Rza bəy Səlimxanov, 1909-cu
il 22-42-ci saylarının
redaktoru Əzim Əzimzadə, 1910-cu il
1-27-ci saylarının redakoru
isə Murtuza bəy Pələvəndov
oldu. Rəssamı Əzim Əzimzadə və Beno (Benedikt
Rafailoviç Telinqator)
idi.
Jurnalın ilk nömrəsindəki “Aydınlıq”
başlıqlı məqaləsində
“Zənbur” hansı məramnamə ilə başlamışdı, onun
nəşrində məqsəd
nə idi?” sualına belə cavab verilir:
“Ağalar! Gözünüz
aydın olsun, bizim şəhərə Zənbur da gəldi. Bakıda insandan başqa hər cürə heyvan istəsən tapılardı. Amma bir Zənbur yox idi. Bu
axır zamanda o da təşrif gətirdi...
Bu vaxtadək Bakıya Zənbur gəlmədiyini və heyvanların arısız
qalmaqlarını çox
adamlar bizim vilayət üçün
bir xoşbəxtlik hesab edirlər, çünki tamamən Bakı heyvanları dinc və fərağət
qalıb, axırda bikarlıqdan adam oğurluğuna baş aparırdılar. İndi bu arının gəlməyi, ola bilsin ki, heyvanları
bir az ürkütsün,
amma bizim qanacağımıza görə
bu Zənbur çox sancan olmasın. Çünki Bakıya gələn heyvanlar şirniyə yığılan milçəklər
kimi çox şirindil və xoşrəftar olurlar. Ümid var ki,
bu təzə gələn Zənbur da bu təzə
sifətlər sahibi olsun. Hər tövr olmuş olsa, gərək bir az ehtiyatlı
olmaq, çünki arıların təbii xasiyyəti sancmaqdır və bu xasiyyəti
ondan almaq müşküldür. Ələlxüsus
ki, qabağında şirin təmalar ola. Qorxuram ki,
şəhər əhli
acıqdan bu arını da gözümçıxdıya salalar
və Zənbur özü üçün
yuva qurmamış onu gözə gətirələr. Hər
necə olmuş olsa, gərək onunla rəftar olunsun və qarelərdən kəmali-icz
ilə təvəqqə
edirik ki, qonağa hörmət etsinlər və onun səhvin və xətasın ona nöqsan tutmasınlar və bu duaları bizim ilə təkrar etsinlər: Allah Zənburun nəştərin sındırsın
və özünü
də tezbazar eləsin!”.
1910-cu ilin oktyabrınadək
fəaliyyət göstərən
“Zənbur” dövrün
məşhur realist şair və ədiblərini öz ətrafında topladı.
Mirzə Ələkbər
Sabir, Əli Nəzmi, Abbas Səhhət, Əliabbas Müznib, Bayranəli Abbaszadə (Hammal) və başqa sənətkarların satirik
şeir və felyetonları “Zənbur”u
daha da oxunaqlı
edirdi. Jurnal “Molla Nəsrəddin” kimi cəhaləti, mövhumatı, təhsilin
inkişaf etməməsini
tənqid edirdi. “Zənbur”da yaxın
ölkələrin həyatı
ilə, xüsusən,
İran və Türkiyədə
gedən milli-azadlıq
hərəkatına dair
karikaturalar dərc edilirdi.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan.-2024.-
13 mart, ¹47.- S.8.