Bakıda Lüteran kilsəsi - 128

 

Azərbaycan dini tolerantlığın nümunəsidir!

 

Bütün dünya ölkələrində dini tolerantlıq hər zaman aktual mövzulardan biri olub. Bu mənada Azərbaycanda dini tolerantlığın qorunması inkişafı üçün həyata keçirilən dövlət siyasətin prioritetləri var. Müxtəlif zamanlarda dünyanın əksər ölkələrində fərqli dinlər, təriqətlər arasında qarşıdurmalar müşahidə olunub. Ancaq ölkəmiz tarixin heç bir dönəmində belə hallarla qarşılaşmayıb. Şübhəsiz ki, bu da Azərbaycan xalqının tolerantlığı dövlətin yürütdüyü mükəmməl dini milli siyasətdən irəli gəlir. Azərbaycanı digər ölkələrlə müqayisə edərkən yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevrildiyini söyləyə bilərik.

Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır, eyni zamanda, bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır. Ölkəmizdə keçirilən bütün tədbirlərdə tolerantlıq multikulturalizm dəyərlərinin hansı səviyyədə təbliğ olunması açıq müzakirə predmetinə çevrilir. Bu gün dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində irəliləyişlər baş verir. Bunun əyani nümunəsi Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid ziyarətgahlarla yanaşı, xristian yəhudi məbədlərinin təmir tikintisinə dövlətin dəstək verməsidir.

Yeri gəlmişkən, bu il Xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsinin təməlinin qoyulmasından 128 il ötür. Kilsə 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib. Kilsənin 21 mart 1896-cı ildə baş tutan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev bələdiyyə başçısı İretskiy iştirak ediblər. Kilsə Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilib 70.000 rubla başa gəlib.

24 iyun 1898-ci ildə kirxa qülləsinə qızıl suyuna çəkilmiş, 13 pud ağırlığa malik xaç qaldırılır. Hazırlanması 15.000 rubla başa gəlmiş xaçın xərcləri lüteran icmasının sədri Lev de Burun qardaşı Bruno de Bur tərəfindən ödənilmişdi. 1899-cu ildə kilsədə zınqırovlar orqan quraşdırılıb, 4 fevral 1899-cu ildə isə ilk orqan musiqisi eşidilmişdi. 14 mart 1899-cu ildə Alman-İsveç prixodunun Xilaskar Lüteran Kilsəsinin xeyir-dua mərasimi baş tutub. Mərasimdə mindən çox insan, o cümlədən, qubernator Vladimir Roqqe iştirak etmişdi.

Müstəqillik illərində kilsə Nazirlər Kabinetinin qərarı iləkamera orqan musiqisi zalıadlandırılaraq, Azərbaycan Dövlət Filarmoniyasının tabeçiliyinə verilir.

15 mart 2010-cu ildə kamera orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayır. Restavrasiya işlərinin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılır. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak edirlər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilib.

Qeyd edək ki, kilsə hazırda Azərbaycan Dövlət Filarmoniyasının Kamera Orqan Musiqisi zalı kimi fəaliyyətini davam etdirir.

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 14 mart, №48.- S.8.